Bir-az yalan danışaq...

Görəsən dünyüda heç yalan danışmayan adam var!? Məncə yoxdur. Əslində hər birimiz, öz səviyyəmizə, çapımıza uyğun yalanlar danışırıq, danışmalıyıq hətta bəlkədə. Biriləri, öz həyatını yalanın üzərində qurur, digərləri yalan danışdığını bilmədən yalan danışır, o biriləri heç bilmir nə danışır – amma arada bir yalan danışır və s. İnanın ki, heç yalan danışmayan adama mən rast gəlməmişəm… bəlkə mənim dünya görüşüm azdır. Amma yalanında səviyyəsi, forması, üslübü olur. Bu yazıda mən biznes aləmində (iş həyatımda) eşitdiyim bəzi yalanlar barədə danışmaq istəyirəm. Maraqlı olacaq.

Beləliklə eşitdiyim yalanlara keçməzdən əvvəl düşünürəm ki, yalanlar öz fəaliyyət tipinə görü 3 qrupa bölmək olar.

  1. “Ağ yalanlar”. Bu yalan tipi əslində heç kimin inanmadığı, amma yalan deyən kəsin daha çox özünə sübüt etməsi üçün istifadə edilən yalanlardı. Belə yalanlar uzunmüddətli dövrdə heç bir təhlükəsi yoxdur, çünki çox tezliklə açılır və zərərsizləşir. Qorxmura belə yalanlardan. Hətta çox zaman ürəyimdə gülürəm. Çox sadə açılır və əslində heç bir təhlükə kəsb etmir. Sadəcə deyən adam özünü gözdən salır.
  2. “Qorxudan deyilən yalanlar”. Bu tip yalanalar iş həyatında əslində daha çox, nədən azad olmaq üçün deyilir. Bu deməklə, “müəllif” öz aləmində özünü məsuliyyətdən xilas edir. Ona elə gəlir ki, danışdığı yalanla müvəqqətidə olsa nedənsə xilas olacaq. Belə yalanlar adətən yalan danışan adam üçün “ölümcül” təsir etmir. Buna görə heç kim ona gülmür və tez yaddan çıxır.
  3. “Azaçıq təhriş olunmuş yalanlar”. Ən qorxulusu, ən dəhşətlisi məhz bu tip yalanlardır. Belə yalanları tutmaq, aşkarlamaq və “müəllifə” sübüt etmək demək olar ki, mümkünsüzdür. Gərək “Şərlok Xoms” olasın ki, belə şeyləri bacarasan. Son vaxtlar buna ixtisaslaşan adamlar çoxalıb!) Məsələn, deyirlər ki, “Filankəs filan vaxtdı yatanda, filan işi etdi” yəni yalan, real faktla o qədər eyniləşdirilir ki, həqiqətlə ayırmaq çətin olur.

Sizə bir söz deyim. “Mən yalan danışmamışam” deyən adamlardan qorxun. Bu adamlar çox qeyri-səmimidirlər. Mənim özümdə, çoooxlu yalanlar danışmışam, indi çalışıram azaldım, çünki iş həyatında, bəlkədə elə həyatdada, ən düzgün yol, düzlükdür. İnanın. Neysə… keçək yazıya.

Bəs real biznesdə hansı tip yalanları daha çox eşidiririk? Mən öz eşitdiklərimdən danışacam, Sizə maraqlı olsa, mənə kommnet və ya e-mail vasitəsi ilə yaza bilərsiniz, yaxşı?)

  • “Bizim şirkət son vaxtla ciddi inkişaf templərinə sahibdir”.  Əslində: Şirkət çox böyük kredit borcları var, operativ rentabellik demək olar ki, yoxdur. 
  • Şirkətimiz bir çox ölkələrə eksport edir. Əslində isə, şirkət 1-2 fura malı pulsuz olaraq xaricə göndərib, hələ göndərdiyi malın pulunu almayıb və alacağı barədə ümidi yoxdur!
  • Mən bu şirkətə (çalışdığı şirkətə) çox bağlıyam, heç vaxt burdan getmərəm. Əslində: Başqa yerdə heç kim bu adamı işə götürməz. Bildiyi, biləcəyi şey sırf təcrübəsinə görə öyrəndikləridir. Başqa yerdə heç vaxt işləyə bilməzlər!
  • Şirkət işi mənlik deyil, şəxsi biznes quracam. Əslində: Bu adamlar heç vaxt şirkətlərdə uğur qazana bilmirlər. Tənbəldilər. Şəxsi biznes adı ilə, özlərini gizlədirlər.
  • Filan şirkətdə CEO (məndən beş-betər!) işləyirəm. Əslində: Fikir vermişəm ölkədə ən çox artan vəzigə CEO-ur. Bu templə getsə tanıdıqlarımızın hamısı, hansı şirkətdə icraçı direktor olacaq. Əslində isə 2-3 min pul tapanlar, bir xırda-xuruş sayt yaradıb, özlərini CEO deyirlər. Sayt haqqında demişikdə İnternet Starp Azərbaycanda boş şeydir!)
  • Azərbaycanda hər yer monopoliyadır. Əslində: Monopoliya sözünün mənasını bilənlərin sayı aramızda gündən-günə azalır. Sadəcə monopoliya bizim tənbəlliyimizi, biznes qura bilməməyimiz üçün bir “Bəhanədir”. 
  • İndi gənclər oxumur. Əslində: Yalandır. Tam yalan indi ki, gənclər kimi oxuyan gənclər yoxdur. Sadəcə bu dostlarımızı həvəsləndirmək lazımdır. Müəllimlər buna görə çalışmalıdır.
  • Və s. uzada bilərəm..

…sadəcə məqsədimiz Sizin bu yalanlar barədə düşünməkdir. Bəs Siz hansı tip yalanlar eşitmisiz?!) Buyurun, deyin, maraqlıdır (!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: