image_pdfimage_print

Bugün Vienadan yenidən qaldığımız Schönəwald am See (Almaniya) şəhərinə gəldik. Yol boyu avtobahnnın verdiyi rahatlıqdan istifadə edərək bir çox mövzular barədə söhbət etsəkdə, bir məsələ məni çox düşündürdü. Bu məsələ Vətənimizdə insanların həyatdan tam həzz ala bilməməsinin birinci şərtlərindən olduğunu hiss etdim. Biz daim böyük arzular qururuq və bu arzulara çatmadığımız təqdirdə özümüzü bədbəxt hiss edirik, halbuki biz arzularla imkanlarımız arasında heç bir “GAP” təhlil aparmırıq. Bu yazıda mən “Arzular və İmkanlar” ifadəsinə marketinqdi (biznesdə) geniş yayılmış bir təhlil növü – GAP (üçürüm) təhlili cəhətdən yanaşmaq istəyirəm.

Əvvəlcə qeyd edim ki, insanın xoşbəxtçili ilə maddi rifahının arasında düz-mütanasib bir əlaqə yoxdur, necə ki, işçilərə verilən əmək haqqı heç bir şəkildə işçinin uzunmüddətli motivasiya edə bilməz. Bu haqda biz yazdığımız bloq postda ətraflı söhbət etmişdik ki, motivasiyanın yeganə sistemli yolu idealoji bazanın yaradılmasıdır. Əzizlərim… bu xoşbəxtçilikdədə belədir. Əsl xoşbəxtçilik arzularla imkanların düzgün idarəedilməsindən keçir. Diqqət edək.

Bir nəfər evə, bağa, bahalı avtomobilə sahibdir, lakin onun arzusunda daha böyük ev, bağ və ya şəxsi avtomobilə sahib olma istəyi var. O bu haqda gecə gündüz düşünür, hətta ona elə gəlir ki, bu əşyalar olmasa “arzularına” çata bilməz. Çünki məlumdur, insanın ehtiyyacları sonsuzdur və artıqca dahada çox istəkləri olur. “Dostumuz” gündən-günə özünü dahada bədbəxt hiss etməyə başlayır, çünki onun arzusa çata bilir. Daha dəhşətlisi onun arzusu maddidir. O yalnız maddiyatla özünü motivə edə bilir.

Günlərin bir günü “dostumuz” istədiyi evə, bağa hətta şəxsi təyyarəyə belə sahib olur. AMMA bunu əldə edən ki, onun həyat istəkləri həndəsi silsilə ilə artır… nəticədə problemlər dahada böyüyür və qazanılan hər biri maddi dəyər onu xoşbəxtçilikdən dahada uzaqlaşdırır.

Digər tərəfdən yalnız maddiyata bağlı olmayan arzular bizə xoşbəxtçiliyə daha çox yaxınlaşdırır. Həmçinin maddiyatın gizli xasiyyətidə var. Biz pul dalınca qaçdıqca, pul bizdən eyni sürətlə uzaqlaşır.

Fikir vermişəm. Güclü sahibkarları, uğurlu insanlarla söhbət etdiyimiz zaman onların arzularının belə imkanları ilə birlikdə hərəkət etdiyi müşahidı etmişəm. Arzular bizə hissə-hissə yuxarıya qaldırmaq üçün mükəmməl vasitə ola bilər, amma həmçinin arzular bizə uçurumdan tam aşağı salır və birdə qaldırmaz.

Uğurlu insanlar nesə arzuladıqları zaman bu arzunun imkanları ilə müqayisəsini aparır – çatışmayan şeyləri təyin edir və sistemli şəkildə arzunun üzərində deyil, çatışmazlıqların üzərində konsentrasiya olurlar. Zəiflət isə daha çox arzular, arzular deyirlər və arzulara çatmadıqları üçün özlərini daha bədbəxt hiss edirlər. Təəsüf ki, Azərbaycanda belə adamlar çoxdur.

Biz hər şeyimizlə arzulara konsentrasiya olunmağı sevirik və arzuya çatdığımız zaman problemi özümüzdə deyil ətrafımızda axtarırıq. Heç kim demir ki, biz axi bu arzuya çatmaq üçün nə etdik, nə edə bilərdik və s. Biz mütləq gunahkar axtarırıq… məsələn, Dövlət, monopoliya, Vergilər, ingilislər, erminilər və s. Bir dəfədə olsun demərik ki, biz arzularla imkanların arasında GAP etdikmi?! YOX. Biz yalnız gunahkar axtarırıq və çalışırıq ki, bu gunahkarlar bizim təsir edə bilməyəcəyimiz amillər olsun. Bilirsizdə niyə? Axı özümüzün təsir edə biləcəyimiz bir şey olsa gunahkar olarıq.

Düşünürəm ki, çatılmayacaq arzu, nail olunmayacaq hədəf yoxdur. Sadəcə biz böyük arzuları, xırda hədəflərə bölməyə, xırda hədəflərə çatmaq üçün isə, bir mənalı şəkildə böyük imkanlara sahib olmaq lazım olduğunu bilməliyik. Arzulara deyil, imkanlarımıza konsentrasiya olunmalıyıq.

P.S. Bu arada daha əvvəl dediyimiz kimi Marketinq yalnız peşə deyil, həmçinin həyat tərzidir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close