image_pdfimage_print

Bəzən deyirlər ki, ən düzgün sistematiklik məhz xaosda ortaya çıxa bilər. Hətta sistem qurmaq üçün, xaos gözəl motivasiya elementidir. Mən istədim bu bloqda Sizinlə səmimiyyət edim. Açığını desəm, bu günlərdə mən özüm tamamiylə yeni sektorda işə başlayıram və beynim demək olar tam bu işin üstündə hədəflənib. Bu bloqda yazdıqlarımı heç kimə deməyin, öz aramızda Sizinlə danışmaq istəyirəm, olar?!

Əvvəlcədən bloq postda olan xaotik düşüncələrə görə üzr istəyirəm… özümüzükdə, onsuzda bizim bloqu yad adam oxumur, sadəcə, ürəyimdə olanları Sizinlə paylaşıram.

Düşüncə №1. Çox zaman, biz özümüzü “qonaqpərvər” millət, xalq kimi adlandırırıq. Məndə buna inanıram… amma açığını deyim, son vaxtlar hansısa bir xüsusiyyət haqqında fikir bildirməzdən əvvəl müqayisə etməyin vacib olduğunu bilirəm və hiss edirəm ki, şərti “almanların”, “macarların”, hətta “rusların” son vaxtlar qonaqpərvərlikləri heçdə bizdən geri qalmır. Məsələn, bugün görəsən bizim əhali hansısa bir xarici vətandaş üçün, təmannasız kömək edərmi?! “Hə” deyənlərin sayı təki çox olsun… mən “Yox” deyənlərdənəm… kaş səhv edim…

Düşüncə №2. Deyirlər ki, Azərbaycanda təhsilin səviyyəsi aşağıdır, məndə bununla razıyam. Sonra deyirlər ki, indi ki, tələbələrin elmə-təhsilə marağı yoxdur – məndə bununla qətiyyən razı deyiləm. Mən düşünürəm ki, indi “ağlı” başında olan butün tələbələr bilirlər ki, əgər onlar dərs oxumasalar təshil bitirdikdən sonra “çöldə” qalacaqlar. Bu onları daha çox işləməyə sövq edir. Bugün əsas problem tələbədə deyil, onları öyrədə bilməyən, onlarda həvəs yarada bilməyən müəllimdədir. Birdə məncə bugün təhsildə atılması vacib olan addımlarda “PR” ağırlığı çox, ArGe ağırlığı azdır. Digər sözlə desək, etdiyimizdən çox danışırıq.

Düşüncə №3. Deyirlər guya Azərbaycan biznes mühiti münbit deyil… Heç razı deyiləm… bugün ölkədə yeni biznes qurmaq üçün mükəmməl şərait var. Başqa nə olmalıdır ki? Bizim yerimiz biznes qurub bizə verəsi deyil, hökümət. İstər Vergi siyasəti, istər Gömrük, istərsədə digər qurumlar bugün orta statistik biznesi və sahibkarı dəstəkləməyə yönəlib. Düşünürəm ki, ölkə sahibkarlığının ən böyük dərdi inamsızlıq və ixtisaslı kadrların azlığıdır. Bunlar düzəlsə heç bir problem yoxdur. Bunlarıda sadəcə sahibkarlar hazırlamalıdır.

Düşüncə №4. Fikir verirəm dini düşüncələrini önə verən adamlardan “əyri” hərəkətlər daha çox edirlər. Hərdən elə fikir yaranır ki, bu adamlar dini ciddi şəkildə anti-reklam edirlər. Bəzən gənclər belə “özdəniraq” dindarlara baxıb, digər adi vətandaşlar barədədə pis düşünürlər. Bilmirəm bu niyə belədir. Çox təəsüf ki, hiss edirəm ki, bugün hələdə dinə çox əhəmiyyət verənlərin içərisində savadlı adamlarımızın sayı azdır. Daha doğrusu ziyalı adamlar, dini mövzulardan susduqları zaman, bəzi “əyri” dindarlar bu mövzuda susmurlar.

Düşüncə №5. Biznesdə oğurluq halları hər birimizi çox məhus edir. Amma sevindirici haldır ki, belə qeyri-etik hərəkətlər edən adamların içərisində cavanlar demək olar ki, çox azdır. Bu məni çox sevindirir. Mən bununla özümüzə təsəlli verirəm ki, iş mühitində belə cinayət əməlli işlər bizə sovet ittifaqının, planlı iqtisadiyyatın buraxdığı “mirasdır”. Tezliklə bu miras bitəcək və bizdə halal işləyən adamların sayı çox olacaq. Bunu hamımız istəyirik.

Bu bloq postda mən Sizinlə sadəcə bu an ağlımda olan məsələlərə olan münasibətimi yazdım.

ƏLAVƏ OXUMAQ ÜŞÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close