image_pdfimage_print

Bugün filan yerə gedəcəm, dünən filan yerdə edim, filan yeməyi yedim… alınsa filan yeməyidə yeyecəm. Qetdiyim, gedecəyim, heç vaxt getmədiyim, heç vaxt getməyəcəm butün yerlərdə checkin etmək, gündə… hardasa 8-10 saat Facebookda olmaq, “darıxıram”, “üşüyürəm”, “duracam”, “oturacam”, bəlkə “oturdum”, “sevilirəm”, “sevinirəm” və s. kimi statuslar yazanlara XXI əsrdə – facebookşunas xəstəliyinə tutuşmuşlar deyirlər… mən bu yazıda Sizlərə bu xəstəliyin əsas simptonları, fəsədları və dərmanları barədə yazmaq istəyirəm. Tanışlarınızda belə xəstəlikdən əziyyət çəkən varsa mütləq oxyun!)

Keçən yazılar Sizlərlə bir neçə dəfə facebook həm karyeraya, həm fərdi inkişafı nə qədər ziyan olduğu barədə danışmışdıq. Hətta demişdik ki, dünyada antifacebook hərəkətidə var. Əzizlərim, hər şeyin ifratı pis olduğu kimi sosial şəbəkələrdən istifadənində bir ifrat səviyyəsi var. Biz bu yazıda “facebookşunaslar” dedikdə sosial şəbəkəyə konkret olaraq vaxt keçirmək üçün girən xəstələri nəzərdə tuturuq. Düz oxudunuz, biz “facebookşunaslığı” ciddi bir xəstəlik hesab edirk.

Deyə bilərsiniz ki, “Ay İlkin sən hardan bilirsən ki, belə xəstəlik var?!”, məndə deyə bilərəm (və deyirəm ki), bizim ətrafımızda çoxlu bu xəstəlikdən əziyyət çəkənlər var… məsələn?!

  • Məsələn, Parisə yalnız Eyfel gülləsində şəkil çəkdirib Facebook-a qoymaq üçün getmək istəyən xeyli adam var;
  • Məsələn, bizim restoranlarımıza 90% gedənlərin əsas məqsədi orda Check in edib geriyə dönməkdir;
  • Məsələn, bu xəstəlikdən əziyyət çəkənlər üçün paltarı sırf FB şəkil çəkdirmək üçün alanlar var. Hətta çoxdur.
  • Məsələn, “facebookşunaslıq” xəstəliyindən əziyyət çəkənlər bu bloqu oxuduqdan sonra, deyil gördükdən sonra girib Facebook-a nesə yazacaq, amma bu bloqu oxumayacaq. Dəfələrlə şahidi olmuşam bunun!) və s.

Yuxarıda sadaladığım məsələlər “facebookşunas” xəstəliyinin simptonlarıdır. Bəs bu xəstəliyin törətdiyi fəsadlar nədir? Sizə ciddi deyirəm, çox böyük fəsadları var. Biz bilirik ki, sosial şəbəkələr hər bir menecerin karyerası üçün ciddi problem, ciddi maneyədir. Hətta bu haqda ayrıca bloq postumuzda var edi… amma bu yalnız karyera üçün deyil, butövlükdə insanlıq üçün təhlükəlidir. Konkret misallara keçək.

  • Sosisal şəbəkələr bizi real həyatdan “soyudur”, offlaynda olan münasibətləri bir yana qoyub, bu xəstəliyə tutulanlar öz həyatlarını, xəyal dunyalarını Facebookda görürlər. Onlara elə gəlir, fikirlərini hamı bilir, onlara elə gəlir, nəsə səs, nüfüz, söz sahibidirlər… amma unudurlar ki, biz offlaynda dünyada yaşayırıq. Reallıq heç bir şəkildə facebookla ölçülmür!
  • Facebookşünaslar çox aqressiv olurlar, fikir versəniz bu tip insanlar öz həyatlarının ən dəyərli vaxtını məhz internetdə keçirməyə tərcih edrlər. Fikir vermisiniz, bir yaxın dostu ilə söhbət edir, elindən telefon düşmür (onlar başa düşmür ki, internetdən pul qazanmaq üçün, sadəcə internetdən bir-az aralanmaq lazımdır!). Səbəb çox sadədir… bu tip xəstələr üçün həyat balaca telefondan və ya PC-ən ibarətdir.
  • Xəstəliyin vurduğu ən böyük fəsədlardan danışdıqda vaxtın boş itkisi, real hadisələri başa düşməmək və s. kimi məsələlərlə yanaşı, insanı münasibətlərin zəifləməsidir. Bu xəstələr heç bir şəkildə mənəvi, emosional, duyğusular məsələlərdən həzz ala bilmirlər…

Bəs Sizcə facebookşunaslıq xəstəliyinə necə düçar olmamaq olar? və ya xəstələr necə müalicə oluna bilərlər?!

Bu xəstəlikdən istər müalicə olunmaq, istərsədə əvvəlcədən elə tutulmamaq üçün edilməsi vacib olan addımlar əslində elə eynidir. Bunun üçün sadəcə ətrafınızda baş verən proseslərə daha duyarlı, daha içdən münasibətlər göstərmək lazımdır.

Heç bir şəkildə ailədən, dostlardan kənarlaşmaq, uzaqlaşmaq olmaz. Bu həm bizi insanlıqdan, həmdə həyatdan məhrum etmiş olar. Telefonlardan, kompyuterlərdən maksimum az istifadə edin, inanın həyat o cihazlarda deyil, uğurda orda deyil, əmin olun. Hətta internetdə uğur qazanmaq üçün internetin çölündə olmaz şərtdir, düşünün bu haqda, əzizlərim!

Muasir texnoloqilar həyatımızda rolu danılmazdır, amma bu texnoloqiyalardan faydalı istifadə şərtdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. Cox gozel yazilardir ama yazilarda qrammatik sehvler olmasa daha gozel olar mence sizin sayta korrektor lazim!))

    • Qumru xanım, çox sadə, biz necə var, elə yazırıq. Qrammatik səhvlər, sırf savadsızlığımızdandır!)) Ciddi deyirəm, burda özümüzü göstərmirik, korrektor tutaq) Sağ olun, ki oxuyursuz!)

  2. Qumru xanım, çox sadə, biz necə var, elə yazırıq. Qrammatik səhvlər, sırf savadsızlığımızdandır!)) Ciddi deyirəm, burda özümüzü göstərmirik, korrektor tutaq) Sağ olun, ki oxuyursuz!) – http://www.ilkinmanafov.com/bloq-qaydalari/ Bunuda oxuya bilərsiniz.

  3. Savadsiz demezdim siz gorurem cox tevezokarsiniz))Sadece yazilariniz cox maraqlidi o qeder maraqla oxuyurdumki bezen sehvlere gore bir yazini iki defe oxuyurdum bele)Bloq qaydalarinida oxudum ama men meselen dunen depressiya veziyyetindeydim sizin yazilarinizi oxuyandan sonra deye bileremki depressiyadan eser qalmadi siz istersiz bloq qaydalarinda deyiwiklik edin)Neqativ insanlar sizin yazilarinizi oxusa oz guvenleri mence yerine geler!

  4. Əsas odur ki, oxuyursuz, qalanları düzələr!)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close