image_pdfimage_print

Əminəm ki, çoxlarınız fikir vermisiniz, butün dünyada olduğu kimi, bəzi yerli şirkətlər var ki, onlar sadəcə “ayaq üstə yatırlar”. Bəli, bəli… biznes gedir… amma şirkət və ən əsası əməkdaşları yatırlar. Əlbəttə, belə yuxu çox sürmür və tezliklə bu tip “yatmış gözəllər” biznes tarixindən silinirlər. Mən bu yazıda Sizinlə hansı hallarda şirkətlərin “yuxuya” getdiyini və onları oxudan oyutmaq üçün atılması vacib olan addımların nə olduğu barədə söhbət etmək istəyirəm. Maraqlıdırsa, oxuyarsınız, yaxşı?

Ilk öncə gəlin hamımız birlikdə çox sadə amma sadə olduğu qədərdə vacib bir suallın cavabını tapaq: Şirkətlərdə “yatmaq” meylliyinin əsas səbəbləri nədir? Mən öz gördüyüm “yatmış” şirkətləri nəzərə alaraq 3 əsas səbəb adlandıra bilərəm… yerdə nesə qalsa, özünüz deyərsiniz. Beləliklə, niyə şirkətlər yatırlar?

Səbəb 1. Müştəri tələbkar olmur. Düşünün ki, bugün Azərbaycanda bir çox yerli şirkətlər var ki, sektor lideri olaraq yalnız müştərinin zəif olmasına borcludurlar. Porterin rəqabət gücündə deyildiyi kimi, sektorda müştərinin gücü azdır. Bu özünü bariz şəkildə məsələn, tikinti sektorunda göstərir. Bu sektorda olan şirkətlərin 95% müştəri haqlarını göz görə-görə pozurlar və üstündən su içirlər. Bazarda keyfiyyətli təklif olmadığından müştəri məcbur olur tikinti şirkətinin çaldığı “nəlbəki” rəqsini “tərəkəmə” kimi oynamağa. Amma bir problem var ki, müştəri çox tezliklə öz istəklərini daha aqressiv deyəcək və bu zaman, yatan şirkətlərin halı yaxşı olmayacaq. Yatmaq olmaz!)

Səbəb 2. Şirkətdə kadrlar yetərincə işlə təmin edilmir. Başqa sözlə desək şirkətdə işçi sayı çox olur. Ən əsasıda rəhbər personalın sayı, işçi personalla müqayisədə artır. Belə şirkətlərdə işçilər işləri bir-birininü üstünə atır və kütləvi “avaraçılıq” yaranır. Adamlar (işçilər) konkret şəkildə özlərinə iş axtarırlar, öz işləri isə aşıb-daşır. Bu ən çox qəliz strukturu olan, konsultantlara çox müraciyyət edən şirkətlərdə olur. Bəzən işçilər məsuliyyətlərinin, hədəflərinin nə olduğunu bilmirlər. İşçi sayı çox olduğundan işi bir-bir “futbol topu” kimi ötürülür. Bütün bunlar əməkdaşlara yuxu gətirir və şirkət yatır. Yatmaq olmaz!)

Səbəb 3. Şirkət sahibi subbardinasiyanı pozur. Məsələn, şirkətdə olan xırda işləri öz əlinə alır, onlar maraqlanmağa başlayır. Nəticədə işçilər çox rahatlıqla “meymunu şirkət sahibinə (rəhbərə)” tullayır və özləri rahatca yatırlar. Bu hal yerli şirkətlərdə çox rast gəlinir. Ad çəkmək istəmirəm, amma belə şirkətlərin bir çoxunun işçiləri indi bu yazını oxuyur. Oxuyursan!? Eybi yox, oxumaqda pis şey yoxdur, pis şey odur ki, şirkətin yatır və sən onu oyatmırsan! Neysə… mövzudan kənarlaşmayaq. Şirkət sahibi subbordinasiyanı pozmaqla digər rəhbərin əlini işdən soyudur. Bir növ günahı və məsuliyyəti öz üzərinə götürür… bu səhvdir. Yatmaq olmaz!)

Təbii ki, Siz artıq yatmış şirkətlər haqqında düşünürsüz, həmçinin beyninizdə belə bir sual var: “Bəs “yatmış gözəlləri” necə oyandırmaq olar?”

Biz düşünürük ki, yatmış şirkətləri yuxudan oyatmağın yeganə yolu aşağıdakı atılması vacib olan addımlardır.

  1. Şirkəti sadələşdirin. Sadəlik gözəldir. Yuxudan oyatmağın ən birinci yolu, şirkətdə olan qəliz strukturların bağlanmasıdır. Ay mərkəzi ofis, ay nümayəndəlik, menecerlər, layihə menecerləri, layıhələr, əməliyyat şirkəti, nə bilim satış şirkəti… əzizlərin hamısı boş şeydi. Bu adlar arxasında gizlənmək asanddır. Bir vaxtlar dünyaya layihə idarəedilməsinin diktə edən almanlar belə, bugün layihə sözündən qorxurlar. Layihə idarəedilməsi vacibdir, lazımdır, amma bir şirkət içində müxtəlif hədəfli layihələrin olması şirkətdə ətalət yaradır. Şirkətdə ən ideal bölgü funksional-xətti idarəetmədir. Belə olduqda kimin əli hansı cibdədir bilinir… Şirkət strukturu hamı üçün aydın olmalıdır, şirkətdə bir proses bir struktur tərəfindən aparılmalıdır. Biznes-proseslər, lazımsız qaydalar, hamısı ətalət xəstəliyinə gətirib çıxaran amillərdir. 
  2. İşçilərdə yer dəyişmə edin. Yer deyişməsi, bəzən şirkətin yuxudan oyanmasının ən rahat dərmanı olur. Hər şey çox sadədir, yatan adamı yerindən qaldıranda onun yuxusu qaçır. Bununla həm biznes işçi üçün rutinləşmir, həm işçi yeni iş və məsuliyyətlərə “yata” bilmir, birddə yeni təyinatlarla daha əvvəl bu funksiyada olan problemlər bir-başa ortaya çıxmış olur. Bu ümumi işin xeyrinə olur. Şirkətdə mübarizə başlayır.
  3. Hədəflərin dəqiq qoyulması. Şirkəti yatızdıran əsas məsələ, məhz hədəflərin qeyri-dəqiq olması olur. Əgər hədəf əlçatan deyilsə, işçilərin motivasiyası ikiqat aşağı düşür. Bu baxımdan şirkətin gedəcəyi yol, butün işçilərin öz dilində onlara izah edilməlidir. Maliyyəçiyə maliyyə dilində, marketoloqa marketiloq, HR-hr dilində deyilməlidir.

Düşünürəm bu yazı ilə heç olmasa bir şirkəti yuxudan oyada biləcəyik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close