image_pdfimage_print

Bugünlərdə Bill Qeyts haqqında olan kitabı bitirmək üzrəyəm və hiss edilir ki, idarəetmə, rəhbərlik qabiliyyətinə, dahi milyonçu çox ciddi əhəmiyyət verib. İdeal rəhbərin əsas atributları və ya Microsoftda idarəetmə prosisinin necə təşkil edildiyi haqqında ətraflı məlumat var kitabda. İstəyirəm bu kitabın təsiri ilə “ideal rəhbər” anlayışını yerli şərtlərə uyğunlaşdırılmış formada Sizlərlə paylaşım.

İlk əvvəl qeyd edim ki, istənilən şirkətin istər inkişafı, istərsədə məhv olması bir-başa olaraq rəhbərlikdən asılıdır. Bu haqda daha əvvəl söhbət etmişdik. Düşünürəm ki, pis işçi olmur, sadəcə bu işçidən düzgün istifadə etməyən rəhbərlik olur. Bu baxımdan ideal rəhbər hər bir biznes üçün hava-su kimi lazımdır.

Çox zaman, belə bir fikirlər gəzir ki, Azərbaycanda işçiləri motivasiya etməyin yeganə (və ya ən təsirli) yolu maddi motivasiyadır. Bu fikirlə heç bir şəkildə razı deyiləm. Bu fikrin ölkəmizdə belə tez-tez səslənməsinin yeganə və ya ən vacib səbəbi, Azərbaycanda biznes ənənələrin hələ tam oturmaması və təcrübəli menecerlərin (rəhbərlərin) azlığıdır.

Bill Qeytsin bu haqda məhşur sözü var: Güclü rəhbər işçilərin əmək haqqısını, vəzifəsini qaldırmadan, motivasiyasını qaldıra bilməlidir.

Güclü rəhbər başa düşür ki, işçiləri maddi motivasiya ilə uzunmüddət saxlamaq olmaz. Əgər işçi özünü vahid komandanın üzvü olaraq görmürsə, əgər işçi üzvü olduğu komandanın qeyri-maddi olan hansısa dəyərləri uğrunda mübarizə apardığını başa düşmürsə, heç bir şəkildə uzunmüddət motivasiyadan söhbət gedə bilməz.

Bugün Twitterdə dostumuz Anar müəllimlə bu məsələni bir-az müzakirə etdik və onun dediyi çox maraqlı bir ifadəyə Sizin diqqətinizi çəkmək istəyirəm. Anar müəllim dedi: “Əmək haqqı artımı ilə nəyin ki, işçiləri motivasiya etmək, tam əksinə demotivasiya etmək ehtimalı daha çoxdur. Çünki mütləq hansısa işçi onu maaşının daha az olduğunu düşünəcək. Əmək haqqısı artan “dostumuz” isə gec-tez öz əmək haqqısını yenədə az hesab edəcək”.

Planlı-iqtisadiyyat dövrünün müasiri olmasamda, o dövrdən öyrəniləcək çox şeyin olduğuna inanıram. Mənim valideynlərim müəllimdilər və sovet dövrünün müasirləidirlər. Anam hər zaman misal olaraq deyir: “Biz SSSR dövründə maaşımız çox az edi, amma heç düşünmürdük ki, görəsən maaşımız niyə artmır?”. Bu arada o dövrdə müəllimlər indiki müəllimlərlə müqayisədə daha motivasiyalı olublar.

Bəs bunun səbəbi nədir? Səbəb çox sadədir – indinin müəllimi (həkimi, polisi, məmuru, hərbiçisi və s.) konkret olaraq hansısa idealoji bazaya dayanmır. O sadəcə çalışır ki, daha çox pul qazansın. Puldan başqa heçnə ilə onu motivasiya edən yoxdur. Pulla, maddiyatla motivasiya olunmasının (əgər buna motivasiya demək olarsa) yeganə səbəbi… digər bir elementlərdən istifadə olunmamasıdır.

Bəs Sizcə ideal rəhbər necə olmalıdır? Vaxtınızı çox almadan bir-başa cavablara keçim.

  • İdeal rəhbər – işçilərini vahid amal uğrunda mübarizə apardıqlarına inandırmalıdır. İşçilərin bir “düşməni” olmalıdır.
  • İdeal rəhbər – işçilərini gözəl tanımalıdır, bilməlidir ki, filankəsə nə lazımdır. O psixoloq olmalıdır.
  • İdeal rəhbər – düzgün hədəf qoymalıdır. İşçilərin əməyini “yaxşı”, “pis”, “babat”, “parlaq” və s. kimi subyektiv kriteriyalarla deyil, hamı üçün aydın KPİ-la qiymətləndirməlidir.
  • İdeal rəhbər – özü komanda üçün nümunə olmalıdır. Mümkün deyil ki, rəhbər özü az işlədiyi kollektiv çox işləsin və ya hevəssiz rəhbərin işçiləri daha həvəssiz olur, olacaq.
  • İdeal rəhbər əməlləri ilə komandasını mühüfizə etməli, verilən qərarları qorumalıdır. İşçinin səhv etməsini “müharibə” etməməlidir və s.

Xarici şirkətlərin bir çoxunda işçilərin şirkətin səhmlərini almaq imkanları barədə məlumatınız var. Kobud dillə desək, işçilər rahatlıqla şirkətdə pay sahibi ola bilirlər. Təsadüfi deyil ki, Microsoft dünya üzrə işçiləri milyonçu olan şirkətlər arasında birinci yerdədir. Milyonçu işçilər demək olar ki, gecə-gündüz ofisdə işləyir. Səbəb çox sadədir, hamı bir idealogiya üzərində birləşib və hərəkət edir. Yoxsa milyonçuları ofisdə işlətmək üçün hansı motivasiya elementi tapmaq olar?

Düşünürəm ki, rəhbərlik, menecerlik fəaliyyətinin təkmilləşməsi üçün ölkəmizdə hələ çox illər keçməlidir, çünki burada təcrübənin əhəmiyyəti yüksəkdir. Amma buna baxmayaraq həyatda hər şeyin olduğu kimi, ideal rəhbərlik etməkdə, sadəcə zəhmətdən və öz işini sevməkdən başlayır.

P.S. Bəlkədə İdeal rəhbər olmur… “ideal” dizayn olar, “ideal” pafumeriya olar, “ideal” komyuter kursları olar… rəhbərdən ideal olmaz, bəlkədə hə!?))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close