image_pdfimage_print

Çox maraqlı sualdır və əminəm ki, biznes qurmaq istəyən adamların 99% bu sual düşündürür. İcasə versəniz mən bu suallı bir-az daha dərindən cavablandırmağa başlayım. Olar? Bügünlərdə, Almaniya, Avstriya səfərində sonra bir məsələ barədə düşüncələrimi tam dəqiqləşdirmişəm. Hansısa böyük bir uğura nail olmağın yolu, bir mənalı şəkildə xırda işlərdən keçir və ya başqa sözlə desək, biznesdə revolyutsiya yolu ilə irəli getmək uzunmüddətli perspektivdə çox risklidir. Hər şey mərhələli şəkildə və ya Evolyutsiya yolu ilə olmalıdır. Birdən-birə milyonçu olmaq və ya milyardlıq şirkət qurmaq yalnız kinolarda və bəzi böyük brendlərin tarixi əsk etdirən kitablarda ola bilər. Reallıq isə, səbrin üzərində qurulur. Sizə bir neçə misal çəkib, əsas sözümüzü deyəcəm.

Əziz oxucu, Avstriyada XXXLutz deyilən bir pərakəndə şəbəkəsi var. Bu şəbəkə Avropada İKEA-an sonra ikinci ən böyük mebel və ev alətləri təklif edən ticari şirkətdir (pərakəndə şəbəkədir). İlk baxışdan düşünmək olar ki, bu şirkət elə birinci gündən belə böyük olub və bir növ “belə biznesi işlətməyə nə var?!” deyə suallar beyninizdə canlana bilər.

Amma daha dərinə getdikdə və XXXLutz tarixi təhlil etdikdə, biz aydın şəkildə görürük ki, hər şey son dərəcə balaca bir salondan başlayıb. Şirkətin ilk açdığı mağaza Avstriyanın İnnsburg şəhətində olub və ərazisi cəmi 420 kv.metr emiş… bugün XXXLutz adındanda göründüyü kimi, yalnız XXXL ölçülü salonlar açır. İnkişaf tempinə görə bəzi ölkələrdə İKEA-nı belə qabaqlayır!

Media Markt bugün beyaz əşya, boz əşya və media daşıyıcıları bir arada təklif edən ən böyük pərakəndə şəbəkədir (Avropada). Amma ilk salonu cəmi 45 il əvvəl açmış və ilk salonunda 17 işçi ilə başlamışdır. Media-Markt bugün Saturn şəbəkəsi saymaqla demək olar ki, Avropanı texnika ilə təmin edir. Addım-addın işləmək və yalnız Evolyutsiya yolu ilə getdiyi üçün bugün sektor lideridir bu şirkət.

Çox uzağa getməyək, 2013-cü ildə Rusiyanın ən böyük (qeyri-dövlət) şirkətlərinin siyahısında Magnit deyilən bir şəbəkə var. 2013-cü ildə Maqnit ortalama bir günə 3 mağaza açılışı edib və hal-hazırda Rusiyanın 4-cü böyük şirkətidir (satış həcminə görə). İlk baxışdan elə düşünülə bilər ki, Maqnit hardansa pul və ya dəstək tapıb, amma daha dərin şirkəti öyrəndikdə aydın olur ki, sahibkarı olan Qaliskiy bu uğura addım-addım gəlib və heç bir şəkildə birdən-birə peydə olmayıb.

Yerli şirkətlərimizdən belə nümunələr demək olar. Post-sovet ölkələrinin ən böyük mebel şirkətlərindən biri olan, Embawood əslində Masallıda cəmi 6 nəfərin çalışdığı bir emalatxanadan biznesə başlayıb… nəzərə alsaq ki, bu 6-nəfərin 3-ü şirkətin təsisçisi olub… Bugün şirkət sözün əsl mənasında ölkəmizin gürür mənbəyidir. Dünyanın 10-an çox ölkəsinə Azərbaycan mebelini ixrac edir. Bəs necə? Əlbəttə ki, ardıcıl inkişaf yolu ilə.

Embawood kimi misallar 10-ladır… istər Feminası, istər FAB-ı, istər Romantici və ya digəri. İnanın bu bizneslərin heç biri birdən-birə sektor liderli olmayıblar.

Bəs Sizcə belə böyük bizneslər qurmaq üçün nələri etmək lazımdır? Mən düşünürəm ki, bunun üçün sadəcə xırda işlərdən qorxmamaq, gördüklərimiz işlərdə məhz mərhələ prinsipindən istifadə etmək şərtdir. Başqa sözlə desək, böyük biznesə sahib olmağın yolu, ilk əvvəl bu biznesin kiçik prototipin yaradılması (qurulması) və addım-addım irəli getməkdən keçir.

Deyə bilərsiniz ki, biznes üçün investitsiya lazımdır. Əlbəttə, lazımdır. Amma nə qədər? Həqiqətənmi Sizin bu investitsiyanız yoxdur?

Əvvəlcədən deyim, əgər Sizin qurmaq istədiyiniz biznesə lazım olan investitsiya Sizin illik qazancınızdan çoxdursa… deməli Siz “öz yorğanınıza” görə biznes haqda düşünmürsüz və bu biznesə sahib olma ehtimalınız, möcizəyə bərabərdir. Bu investitsiya olsa belə, (əslində olma şansıda azdır), Sizin bu biznesi apara bilməniz son dərəcə böyük şübhədir.

İlk biznes mütləq xırda investitsiyalı olmalıdır. Qazandığınız hər bir manat Sizi, daha böyük biznesə aparacaq. Bu baxımdan düşünürəm ki, düzgün fikir, zəhmətsevərlik və əlbəttə ki, ŞANS olduğu zaman biznes üçün lazım olan investitsiya Sizdə tapılacaq.

Əgər Siz bugünə qədər bir manatda olsa qazanmamısınızsa… və öz biznesinizi düşünürsünüzsə, mənim tövsiyyəm təcili bir şirkətə işə düzəlməkdir. Burda əsas məntiq pul qazanmaq deyil, əsas məntiq pulun qədrini bilmək və ya biznes təcrübə qazanmaqdır.

Biznes açmaq üçün ən vacib məsələ, düşünmə qabiliyyəti və risk etməyi bacarmaqdır. Qalan hər şey düzəlir. Əmin olun.

Risk demişkən, bilməz azdır, bildiyini etmək vacibdir. Bunun üçündə mütləq bir-az tez düşünmək, cəld hərəkət etmək lazımdır. Unutmayın, sonunu düşünənlər… bilirsizdə nə olmurlar?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close