image_pdfimage_print

Bilirsiz ki, bloqumuzda yalnız yaşadığımız və əmin olduqlarımız barədə yazırıq. Diqqət edin, demirəm ki, düzünü yazıram… “düz”, “səhv” subyektiv yanaşmadır. AMMA etdiyimi və gördüyümü yazmağı Sizə söz verirəm. Bugün Sizinlə Azərbaycan corafi əhatəsində biznes qurmaq üçün mükəmməl şəraiti olan TOP 5 yer haqqında yazacam. Başlayaq?

Daha əvvəl bloqda 2013-cü ilin ən güclü brendləri və ya bloqun ən faydalı yazıları tipində bloq-postlar yazmışdıq. Bugünlə Sizinlə ölkəmizin bölgələrində gördüyüm və əmin olduğum məsələlər haqqında danışacam.

İstər şəxsi biznesimizin bir hissəsinin bölgələrdə olması, istər özümün rayonda anadan olmağım (Yevlaxda anadan olmuşam, Yevlaxlıyam yəni!) məni tez-tez rayonlarda olmağımı stimullaşdırır. Gördüklərimi nəzərə alaraq ölkəmizdə biznes qurmaq üçün ən rahat 5 yer barədə məlumat verəcəm.

№5. Zaqatala. İstər yerləşdiyi əhatə, istər insanlarının daha muasir baxışlı, ziyalı olması bu reqionda biznes qurmağı daha asandlaşdırır. Həmçinin Zaqatala əhalisinin maddi rifahının sözü gedən bölgədə daha üst səviyyədə olması, qurulan biznesin ən vacid elementi olan müştəri problemlərini qismən həll edə bilər. Rəqabətdə bu reqionda digər yerlərlə müqayisədə daha azdır. Məsələn, Şəki ilə müqayisədə Zaqatalada xam bazarlar daha çoxdur.

№4. Goran (Goran avtomaqistları). İstər ətraf rayonlar, istərsədə ümumi vəziyyətə görə Goran ta, qədimdən son dərədə aktual biznes bazar hesab edilib. Necə dəyərlər Goranın adı çıxıb, yaxşı mənada. Azərbaycanda özü-özlüyündə bir sənaye səviyyəsində olan “cehizlik” bazarı bugün Goranda son dərəcə aktualdır və orda biznes qurmaq perspektivlidir. Düşünürəm ki, gündən-günə bu bazarın aktuallığı dahada artacaq. Münasib qiymətli malların satışı üçün son dərəcə maraqlı yerdir.

№3. Lənkaran. Bu reqionda bir-neçə dəfə dostlarımızın yanına qonaq olaraq getsəmdə, biznes qurmaq üçün mükəmməl imkanların olduğunu hər tərəfdən şahid olmaq olar. Lənkaranın şəhər statusunda olması, cənub bölgəsinin ən mərkəzi və inkişaf etmiş bölgəsi olması corafi ərazi üçün əlacə dividentlər gətirir. Həmçinin Lənkaranda bugünə qədər boş bazarlar var. Şəhərin əsas üstünlüklərinin biridə, çox saylı əzmlə işləyən adamlarının olmasıdır. Məsələn, Mərkəzi Aran rayonları ilə müqayisədə Lənkaranlılar daha əmək sevər olurlar. Savadlı işçi tapmaq Lənkaranda digər yerlərə görə daha asand baş verə bilər.

№2. Mingecevir. Bugün ölkədə tikinti gedişatına görə, qoyulan investitsiyalara görə bəlkədə ən inkişaf edən şəhərlərin başında durur. Hər min nəfərə düşən ali təhsillilər sayına görə respublikamızda birinci yerdə olan şəhər son illərdə böyük biznes potensialına malikdir. Bugün, Mingəçevirdə istər 2015-ci Olimpiya oyunlarına hazırlıq (Mingəçevir olimpiadanın keçiriləcəyi, Bakıdan sonra yeganə yerdir), istər şəhərdə gedən quruculuq işləri şəhərin inkişafına və dolayı yolla əhalinin əmək qabiliyyətini dolayı yollada olsa müsbət təsir göstərir.

№1. Gəncə. Hal-hazırda şəhər icra başçısının apardığı tikinti-abadlıq işləri şəhəri yeni biznes üçün son dərəcə cazibədar edir. Azərbaycanın “ikinci paytaxtı” statusunda olan şəhər Bakı ilə müqayisədə daha asand biznesə başlama imkanlarına malikdir. Rəqabətin Bakı ilə müqayisədə daha az, ödəniş qabiliyyətinin isə Bakıdan geriyə qalmadığı bir bölgə olaraq – Gəncə biznes qurmaq üçün ən mükəmməl yerlərin başında durur, bizim fikrimizcə.

Əziz oxucu, xahiş edirəm diqqət edəsiniz. Bu siyahıda nə Bakı, nə Sumqayıt, nədə məsələn Quba və ya Bərdə yoxdur. Sözü gedən yerlərin hər birində rəqabət səviyyəsi son dərəcə təhlükəlidir. Yəni bu reqionlarda yeni biznes açmaq üçün son dərəcə böyük investitsiya lazımdır (vaxt, pul, əsəb və s.).

Bizim bloqumuzun oxucuları gözəl bilirlər ki, alınmayacaq iş yoxdur, sadəcə edə biləməyən adamlar var. Düşünürəm ki, bu yazı Sizin açacağınız biznes üçün bir kompas rolunu oynayacaq və ya şirkətlərimiz hansı bölgələrə investitsiya qoymaq lazım olduğunu bizdən 10 dəfə daha tez başa düşəcək. Amma buna baxmayaraq bu bloq pstunda faydalı olmasına çox inanıram.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close