image_pdfimage_print

Bilirsiz düşünürəm?! Biriləri rahat, sakit və firavan həyat sürür, ambisiyalı hədəflər qoymur, həyatdan bugün maksimum həzz alır, digərləri qarşılarına qoyduqları hədəflərə çatmaq üçün maksimum çalışır, hədəfləri tez-tez böyüyür, həyata daha ambiyasiyalı yanaşırlar, həyatdan daha çox şey əldə etmək istəyirlər. Sizcə bu iki yanaşmanın hansı daha doğrudur!? Özünüz müqayisə edin:

Biriləri deyir ki, həyat çox qısadır (beş günlük dünyadır, onun bir günü Bayramı düşür və s.), həyatdan maksimum həzz almaq lazımdır. Onlar öz bizneslərini rahatlığın üzərində qurur, işdən həzz alırlar.

Digərləri deyir ki, “nə beş günlük dünya, nə bayram” mənim öz həyat hədəfim var. Onlar daim öz üzərində çalışır, əziyyət çəkir, yaratdıqları biznesdən kash-flow əl vurmadan yeni biznes istiqamətlərə qoyurlar. Onlar daim yenilik, böyümə axtarırlar. Onlarda güclü idman xarakteri olur.

Biriləri deyir ki, mən altı-bazar evdə olmalıyam, mütləq tətilə getməliyəm… niyə mən işdə daha çox qalmalıyam, niyə mən biznes açmalıyam və ya niyə mən biznesimi genişləndirməliyəm. Şükür yaradana pul qazanırıq bəsimizdir.

Digərləri deyir ki, mən necə altı-bazar evdə qala bilərəm?! Axi bu günlərdə mən filan biznesin üstündə olmalıyam, axı mən “cavan” olmuşkən işləməliyəm ki, daha güclü işlər qura bilim. Axı mən daha böyük işlər görməliyəm.

Biriləri deyir ki, pul xərcləmək üçündür. Pul varsa niyə bunu xərcləməyək, axı biz indidən dünyanı görməliyik. Axı biz indidən butün restoranları gəzməliyik (restoran dediz ağlıma Oktoberfest gəldi, biriləri Oktoberfest gedir), təkrar edirəm həyat qısadır – indi getməyib nə vaxt gedəcəm!?

Digərləri deyir ki, pul investitsiya üçün gözəl resusrdur. Qazandıqlarıma yığıb daha böyük işlərə qoymaq lazımdır. Axı bizim daha mötəbər hədəflərimiz var. Axı biz sektor lideri olmalıyıb, axı biz… axı biz və s.

Hətta bəzən Sizinlə söhbət etdiyimiz 8+8+8 prinsipinə şübhəli yanaşıram. Deyirəm ki, bəlkə bu səhvdir, bəlkə belə prinsiplərlə irəli getmək olmaz. Amma yenə danışdığımız bir fikir mənə “hücum edir”, deyir ki, “İlkin irəli getmək məgər lazımdır!?”, Sizcə xoşbəxtçilik irəlidədirmi?!)

Bilmirəm.

Amma bilirəm ki, bu iki istiqamətin ikisinində özünə görə müsbət və mənfi tərəfləri var. Hətatımız, baxışlarımız heç bir şəkildə konkretliyin üzərində cəmləşmir. Hər iki yolu tutmuş insanlar, hər iki yolda uğur və uğursuzluqlar qazanmış şəxsiyyətlər var. Hər iki yol özünə görə doğrudur.

Hansı seçmək lazımdır?! Məndən soruşursuz!?

ƏLAVƏX OXUMAQ (DÜŞÜNMƏK) ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Belkede birileri digerlerinin sonda catacagi yola kese gedenlerdi……

  2. Məncə insan elə lap başdan birisinə meyilli olur…Yəni rahatçılıq-Xoşbəxtlik axtaran,pozitiv olmağa çalışan,biraz da müftəxor adamlar və Daim tərəqqi yolu keçən,üzərində çalışan zəhmətkeş tiplər. Amma məncə ikinci qrupa aid olanlar istədiklərinin daha çox bilincində olanlardır və əslində “Xoşbəxtlik axtaranlar”,”Güc axtaranlar” ya da “Pozitivlik axtaranlar” yox Xoşbəxt olanlar,Güclülər və Pozitiv enerjililərdir…Yəni mənəvi cəhətdən onlar bu dəyərləri biraz da fərqli olaraq mənimsəmişdirlər əslində. Və əyər fəaliyyət bilincində olaraq görülürsə başqalarının “Əziyyət” adlandırdıqları işlər bu tiplər üçün elə Əyləncənin özüdür.
    Bu arada paylaçdığınız üçün çox sağolun! :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close