"İlkin Manafov" personal brend və ya niyə bloq vacibdir?

Qurban olduğumuzdan gizli deyil, Sizdə nə gizlədim… son aylarda bir məsələni müşayidə etmişəm. Getdiyim görüşlər, apardığım söhbətlər zamanı, Azərbaycan dilində ən çox yazı olan şəxsi bloqa sahib olmağın çoxlu üstünlüklərini hiss edirəm. Bu həm məni, İlkin Manafov olaraq tanınmam üçün, həmdə bloqda yazılanlarla özümündə nələrisə daha tez öyrənməyim üçün vacibdir. Şəxsi bloq yazmaq mənə nə verir?

Bu suallı üç hissəyə bölmək istəyirəm. Çünki mən əslində 3 bir-biri bəlkədə əlaqəli, amma ilk baxışdan çox fərqli olan istiqamətlər üzrə çalışıram. Bunlar hansılardır?

  1. Şəxsi bloq yazmaq bizneslə məşğul olan İlkin Manafov üçün nə verir?
  2. Şəxsi bloq marketoloq (konsultant) olan İlkin Manafov üçün nə verir?
  3. Şəxsi bloq Ali məktəbdə çalışan və ya təlim verən (müəllim deməyə dilim gəlmir, çox böyük addır…!) İlkin Manafov üçün nə verir?

İcazə versəniz hər biri istiqamət üzrə bloqun və ya şəxsi brendin mənə verdiyi dəyərlər haqqında danışım.

Bizneslə məşğul olan İlkin Manafov üçün nə verir?

Daha əvvəl defələrlə dediyim ki, əgər insan üçün ən dəyərli nemət can sağlıdırsa, biznes üçün bu əlaqələrdir. Əlaqə olmadan biznesdə heç cürə irəli getmək… nəyin ki, irəli ümumiyyətlə davamlı şəkildə mövcud olmaq mümkün deyil. Şəxsi bloq və ya etdiyim aktivliklər vasitəsi ilə mən çox saylı əlaqələr qura bilirəm. Bu əlaqələr hesabına mən hansısa işi daha tez, daha sistemli edə bilirəm. Bu mənə kömək edir.

Bildiyiniz kimi tanınma vacibdir, amma daha vacib müsbət tanınmadır. Biz bilirik ki, post-sovet məkanında ən tanınmış avtomobil markası… hansıdır?! Bəli, bəli “zaporojesdir”. Bəs kim buna sahib olmaq istəyir? Ölmüş brendə. Heç kim (az adam). Şəxsi bloq və ya aktivliklər hesabına mən yalnız, adi İlkin Manafov olaraq deyil, aktiv yazar və öz düşüncəsi olan adam olaraq qəbul edilirəm. Bu mənə biznesdə əlaqələrimdən, tanışlıqlarımdan istifadə etməyə kömək edir.

Biznesdə hansısa yaxşı şətrlər və ya üstün imkanlar əldə etmək üçün, Sizə etibar olmalıdır. Bilmirəm niyə… amma bizim bloqumuzu oxuyanların böyük əksəriyyəti bizə qarşı böyük etibara sahib olur. Bu məsələyə diqqət edin. Etibar qazanmaq əslində bir o qədərdə çətin deyil… AMMA etibarı saxlamaq – son dərəcə çətindir. Bu baxımdan bugün ən çox diqqət etdiyim və üzərində “əsdiyim” məsələ, məhz etibarın qorunması və etibardan düzgün istifadə etməkdir. İlk etibarın yaradılmasında bloqun rolu çox böyükdür.

Şəxsi bloq marketoloq İlkin Manafov üçün nə fayda verir?

Açığını deyim, çox böyük fayda verir. İstəyirəm bu bloqu yaza-yaza ağlımda olanları deyim.

  • Bloq vasitəsi ilə, mən məcbürən marketinqdə, brendinqdə, biznesdə olan xəbərləri izləyirəm. İzləməsəm, oxumasam yaza bilmərəm. Yaza bilməsəm, ana dilimizdə bu qədər kontent və ya dolayı yolla, bizim Sizinlə tanışlığımız olmaz.
  • Bloq vasitəsi ilə, özümü marketinq eksperti kimi daha asand tanıda bilirəm. Nə gizlədim… istəyirəm, marketinq ekspert olaraq tanınım, çünki ad tanınanda səni dediklərini dahada ciddiyə alırlar.
  • Bloq vasitəsi ilə biz çoxlu orta və kiçik sahibkarlar arasında mütəfiq, dost tapırıq. Bu bizi sevindirir və əlbəttə ki, kömək edir.
  • Bloq vasitəsi ilə öz fikir, ideya dostlarımı tapa bilirəm. Əgər yazmasam, harda biləcəklər ki, İlkin filan-filan şeylər haqqında nə düşünür. Düzdü bloq məni sevməyənlər “komandasınında” yaranmasına xidmət edir… AMMA biz “100 dollar” deyilik ki, hamının bizdən xoşu gəlsin. Əsas odur ki, bloq vasitəsi biz ekspert olaraq qəbul edilirik və s.

Şəxsi bloq tədris edən İlkin Manafova nə verir?

Əzizlərim, hətta tələbələr belə müəllimləri haqda düşünəndə “brend” amilini fikir verirlər. Marketinq sahədinsə tanınan müəllimin marketinq tədris etməsi superdi. Ən azı ona görə ki, tələbələr onun dərslərində az qala nəfəs almırlar… (xahiş edirəm sözümü bir-başa qəbul etməyiin!).

Bizim istər Ali məktəblərdə, istər dediyimiz treninglərdə ideal sakitçilik mühiti olur. Həftənin üçüncü günü İqtisad Universitetinin qiyabi MBA tələbələrinə marketinq strateqiyası haqqında bildiklərimi paylaşırdım (bu arada el arasında buna mühazirə deyirdim deyirlər…). Qiyabi tələbələr elə diqqətlə qulaq asırdılar ki, hörmətli Ali məktəb rəhbətliyi içəri girib dedi ki, “O qədər sakitçilikdir ki, az qaldıq düşünək ki, sinifdə Sizdən başqa heç kim yoxdur” – mühazirə otağında 60-an çox tələbə var edi!)

Xahiş edirəm… deməyin ki, “bloqla sakitçilik arasında nə əlaqə var?!” əlaqə var. Əlaqə odur ki, mən sinifə girində ən azı auditoriyanın 10% məni hardansa tanıyır və bu məndə “ilk təəsüratı” düzgün yaratmaq üçün köməklik edir. Tanınma, əsasənda bloq vasitəsi ilə superdi.

Düşünürəm ki, bloqa sərf etdiyimiz vaxt, heç bir şəkildə hədər getmir. Hə birdə ən vacib məsələni unutdum… biz tezliklə Sizinlə bloqumuzun 600-cü yazısını qeyd edəcəyik. Söz verirəm ki, o bloq-postu yazanda son dərəcə ciddi bir sirr açacam Sizə. Bloqumuz və ya mənim yazı tərzim haqqında. Xahiş edirəm heç kimə demərsiniz.

P.S. Əziz oxucu, əslində məndə hamı kimi, daha yaxşı yazmaq, daha keyfiyyətli, daha düzgün grammatik cümlələr qurmaq istəyirəm. AMMA məndə çox zaman bu alınmır. Xahiş edirəm, bloq-postlarda buraxdığımız səhvləri görə məni bağışlayasınız. Birdə… axı bu bloqu artıq adam oxumur… özümüzükdə… cahilliyimə bağışlayın, yaxşı?

P.S.S. Birdə Sizə deyim ki, mən bu yazını yazmaqla Sizə əslində bəzi “karlarımı” açdım… AMMA düşünürəm ki, həqiqət və səmimilik ən düzgün yoldur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: