Parabank Marketinq Direktoru axtarırmış(mış-mış-mıış): Ağlayaq & Gülək?

Mənim heç kimin işiylə işim yoxdur, özünüzdə bilirsiz, sakit, başı aşağı adamam – AMMA bugün yaxın dostumuzun mənə danışdığı məsələni eşidəndə həqiqətən gülməyim gəldi. Həm gülməyim gəldi, həm pis oldum. Bu bloq postda Sizinlə Parabankın Marketinq Direktoru axtarışı prosesi haqqında danışmaq istəyirəm, daha doğrusu eşitdiklərimi bir-başa olaraq bura yazıram. Parabankda Marketinq Direktoru üçün intervyu necə olur (olub)? Onsuzda bizim bloqumuzu yalnız bizim dostlar oxuyur və dediklərimiz heç kimin xətrinə deyməz. Bloq postumuz iki hissədən ibarət olacaq: ağlamalı və gülməli. Başlayaq gülməlidən, olar?

Bu videonun sonunda deyilən fikir diqqət yetirin, vaxt son dərəcə vacibdir. Düzdür?! Neysə keçək bloqa.

Deməli dostumuz ölkənin bir neçə aparıcı şirkətlərində Marketinq blokunu idarə edib və bu sektorda kifayət qədər biliyə, təcrübəyə malikdir. Bankda adama zəng ediblər ki, bəs… durma gəl, səni intervyudu-nədi ondan edəcəyik.

Dostumuzda onsuzda probkalı şəhərdə gedir Parabankda müsahibəyə. Müsabihibə nə müsahibə… deməli ilk olaraq düşünün ki, dediyinə görü eyni vaxtda 3 fərqli vakant yer üçün adamlar gəlir. Vakant yerlər bir-birlərinə “yumşaq desək” oxşamır. Bu bank eyni vaxtda həm Marketinq Direktoru, həm filial rəhbəri, həmdə kredit eksperti üçün adamlar çağırıb. Özünüzdə təsəvvür etdiyiniz kimi, fərqli statuslu 3 qrup adam… eyni vaxtda bankda işə düzəlmək üçün gözləyir.

Nə az, nə çox, dostumuz 45 dəqiqə bankda onunla görüşməyi gözləyir. Hətta bankın kadr şöbəsində çalışan bir xanımla arasında belə bir dialoq olur:

Dostumuz: Siz insanların vaxtına niyə hörmətlə yanaşmırsız?

Xanım: Nə? Tələsirsiz? Hara tələsirsiz? Mən nə edə bilərəm? Müdir müavininə (bax haaa-aa, böyük adamdı, müdir müAAAvini – mənim şərhimdi, xanım belə deməyib) deyim ki, nə vaxt qəbul edəcəksiz? Bir-az səbrli olun.

Dostumuz: Yox, Siz sadəcə deyin ki, insanların vaxtına niyə hörmət etmirsiz? Bu məğər pis sözdür? Qorxursuz deməyə?

Nəhayət xanım dostumuzu içəriyə (rəhbərliklə görüşməyə) (bilirsizdə rəhbərlər necə şirkəti məhv edir? yadınıza salmaq istəyirsinizsə, bunu oxuyun) sala bilir və burdan başlayır, ağlamalı hissə…

Bankın Marketinq Direktoru vəzifəsinə qoyulacaq tələblər son dərəcə məhus edici olur. Bankda intervyu aparan şəxs bəsit, hətta adi marketinq kitablarının birinci fəslində olan suallar yağdırmağa başlayır… nə başlayır.

  • Marketinq nədir?
  • Marketinqin hansı metodları bilirsiz (tanışsız yoxxx aa, bilirsiz)?
  • Marketinq lazımdırmı banka?
  • Dizayn biliklərinizi varmı? (poster hazırlatmaq istəyirlər… belə baxanda haqları var!?)
  • Kompyuterdə işləyə bilirsinizmi?
  • Və s. və ilaxir biyabırçı suallar.

Təbii ki, dostumuz belə suallar qarşısında daha artıq “tab” gətirə bilməyib və Paranbanka uğurlar arzulayaraq ofisi tərk edir.

Yooox, qətiyyən yox. Bu heç bir şəkildə gülməli deyil. Ona görə ki, bizim şirkətlərimiz hələdə marketinq direktoru anlayışını başa düşmür… ona görə ki, biz hələdə elə bilirik ki, marketinq elə marketoloq lazım olduğuna görə bizə lazımdır. Heç cürə başa düşmürük ki, axı marketinq direktoru kimdir? Axı nəyə lazımdır belə adam və s.

İstənilən güclü şirkətin dayağıda, gücüdə, sərvətidə işçilərdir və işçi qəbulu prosesi ən mükəmməl formada həyata keçirilməlidir. Azərbaycanda bu dediklərim ən azı 2-ə vurulur. İşçi bizim ölkəmizin ən yaralı yeridir və mən düşünürəm ki, Parabankda olan dostlarımız marketinqə hörmət etmir, etmir… heç olmasa öz gələcək biznes inkişaflarını düşünüb, işçi qəbulu prosesinə diqqət etməlidirlər. Məncə!)

P.S. Parabankda olan dostlarımız xahiş edirəm bu yazdıqlarımı heç bir şəkildə “süngü” ilə qarşılamasın… bunu yazdım ki, onlarda öz səhvlərini başa düşsün. Əzizlərim bura balaca ölkə, balaca bazardı, özümüzük, narahat olmayın… AMMA elə edin ki, gələcəkdə ən güclü marketoloqları götürə biləsiniz, düzdür?

ƏLAVƏ OXUMAQ ÜÇÜN: