image_pdfimage_print

Daha əvvəldə Sizinlə söhbət etdiyimiz kimi, biz yeni başladığımız işlə bağlı real biznes praktikada qarşılaşdığımız problemlər və onların həll edilmə yolları barədə söhbət edirik. Beləliklə, birinci yazıda mağazamızın açılması üçün etdiklərimizdən danışırdır, indi biz daha konkret ilk həftədə etdiklərimizdən danışmağa başlayırıq.

İlk əvvvəl çoxlarınızın oxuduğu “uğurlu mağazaçılığın 3 sirri” yazısında toxunduğumuz məqamlara Sizin diqqətinizi çəkim. İstənilən mağazanı – mağaza edən, ordan çalışan personal və təklif edilən məhsullardır. Bunu bizdə bilirdik.

Mağazanın personalı kimi, biz 2 yeni işçi və bir digər mağazamızın birində rəhbər kimi işləyən adamları təyin etdik. Yeni işçiləri mağaza açılmasına 20 gün qalmız işə qəbul etdikdə (axtarış təxminən 15 gün bundan əvvəl başlamışdı) və sistemli şəkildə Bakı təlimlər keçdik. Götürülən 2 işçidən heç biri daha əvvəl məişət texnikası sahəsində işləmirdi… anlayacağınız onlar məndən, məndə onlardan beş betər texnikadan başım çıxmırdı (mənim indidə başım çıxmır!). Amma Bakıda qaldıqları müddətdə təhcizatçısı olduğumuz şirkətlərdə təlimlər keçdilər.

Təhcizatçı demişkən… biz hal-hazırda salonumuzda təxminən 10 brendlə çalışırıq. Bunlar aşağıdakılardır:

  • Ağır texnikadan – Sharp, LG, Samsung, Atlant, Pozis, Elektrolux
  • Kiçik ev alətlərindən – Fakir, King, yeni bir brend
  • Mətbəx üçün əşyalardan – Regular, Elektrolux

Əslində bu təhçizatçıların tapılması düşündüyünüz qədərdə asand olmadı. Necə?! Bu brendlərin tapılması, seçilməsi, axtarılması… yeni bir sahəyə başladığım üçün çox çətin edi. Çünki ilk olaraq bu şirkətlərin heç birinin nə keyfiyyət cəhətdən, nə bazarda necə satılacağı cəhətdən xəbərim yox edi. Maraqlıdırsa bu şirkətlər haqda Sizə bir-az detallı məlumat verim.

Sharp – bazara yeni girən şirkətdir. Əslində məhsul qamması, qiymətləri, keyfiyyəti yaxşı olsada, şirkətin hələ bazarda görəcəyi işlər çoxdur. İnanıram ki, tezliklə güclənəcəklər… çünki münasibətlərin çox yaxşıdır, istəyirəm birlikdə güclənək!

LG – ən pis şərtlərlə işləmək olur bunlarla… Sədərəkdən mal almalısan… servis xidməti yoxdur… yalnız nəğd verirlər… zəmanət yoxdur… amma “vse-taki” bu brend olmadan məişət mağazası zəif görünür. Məcburəndə olsa LG-ilədə işləyirəm!)

Samsung – çox yaxşı servis xidməti qurub, buna baxmayaraq LG-ən zəifdir. Amma mağazada brend olaraq olması doğrudur.

Atlant & Pozis – yaxşı şirkətlərdir, son dərəcə uyğun şərtlər təklif etdilər. Çalışacam gələcəkdə daha ağırlıqlı bunun üzərində işləyim.

Fakir dostlarımızın olduğu şirkətdir. Qiymətləri bir-az bahadır, amma şərtləri uyğun olduğu üçün işə başladıq. Düşünürəm ki, yaxşı brenddir.

King qiymət cəhətdən münasib və düzgün brendir. Dostlarımız distribyutorlarıdır, sağ olsunlar, inanırıq ki, tezliklə daha sistemli işlər görəcəyik.

Təxmini şirkətlərimizdən bu qədər. Ümümi olaraq bazarda (bölgələrdə) məişət texnikasına ciddi təlabatın olduğu hiss edilir. Bugün biz hələlik satmırıq… biz yalnız salonumuza gələnlərə mal təklif edirik. İnanıram ki, tezliklə mağazamızın personalı ciddi xidmət göstərəcək. Hər şey vaxtla, təcrübə, təlimlər olur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close