image_pdfimage_print

Sabah (sentyabr ayının 3-də), saat 19:00-da Times Consulting reklam şirkətinin muasir formada hazırlanmış ofisində ölkə marketoloqlarının ən böyük marketinq platforması olan Marketinq Azərbaycan Qrupunun 2 yaşını qeyd edirik. Hər biriniz dəvətlisiniz.

Qrupun ilk yarandığı günlərdən bugünə qədər çox vaxt keçib, amma mənə elə gəlir ki, qrupun yaranma prosesi, qrupda ilk aktivliklərin təşviq edilməsi üçün düşündüyümüz addımlar, elə dünən olub. Bu haqda keçən dəfə, olan bloq postlarımızdan Sizinlə danışmışdıq.

Daha əvvəl bir neçə dəfə qrupun aktivlikləri olsada bu dəfə olacaq yaşımız çox fərqli və daha maraqlı olacağına inanıram. Niyə belə düşünürəm?

Birincisi Sizin bildiyiniz kimi, bu dəfə olacaq tədbirimiz ölkədə indoor reklamlarda ən güclü şirkətlərdən olan Times Consulting şirkətinin son dərəcə fərqli və bənzərsiz ofisində olacaq. Ofis 25-ci mərtəbədə yerləşir və buradan demək olar ki, butün şəhər “ovcumuzun içində” kimi görünəcək. Bu superdi. Marketinq Azərbaycan Qrupunun üzvlərini hər zaman zirvələr yaraşır.

İkincisi tədbirimizdə ölkənin aparıcı marketoloqları reklam və marketinq sektoru barədə təqdimatlarla çıxış edəcəklər. Mən inanıram ki, bu adamlardan biz çox şey öyrəcəyik. İstər təqdimatların keyfiyyəti, istərsədə spikerlərimizin gücünə çox inanıram.

Üçüncüsü tədbirdə mükəmməl networkinq imkamları olacaq. Özünüz düşünün… biz demək olar ki, həm reklam verənləri, həmdə reklam xidməti alanları bura dəvət edirik. Bununla həm platformamız düzgün və sistemli olacaq, həmdə muasir biznes üçün ən vacib olan amil – əlaqələr qurulması üçün şans olacaq. Görüş ayaq-üstə olacaq və hamı bir-biri ilə tanış ola bilər (tanış olmalıdır!).

Tədbirimizdə kofe-breyk, çay və yüngün yeməklər Times Cunsulting şirkəti tərəfindən tamamiylə ödənişsiz formada bizə təqdim edilir. Bu çox əladır. Ona görə yox ki, biz hamımız işdən sonra yemək istəyirik… (həmndə ola görə!)), ona görə ki, bu deməkdir ki, reklam şirkətləri bugün öz bizneslərinin inkişafını belə reklamda görür. Digər tərəfdən bu bizim qrupun necə mötəbər bir struktur olmasını gösətərir. Təbrik edirəm Rafiq müəllim, təbrik edirəm Anar müəllim… Siz böyük işlər bacarmısınız. Məndə Sizin kimi olmaq istəyirəm!))

Əziz oxucu, əvvəlcədən Sizə bir problem deyim… bizim tədbir tam ödənişsizdir və bizə tədbirin keçirilməsində maksimum 100 nəfər iştirakçı olduğunu planlamışıq… əgər iştirakçı sayı daha çox biz, narahatçılığa görə əvvəlcədən üzr istəyirik!

Hər biriniz sabah görmək ümidiylə – #YIGISHIRIQ

ƏLAVƏ OXUMAQ:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close