image_pdfimage_print

Bugünlərdə Burger King Türkiyyənin çəkdiyi reklam rolikini əminəm diqqətli marketoloq dostlarımız artıq izləyib. Reklam roliki öz sujet xətti, çəkiliş prinsipləri, oyuncu seçimi ilə digər reklamlardan fərqlənsədə, biz bu yazıda Sizə daha dərin bir insight – reklamlarda şirkətlərin (brendlərin) öz səhvlərini etiraf etmələri – səmimi olmalırı haqqında danışmaq istəyirik. Diqqət edin: marketinq direktoru özü publikanın önünə çıxarıq brendinin əsas problemini açıq şəkildə deyir… və problemin necə həll etdiklərini göstərir. Reklama baxın, xahiş edirəm!

Bugünə qədər mən belə tipli reklam görməmişdim. Açıq deyim… görməmişliyimi bağışlayın. Amma zaman-zaman brendlər hansısa keyfiyyət problemləri ilə rastlaşanda bunun müxtəlif yollarla həll edirdilər. Məsələn mən Sizə bu istiqamətdə 2 keys danışmaq istəyirəm. Baxın özünüz qiymətləndirin hansı daha doğru versiyadır.

Keys №1 – Mersedes E Class – “tormuz” problemi. 2006-2009-cu illərdə Mersedes brendinin ikinci ən çox satılan sedanı E-Klass (mənimdə ən sevdiyim maşındı, pulum olanda alacam!), ciddi imic problemləri yaşamağa başladı. Dalbadal bir neçə dəfə dayanma funksiyası, loru dildə desək avtomobilin tormuzu tutmadı. Bu Mersedes-ə olan mühəndislər üçün son dərəcə ağır sınaq edi… amma ən böyük iş marketoloqların üzərinə düşürdü. “Adın çıxınca, canın çıxsın!” məntiqi işləyirdi, müştərilər ciddi şəkildə E-Klass pisləyirdilər, satışlar aşağı düşürdü. Nəticədə ştuttqartlı mühəndislər bu problemi həll edəcək, patendləşdirilmiş bir sistem yaratdılar (BAS), marketoloq isə Kann festifalında qalib olan reklam çarxı hazırladılılar. Reklama baxa bilərsiniz, Mersedes öz qüsurunu emosional formada “yox” olduğunu göstərdi. Reklama baxa bilərsiniz.

Keys №2 – Растишка – “rəngli olması”. Danone əfsanəvi brendi kateqoriya lideri olduğu vaxtda, mətbuatda belə bir fikir yarandı ki, əgər Растишка həqiqətəndə belə təbiidirsə, konservant yoxdursa, rəng necə alınır!? Əslində maraqlı sual edi və bu arada Danone rus bazarında ən böyük rəqibi olan Vimm-Bill-Dann aktivləşməyə başladı. Danone vəziyyət necə deyərlər “rusca” edi və brend öz fabrik direktorunu olan fransuzu auditoriya qabağına çıxardı… nəticədə son dərəcə effektiv bir kampaniya başladı. Reklamla paralel Danone fabriklərini ictimaiyyətin üzünə açdı… o vaxtlar mən Rusiyada işləyirdim (həmdə təhsil alırdım) Sizə deyim, butün marketoloqlar bu layihəni danışırdı. Reklama baxın, özünüz rəy verin.

Bu arada deyim, sözü gedən Danone reklam şirkətdə ən uğurlu kommunikasiya kampaniyası kimi birinci yer alıb. Həqiqətəndə gözəl düşünülmüş kampaniya edi.

Gördüyünüz kimi hərə bir cürə öz problemini həll edir, amma Burger King kimi bugünə qədər heç bir brend bu qədər səmimiyyət göstərmirdi, düşünürəm ki, muasir dövrdə səmimiyyət həqiqətəndə trenddir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Sam Horn'un Ekspress QH qatarına minib qaçmaqdı ki bu ))
    qebul et ve herekete keç

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close