image_pdfimage_print

Çox zaman dostlarımızla görüşlərdə bloqa necə vaxt çardırdığımı və ya bloq postlar üçün ideya, fikirlərin harda götürdüyümü soruşurlar. Hətta dostlarımıza elə gəlir ki, guya bloq yazmaq çətindir. Əslində isə bu heçdə belə deyil və bir bloq postun yazılması üçün ən çoxu “potoloku” yarım saat vaxtımız gedir. İstəyirəm bu yazıda Sizə bloq yazılarımız üçün ideyaların hardan tapıldığa haqda açıqlama verim.

Yazıya keçməzdən əvvəl Sizə deyim ki, mən internet, bloq nə bilim nə kimi şeylərdən çooo-ooox uzaq adamam. 2012-ci ildə, bloq fəaliyyətini başlamamışdan əvvəl ümumiyyətlə bloq sözünün mənasını bilmirdim. O vaxt Marketing One konfranslarına aktiv getdiyim vaxtlar edi və Baltikanın keçmiş Marketinq direktoru Andrey Rukavişnikovla görüşlərin birində: “Niyə bloq yazmırsan!?” suallını verdikdən sonra, dostumuz İslamın vasitəsi ilə Sizində bugün oxuduğunuz bloqu yaratdıq. Yaratdıq bir-az böyük çıxır – İslam yaratdı.

O vaxtlar bloq yazmaq mənə çox çətin edi. Açığı nə yazacağımı bilmirdim və günlərin bir günündə başa düşdüm ki, insan nə danışacağını (nə yazacağını) bilmədiyi zaman, ən doğru ediləcək addım doğrusunu, ürəyindən gələni etməkdir.

Bloq üçün ideyaları bir-başa olaraq gündəlik həyatımda yaşadıqlarımdan götürürəm. Heç bir şəkildə yaşamadığım bir məsələ, bir istiqamət barədə bloq-post yazmıram. Yaşadığım hadisələr barədə praktik biliklərim yüksək olduğundandır bəlkədə…, amma dediklərinizə görə sadə yazıram. Bu məcburiyyətdir. Yaşadıqlarımdan yazdığıma görə sadə dildə olur. Bunun əsas səbəbi heç bir şəkildə “yaxşı” yaza bilməyim, savadlı olmağım deyil. Savada qalsa…, bəlkədə bu bloqu oxuyanlardan, məsələn SƏNDƏN qat-qat savadsızam. Sadəcə həyat təcrübəmdə gördüklərimdən yazanda Sənə daha maraqlı gəlir, sən oxuyursan. Çünki SƏN mənə inanırsan.

Bu bloq mənə bir-başa olaraq pul qazandırmasada, dolayı yollarla mənim üçün son dərəcə mənfəətli bir layihədir. Bloq yazaraq mən həzz alıram və əvəzində bu həzz üçün nəyin ki, pul verirəm… əksinə kimlərinsə əli ilə pul qazanıram. Pul mənə bloq vasitəsi ilə necə gəlir?

  1. Bloq yazaraq mən İlkin Manafov, marketinq eksperti olaraq daha çox tanınıram. Bunun nəticəsində bloqdan mənə çoxlu yazan, məsləhət, konsalting istəyənlər olur. Mənim vaxtım çox məhdud olduğundan hər birinə deyil, bir çoxunu bu konsaltinq xidməti göstərirəm… min bərəkət!)
  2. Bloq vasitəsi ilə mən çoooxlu dostlar qazanmışam. Bugündə bu artan templərlə davam edir. Düşünün ki, yerli şirkətlərimizin bir çoxunda bizi bu bloqa görü tanıyırlar. Bu əladır. Bu bizim (daha çox sənin) qələbəmizdir. Bu o deməkdir ki, sənində oxuduğun bloqu demək olar ki, bizneslə, marketinqlə məşğul olan hamı oxuyur. Bu superdi.
  3. Bloq fəaliyyəti mənim üçün Marketinq AİR layihəsinin yaradılması üçün böyük rol oynayıb. Nə Anar müəllimi, nədə Rafiq müəllimi bloq olmasaydı mən tanımayacaqdım. Əslində onlarda məni tanımayacaqdı. Amma yenədə məncə AİR-in inkişafında mənimdə rolum var!) Sırf hərflərə görə))

Düşünə bilərsiz ki: “nə rahat işdir, elə bloq yazırsan, nəticə özü-özündən gəlir… və s.”. Heçdə elə deyil. Hər bir işdə olduğu kimi bloqinq fəaliyyətindədə çoxlu zəhmət, əziyyətli günlər var. Məsələn, Siz indi yatırsız (gece saat 02:00, göstərir), amma mən bu bloqu tamamlamaq istəyirəm ki, sabah bunu oxuya biləsən.

Bizim bloqda 2 gündən gec olaraq bloq post dərc ediləndə, elə bilirəm ki, “mağaza açmışıq, amma satıcı yoxdur!”… demək olar ki, belə yəni. Amma mən çəkilən əziyyətdən heç bir şəkildə çəkinmirəm. Çünki bloqun mənə qazandırdıqlarının yanında bu heçnədir. Deyirlər ki, kimlərsə bizim ideyalarımızı oğrayır – qoy oğrasınlar. Onlar bunun özlərini quyu qazırlar.

Düşünürəm ki, bugünə qədər dərs etdiryimiz 600-ə qədər postu və bloqdan qazandığım faydaları “hakim” tutaraq gənc bloqçulara bəzi tövsiyyələr verə bilərəm.

Bloq yazmaq üçün sadəcə zəhmətsevərlik və ardıcıllıq lazımdır. Mən fikir vermişəm, mənimlə bir vaxtda başlayan və ya məndən sonra bloq yazmağa başlayan butün dostlarımız demək olar ki, eyni səhfi edirlər. Onlar gec-gec yazırlar, bloq yazmaq üçün əziyyət çekmirlər. Məndə hər şey əksinədir. Bloq mənim üçün artıq bir həyat tərzinə çevrilib.

Bloq yazmaq üçün ən vacib məsələ, yazmaq istəyidir. Məsələn, məndə yazı qabiliyyəti “biyabırçılıqdır”… amma mən bugün ən çox bloq postu olan biznes bloq yazıram… və burda savadın heç bir aidiyyatı yoxdur. Sadəcə daha səhlə işləmək lazımdır.

Bloq yazmaq heç bir şəkildə pula görə ola bilməz. İlk dövrlərdə məqsəd sadəcə insanlara daha çox pulsuz nə verə bilərəm məntiqi ilə yazılmalıdır, bloqlar!)

Bir sözlə əziz oxucu, xahiş edirəm elə bugündən öz bloqunuzu yaradasınız və orada dünyadan gördükləriniz barədə məlumatlar verəsiniz.

P.S. Bloqda qrammatik səhvlər varsa üzürlü hesab edin.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

4 Comments

  1. Bloq yazmaq yaxşı işdir. İlkin səndə də əla alınır. Lakin mövzunun bir yerinə qatılmıram ki, hamı məncə yazmamalıdır. Hazırda o qədər gündəlik informasiya qəbul edirik ki, hərdən düzü əyridən, safı çürükdən ayırmaq zülüm olur. Ona görə məncə ekspert olacaq adam, hər hansi analiz və ya sintez edə bilmə qabiliyyətinə və biliyinə sahib insan. ən azından öz şəxsi fikri olan insanlar blog yazmalıdır. Ordan burdan tərcümə edib, əlavə informasiyayla oxuyucularını yükləyənlər yox.

  2. üzünüzə deməy kimi olmasın) mehz sizin bloqları oxuyanda,insan özünü yaşayıb da yazdıqlarınızın içində tapir-bir anlıq öz dünyasından ayrilir və sizin yazdiglarinizi yasayir.Bu inanilmaz bir hissdir.sizin sözünüz olmasın,bütün hamıya ŞİDDƏTLƏ TÖVSİYYƏ EDİREM) Ilkin Manafov bloqlarını oxumağı :)

  3. üzünüzə deməy kimi olmasın) mehz sizin bloqları oxuyanda,insan özünü yaşayıb da yazdıqlarınızın içində tapir-bir anlıq öz dünyasından ayrilir və sizin yazdiglarinizi yasayir.Bu inanilmaz bir hissdir.sizin sözünüz olmasın,bütün hamıya ŞİDDƏTLƏ TÖVSİYYƏ EDİREM) Ilkin Manafov bloqlarını oxumağı :)

  4. Əsas məqamı unutdunuz – bəs bloqu nece yaradaq???

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close