image_pdfimage_print

Bəzən ətrafımızda çox saylı nədənsə narazı adamlar görürük. Bu adamlar daim nədənsə narazıdırlar… məsələn, onlara elə gəlir ki, bugün ölkədə vəziyyət son dərəcə pisdir, bugün gənclər bisavaddır, bugün ölkədə biznes yoxdur, bəzən elə düşünürlər ki, guya ölkədə monopoliya var, hətta bəzən bu adamlara elə gəlir ki, guya hamı bunların ələyinə işləyir – bu adamlar daim ağlayırlar. Təbii olaraq, vaxt keçdikcə bu adamlar həyatlarıda elə həqiqətəndə “ağlamalı” olur. Mən bu yazıda Sizə “ağlamaq” xəstəliyinə tutulmuşlar barədə danışacam.

Əminəm ki, Sizlərdə bu tip adamlar rastlaşırsınız. Belə sözlər eşitmisinizdə:

  • Mən Azərbaycanda təhsil almışam, buna görədə filan şeyi bilmirəm;
  • Bizim adamımız yoxdur ki, bir yaxşı işə düzəltsin… ona görə işsizəm;
  • Eşi… hara baxırsan işə götürmək üçün pul istəyirlər… bizim kimi (bunlar kimi) adamlarda qalır işsiz…;
  • Məəən (bu) filan ildə ali məktəbi bitirmişəm… amma nə olsun, gör bir iş var?! (elə bil buna kimsə iş verməlidir!?);
  • Adamın pulu ola… bir yaxşı iş qurasan, yoxsa mənim kimi adam necə qursun biznes; və s. və ilaxır… tipli ağlamalar.

Belə danışan adam gördünüzsə, təcili qaçın. Bilin ki, beləsində adama xeyr gəlməz, xeyri özünə qalsın bu tip “ağlayanlar”la durub-oturduqca bizə elə gələcək ki, elə həqiqətəndə hər şey ağlamalıdır. Nə biznes, nə dost cəhətdən lazımlı adamlar olmurlar belələri.

Məsələyə, sırf insan psixoloqiyası cəhətdən yanaşsaq, görərik ki, insanların “ağıamaq” xəstəliyinə tutulması təbiidir. Biz “ağladıqca” özümüzdə bilmədən bəzi faydalar əldə edirik. Amma bu faydalar tam yalançı olur. Məsələn, ağlayan adamlar, ağlamaqla aşağıdakı məsələlərdə özlərinə “faydalı” olurlar.

  1. Biz ətrafı günahlandırdığımız zaman, öz uğursuzluqlarımıza haqq qazandıra bilirik. Məsələn, işsiz adam iş axtarmaqdansa, ətrafı işsizlikdə ittiham etməsi daha rahat olur, şəxsi məsuliyyət hissi olmur.
  2. Bizimlə əlaqəli olmayan adamlar “ağlamağımızı” eşidib bizə diqqət yetirir. Amma unutmaq olmaz ki, bu diqqət heç bir şəkildə fayda vermir və sırf bizim psixoloji sakitləşməyimiz üçündür.
  3. Ağlamaq biz niyə aktiv olmadığımıza haqq qazandırıq. Məsələn, adamımız olsaydı işləyərdim sözü deyən gənc çox rahat olur və ya indi savada ehtiyyac yoxdur, fikrini səsləndirən tələbə mühazirədə telefonla oynama səbəbini özü üçün əsaslandıra bilir və s.
  4. Ağlamaqla biz öz komfort zonamızdan çıxmırıq. Bilirsizdə komfort zonadan çıxmaq bizdə əlavə stress yaradır. Bu baxımdan “ağlamaqla”, kimlərisə gunahlandırmaqla biz bir növ niyə bugünə qədər uğursuz olduğumuzun səbəbini tapırıq və s.

Əzizlərim əmin olun, bizim uğurumuz öz üzərimizdə güclü işləməyin, özümüzə inamın və əlbəttə bizə yaradanın əlindədir. “Ağlamaqla” özümüzü geri aparmağın heç biri yeri yoxdur. Son günlər Marketinq Azərbaycan qrupunda admin dostlarımız qrupun standarlarından kənar görülən işlərin üstünə düşüblər. Bu çox yaxşıdır. Fikir verirəm. Ordada, bizim gənclər arasında işsizliyini, fəaliyyətsizliyi göstərən gənclər var. Ağlamaq nəyin ki, “kişiyə yaraşmaz” ümumiyyətlə doğru deyil.

Biz öz günümüzə inanmasaq heç vaxt uğur qazana bilmərik. Bu baxımdan “ağlamaqlar” bizə ziyandan başqa heç bir xeyri yoxdur.

Həəə, birdə sonda bir məsələni deyim. “Göz qaytarmaq” deyilən bir deyim var. Açığını desəm mən bu deyimə inanmasamda, son dərəcə böyük şəxsiyyətlərin bu prisniplə işdəyinin şahidi olmuşam.

Məsələn, şahmatla aktiv məşğul olduğum vaxtlar, yarışlarda Teymur Rəcəbovun valideyninin daim “narazı olduğunu”, daim “ağladığının” şahidi olurdum. O vaxtlar mən bunu başa düşmürdüm. Məsələn, yarış vaxtı zaldan çıxırdım, Teymurun atası soruşurdu: “İlkin, Тима проигрывает да?”, Mən isə vəziyyətə baxdığım üçün çox zaman “neet” deyirdim. Valideyni heç vaxt razılaşmır və butün yarışlar boyu daim “ağlayırdı”… Teymur isə maşallah, yarışlarda rekodrlar qırırdı… əlbəttə, mən indi başa düşürəm ki, o vaxtlar valideynləri niyə “ağlayırdı”?!

Eyni şeyi adlarını demək istəmədiyim bir neçə son dərəcə güclü sahibkarlardada görmüşəm. İstənilən işi başlamazdan əvvəl “ağlayırlar”. Bu sadəcə göz qaytarmaq üçün olan bir şey olsada, bəlkədə həqiqətəndə işləyir. Amma bir şeyi 100% bilirəm. Neqativ baxış, insanın ətrafında neqativ enerji toplayır. Bunu hər zaman diqqət etmək lazımdır, vacibdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. İmkan olsa yaaprdım diyen arkadaş, imkan olsa her kes yapar. Çox sevdiyim bir söz var. İyi yolda olduğu gibi, kötü yolda da rekabet vardır. M.Sekman. Ümid ediem bütün Behaneçiller bunu oxuyub ders çıxararlar.

  2. Sizin bloqla bu gün tanış oldum, bir neçə məqalə oxudum. hamısı qısa və məzmunludur, adam oxumaqdan yorulmur. Afərin. biz gənclərə äla müsbət enerji verən yazılardır. Çox sağ olun.

  3. Еνery weekend i uѕed to make up a visit thіs First Baron Passfield site, fօr the reason tҺat і
    want for enjoyment, sіnce thiѕ tҺis network pаǥe conations trulƴ fastidious odd
    іnformation tоo.

    Hеre is my webpage; rls log

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close