image_pdfimage_print

Elə bilirəm dünən olub… amma artıq bugün 3-cü ildir və beşinci dəfədir Marketinq AİR təlimlərinin mükəmməl auditoriyası qarşısında çıxış edəcəm, muasir biznes, marketinq brend idarəetmə haqqında olan fikirlərimi paylaşacam. Bəli, bəli artıq Marketinq AİR beçinci dəfə Yenidən Yeni təlimlərə başlayırıq. Artıq bizim 300-ə qədər məzumumuz var, artıq biz Marketinq AİR bir həyat tərzinə çatdıra bilmişik.  Mən bu yazımda Sizlərə Marketinq AİR kimlər üçün deyil və ya Marketinq AİR nə deyil – suallarının cavabı barədə danışacam. Beləliklə… başlayaq?!)

Ilk əvvəl deyim ki, Marketinq AİR təlimlərinə bu dəfə gələn dostlarımız mənə çox kreativ və praktik zəkalı gəlirlər. Verilən butün mövzulara MarketinqAİRsayağı cavab vermələri bir yana, həqiqətəndə problemi vaxtında və düzgün tuta bilirlər. Daha bir üstünlük (bizim üçün) inanıram ki, bu dəfə olacaq AİR-ən çox güclü marketinq və biznes idarəetmə sahəsində menecerlər çıxacaq. Az qalıb, çünki çox həvəslidirlər. Qayıdaq mövzumuza… kimlər üçün Marketinq AİR boş vaxt itkisidir və (və ya) Marketinq AİR nə deyil.

Marketinq AİR kimlər üçün boş vaxt itkisidir?

  1. Marketinq AİR sertifikat axtaran adam üçün deyil. Biz burada heç kimə kağız-kuğuz vermirik, bizim məqsədimiz, məzunlarımızda dünya görüşü, biznes təfəkkür, ciddi düşünmə qabiliyyəti, networking kimi xüsusiyyətləri Marketinq baxımında gücləndirməkdir. Düzdür biz mütləq məzunlarımıza Marketinq AİR serfikatı veririk… AMMA bu bizim verdiklərimizin 0,01% çox deyil;
  2. Marketinq AİR hər şeyi bilən adamın yeri deyil. Bəli-bəli bizim özümüz belə nəyin ki, hər şeyi heç Marketinqi düzəl-əməlli bilmirik. Bizdən öyrənirik və təklif edirik ki, bildiklərimizə paylaşaraq birlikdə öyrənək. Bu bizim üçün biznes layihə deyil, elə olsaydı qiymətlərimiz bugün olan qiymətdən ən azı 2 dəfə çox olardı… biz dəyər verməyi sevirik. Siz hər şeyi bilirsiniz, bizimlə vaxtınızı öldürməyin!);
  3. Marketinq AİR neqativ adamın yeri deyil. Biz inanırıq ki, ölkə biznes mühiti inkişaf edir, biz görürük ki, yerli şirkətlərimiz gündən-günə güclənir. Biz bu güclənmənin, bu inkişafın içində olmaq, pay almaq istəyirik. Bizim üçün bu xoşdur. İstəyirik ki, bizim məzunlar öz baxışları, zehnləri ilə ölkəmizi dahada inkişaf etdirsin, biz neqativ adamları öz ətrafımızda olamsını istəmirik…;
  4. Marketinq AİR tənbəl adamın yeri deyil. Açıq deyim, işdən sonra 2 saatını təlimə xərcləmək, ev tapşırığı etmək, əlavə nəsə oxumaq, tənbəl adam buna dözməz, dözmürdə!) Amma əgər biz, bunu etməsək biz MarketinqAİRvari düşünə bilməyəcəyik. Tak cto… tənbəllər bizlik deyil, gəlməsin!);

Marketinq AİR nə deyil?

  1. Marketinq AİR təlim, kurs nə bilim trening deyil. Biz Marketinq AİR başladığımız zaman bir məqsədimiz olub, güclü və perkspektivli gənc menecerləri, gənc sahibkarları bir araya yığmaq, onların inkişafına təkan vermək edi. Məcburən bəzən praktik marketinq təlimləri, bəzən marketin kursları deyirik, amma Marketinq AİR bir həyat tərzi bir stildir. Əmin olun!
  2. Marketinq AİR qətiyyən biznes layihə deyil. Biz burdan pul yox, daha böyük dəyərlər qazanırıq. Bugün bizim məzunlar var ki, bizim adımızı belə unudub, demirlər, amma bilirlər ki, ürəklərində onların həyat mövqeyindı Marketinq AİR rolu nədir. Marketinq AİR onları çox möhkəm birləşdirib. Bu superdi!
  3. Marketinq AİR heç bir şəkildə 3 nəfərin deyil. Bu bütün AİRçilərin vahid məhsuludur, sadəcə biz AİR olaraq, Marketinq AİR daha çox vaxt, rusurs xərləyirik, inanıram ki, tezliklə Marketinq AİR-i elə bizim öz məzunlarımız davam edəcək. Əmin olun!

Əzizlərim, çox sevinirəm bugün ölkəmizdə MarketinqAİRçilər kimi optimist və öz üzərində işləyən kontinqent var. Biz Sizinlə bir komandada olamqdan zövq alırıq.

AİR-ə xoş gəldiniz!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close