image_pdfimage_print

Sentyabr ayı bir çox sektorlar üçün demək olar ki, başlanğıc ili hesab edilir. İstər ticarət, istər istehsal, istər xidmət sektoru bu aydan inkişaf fazasına qədəm qoyur… və əsası məhz sentyabr ayından ali məktəblərdə dərslər başlayır. Keçən ildə olduğu kimi, bu ildə bizdə ordan-burdan öyrəndiklərimizi öz əziz tələbələrimizlə paylaşaceyik. Biz heç bir şəkildə tələbələrimizə dərin nəzəri biliklərə vermirik (verə bilmirik), biz sadəcə öz mühasizərələrimizdə gələcəyimizi gətirəcək gənclərlə biznes, marketinq istiqamətində gördüklərimizi paylaşaceyik. Həmçinin bu tədris ilində bir “kampaniyaya” başlamaq istəyirəm. Bilirsiz nə kampaniya?!

Kampaniya keçməzdən əvvəl bildirmək istəyirəm biz mühazirələri MBA tələbələri üçün deyəcəyik, İqtisad Universitetinin əsas korpusunda (İçəri Şəhər metrosunun yanında!). Dərsimiz Sizində bildiyiniz kimi marketinq istiqamətinə aid olacaq, daha konkret desək bu il əziz tələbələrimizlə “strateji marketinq” haqqında maksimum bilik əldə etməyə çalışaceyik. Bizim dərslərimizdə mütləq qaydada praktiki tapşırıqlar, biznes keyslər olacaq. Bilirsizdə praktika olmadan PhD boş şeydir və biz öz praktik biliklərimizi hər zaman PhD adımızdan üstün tuturuq.

Sizlərində bildiyi kimi, biz strateqiya dedikdə xarici mühitdə baş verən proseslərə adaptasiya olunma fəaliyyətini başa düşürük və təbii olaraq öz mühazirələrimizdə marketinqin müxtəlif elementlərini xarici mühitdə olan dəyişikliklərə adaptasiya olunma yollarından danışaceyik. Biz öyrənməyə çalışaceyik ki, xarici brendlər bu adaptasiya prosesini necə edirlər, yerli şirkətlər bunu necə edir, strateqiyalarını necə seçirlər: müsbət və mənfi tərəfləri nə olur!?

Kimlərsə dərslərdə “qalın kitablarda” olanlardan danışır, bizim kimi “kasıblar” isə gündəlik biznes mühitində yaşadıqlarını nəzəri cəhətdən dərslərinə tökməyə çalışır… necə dəyərlər kasıbın olanından!) Düşünürəm ki, bizim savadlı tələbələrimiz qoyduqları hədəflərə görə bizim dəsrləmizə çox böyük maraq göstərəcəklər.

Deyə bilərsiniz ki, niyə məhz strateji marketinq mövzusu üzrə mühazirələr deyəcəm. Deyirsiniz?! Yaxşı edirsiniz deyin, məndə cavab verim ki, strateji marketinq MBA üçün ən vacib, ən lazımlə dərslərin başında durur. Bunun bir neçə səbəbləri var.

  1. Strateji menecment MBA proqramını bitirən hər bir məzun üçün lazımdır, çünki məzun olduqdan sonra seçdikləri pəşədən asılı olmayaraq marketinq lazımdır. Vacib deyil, Siz İT üzrə mütəxxəsissiniz, maliyyəçisiniz və ya digər peşə sahibisiniz. Marketinq biznes düşüncənin formalaşması üçün vacibdir, şərtdir. Biz MBA belə mötəbər dərs deməklə gənclərimizə marketinq biliklərinin maksimum artmasına çalışaceyik.
  2. Strateji menecment olmasa, MBA diplomu aktual olmaz. MBA özündə biznes admistrasiyası anlayışını aşılayır və bu  anlayış üçün mütləq marketinq strateqiyalarını düzgün qura bilməz şərtdi. Həm Sizə deyim ki, marketinq yalnız pəşə, funksional bilik istiqaməti deyil, həmçinin yaşam tərzidir. Bu bizim tələbələr bilməlidir.
  3. Daha əvvəl istər sosial şəbəkələrdə, istərsədə müxtəlif təlimlərdə (master-klasslarda), İqtisad Universitetində olan tələbələrimiz ən çox marketinq anlayışının üzərində mənə suallar verirdilər. Bu o deməkdir ki, mən maksimum dərəcə belə sualları yerindəcə cavablandırmağım üçün imkanım olacaq.

Aha-aa… lap yadımdan çıxmışdı… axı mən demişdim ki, bu tədris lindən kampaniyaya başlayırıq. Bu kampaniya nədir? Beləliklə yeni dərs ilində bizim dərslərimizə maksimum yaxşı mənimsəmə göstərən 2 tələbə dostumuz tərəfimizdən qarşılıqlı razılıqla Marketinq AİR təlimlərində tam ödənişsiz şəkildə iştirak edəcək. Biz 2 gənc tələbəmiz üçün həmçinin perspektivli yerli şirkətlərdə işə düzəlmələri üçün tövsiyyə verəcəyik və maksimum çalışaceyik, bizim tələbələr işsiz qalmasın. Təkrak edirəm bu kampaniya yalnız bu dərs ili üçün, yalnız İqtisad Universitetində oxuyan MBA tələbələri üçün və əlbəttə ki, strateji marketinq fənnini yaxşı mənimsəmiş tələbə dostlarımıza aid ediləcək!

Sizə səmimi deyim… mən inanıram ki, biz strateji marketinq fənnini istədiyimiz formada tədris edə bilsək, bizim tələbələri sadəcə tövsiyyə verməklə son dərəcə yaxşı və perspektivli yerlərə işə düzəltmək mümkün olacaq, çünki bilikli tələbə hamı üçün “defisintdir”.

Əziz tələbə dostlarımız hər birinizi dərslərdə görmək diləyiylə… bu arada maksimum çalışaceyik ki, ayda 1-2 dərsimiz açıq keçsin və İqtisadda oxumayan tələbələr belə bu mühazirələrimizdə iştirak etsin. Görüşərik!)

P.S. Məndə inanıram ki, bəlkə bu tədris ilindən bloqda olan qrammatik səhvlərimi azaldım…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close