image_pdfimage_print

“Sabah iclasda satışları müzakirə edək”, “dünən istehsal problemlərindən danışdıq”, “onda bəlkə o biri gün oturub İT-ən müzakirə edək”, “iclaslar çoxdur, məncə gündə ən azı 3 iclas salmaq lazımdır”, “açığı belə olmaz… bəlkə bir iclas edək ki, bizə hansı iclaslar lazımdır?” həəə-əəə bax bu dialoqları Siz gündəlik eşitməsənizdə, bir çox “korporativ” şirkətlərdə iş günü belə başlayır və belə bitir – iclas! Mən bu yazıda Sizə iclasların nəyin ki, lazımsız… hətta çox lazımsız olduğu barədə fikirlərimi bildirəcəm.

Muasir dövrdə sahibkarlar, baş menecerlər üçün işçiləri işlətmək gündən-günə çətinləşir. Bir tərəfdən facebookşunaslar imkan vermir, digər tərəfdəndə işçi açıq aşkar işləmək istəmir. Ona elə gəlir ki, ona az pul verirlər və ya o daha çox işləyir. Nəticədə toplantı sevgisi dahada artmağa başlayır, çünki iclaslar çox olduğu zaman işçilər öz fəaliyyətsizliklərini izah etmək üçün yaxşı şans əldə edirlər – onlar ancaq iclaslara vaxt tapırlar.

Əziz oxucu, mən qətiyyən demirəm ki, iclaslar olmasın… sadəcə idela iclasın bir neçə fərqləndirici cəhəti var ki, bunu etmədən iclas sadəcə vaxt itkisi olur (olacaq). Bu şərtlər hansılardır və ya effektiv iclas etmək üçün nə lazımdır?

  • İclas yeri problemin içində olsun. Mən çox fikir vermişəm ki, şirkətlərdə satış problemi haqqında müzakirə fabriklərdə, ofisdə və ya hətta bəzən dəbdəbəli Hotellərdə olur. Bu tamamiylə səhv yanaşmadır. Əgər iclasın mövzusu satışdırsa iclas mütləq satışın bir-başa keçirildiyi yerə yaxında olmalıdır, məsələn mağazada. Belə olmadıqda müzakirələr “üstdən” gedir və iclas elmi toplantını xatırladır. Hamı danışır, amma heç kim başa düşmür və ya başa düşmək istəmir!
  • İclasın dəqiq reqlamenti və mövzusu olsun. Reqlamenti olmayan iclas sadəcə “yay vaxtı blokun onündə oturan ev xanımlarının söhbətinə bənzəyir. Bəli bəli. Çünki iclaslarda reqlament olmayanda, ağız deyəni qulaq eşitmir, iclas sadəcə uzanir (niyə uzandığı bilinmir) və nəticəyə yönəli heç olmur. Necədə ola bilər? Nəticə yoxdur axı…
  • İclaslarda qərar verənlər olsun. Bəzən iclas edilir, mövzu qoyulur, reqlament var… amma əsas məsələ lazımlı adamlar yoxdur. Əlbəttə, bu çox böyük faciyədir, şünki qərar verən adam gəldikdə hər şey yenidən başlamalıdır. Əgər hansı brendin inkişaf strateqiyasına həsr edilmiş iclasda brend menecer olmursa və ya şirkətə hansısa alınacaq İT proqramın təqdimatında İT direktor olmursa bu iclasların mahiyyəti aşağı olur.

Muasir iclasların bugün vəziyyəti həqiqətən ürək ağrıdır. Şirkət öz vaxtını (pulunu) çölə atır və bəzən buna görə heç kimə heçnə demir. Maliyyə məsələləri, qənayetə həsr edilmiş iclas saatlarca çəkirsə, deməli şirkətdə ciddi problem var. Şirkət hələ nəyə və necə qənayət edəcəyini bilmir.

Düşünürəm ki, ən mükəmməl iclaslar ayaq üstü hansısa konkret məsələnin həll edilməsinə yönəlmiş qısa görüşlərdir. Belə olduqda fikir daha aydın olur, hamı mövzuya fokuslanır və bir növ yorulmağa vaxt olmur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close