image_pdfimage_print

Daha əvvəl izlədiyiniz kimi, Mersedes brendi daha əvvəl avtomobilin “tormoz” sistemində olan problemləri aradan qaldırdığını hiss etdirmək, xüsusi reklam çarxı hazırlamışdı. Hətta Daimler AG bu reklamı rəsmi şəkildə müsəlman ölkələrində yayınlanmayacağına çalışırdı.

Son illərdə Mersedes bu istiqamətdə dahada “dərinə” gedirik, “bizim maşınlar harda və necə saxlamaq lazım olduğunu yaxşı bilir” mesajına yönəlmiş daha bir maraqlı reklam çəkdi.

Reklam sujet xəttindəndə göründüyü kimi Mersedes brendinə məxsus olan adaptiv dayanma (Collesion Prevention Assist) funksiyasını müştərilərə göstərmək üçün, Adolf Hitləri avtomobilin necə öldürdüyü göstərir. Bir növ müştəriyə mesaj verilir ki, bizim avtomobillər çox ağıllıdır və hardan dayanıb, harda ümumiyyətlə dayanmaq lazım olmadığını gözəl bilir. Çox xoşuma gəldi. Marketinq AİR növbəti təlimlərində brendinq fəaliyyətinin kommunikasiyanın rolu mövzusunda olacaq təlimlərdə biz bu keysləri çox diqqətlə öyrənəcəyik. AİR demişkən bugün çox maraqlı görüşümüz oldu, gələcək AİRçilərlə. 

Times Consulting şirkətinin ofisində olan görüşdə bugünə qədər AİR-ən qeydiyyatdan keçmiş dostlarımızla oldu. (Qeydiyyatı buradan edə bilərsiniz). Dostlarımızın, gələcək məzunlarımızın suallarına cavablar verdik və Sizə əminliklə deyə bilərəm ki, 2014-cü il AİR məzunları öz daha əvvəl ki məzun dostlarından (2012-2013 məzunlarından) heç bir şəkildə geri qalmayacaqlar. Biz bunu bugün bir daha əmin olduq. Sevinirəm. Bilirsiz niyə?!

Ona görə ki, bizim məzunlarımız elə bir elə başdan xüsusi “su içib” bizim yanıməza gəlirlər. Hamısı çox pozitiv, çox əməksevər, sərhədli düşünməyən və ən əsası, az qala AİR təlimlərinin “vizitkasına” çevrilmiş networkinqə açıq dostlarımızdılar.

Təlimlərimiz oktyabr ayının birindən start götürür və hər dəfə olduğu kimi, bu təlimlərimizdədə anşlaq 100% olacaq. Qəlmək istəyən çox, yer və vaxt məhdudiyyətimiz isə az… neysə, inanıram ki, bu dəfə gəlmək istəyən butün dostlarımızla birlikdə olacağıq, çünki bu təlim üçün çox çalışırıq…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close