image_pdfimage_print

Biznesdə, marketinqdə və əlbəttə ki, həyatda problemlərə yüksəkdən baxa bilmək böyük xoşbəxtçilikdir. Bugün iş günündən sonra, Almaniyanın Bertechesgaden adlanan yerində, A. Hitlərin şəxsi rezidensiyası olan Kehlsteinhaus-da oldum. Bir vaxt dünya üçün əsas təhlükə hesab edilən şəxsin, belə yüksək yerdə özünə istirahət yeri seçməsi əslində məni təəcübləndirmədi. Bura hamı “qartal baxışı” adı vermişdi və Fuhrer bunu bilərəkdən ölkəyə “yündürdürdən baxmaq” üçün məhz belə yerlər seçmişdi həqin ki…

Bugün biz yazıda Sizinlə Hitlərin gördüyünüz mükəmməl yay istirahət yerində deyil, biznesdə məsələlərə yüksəkdən baxmağın sahibkar üçün necə vacib olduğu barədə söhbət açmaq istəyirik. Beləliklə – niyə biznesdə qartal baxışı vacibdir?

İlk əvvəl qeyd etməliyəm ki, “qartal baxışı” dedikdə biz hansısa məsələyə, probləmə yüksəkdən baxmağı nəzərdə tutururq. Başqa sözlə desək, məhz yüksəkdən baxmaqla biz problemi, imkan olaraq görə bilirik, çünki ətrafda baş verənlərə daha aydın formada müşahidə etmək imkanına sahib oluruq.

Hər bir menecer çalışdığı sektordan, sahib olduğu vəzifədən və ya məsuliyyətdən asılı olmayaraq mütləq yalnız etdiyinə deyil, həmçinin etməsi üçün nələrin baş verdiyinə fikir verməlidir. Hansısa məsələni həll etməyin yolu, “ramkadan” kənarlaşmaqdan keçir. Kənarlaşmağın yolu isə, əlbəttə görməkdir.

Bəs Sizcə qartal baxışı ilə baxmaq üçün hansı addımlar etmək vacibdir?

Birincisi, Görmək üçün biz hamının gördüyündən daha fərqli və daha çox baxmalı və ya fərqli yerdə olmasın. Bunun ən sadə yolu isə, daha üst yerdən baxmaqdır. Dediklərim məcazi mənada səslənsədə biznesdədə belədir. Tanıdığımız ən güclü sahibkarlar belə, ildə ən azı 2-3 dəfə “qartal baxışı” etmək üçün “yüxarıya” qalxırlar (xaricə gedirlər). Necə ki, bunu Hitler edib!)

İkincisi əsl rəhbər işlərin içərisində bir-başa olmalı deyil. Buna diqqət edin. Çox vacibdir ki, rəhbər işin icrasında bir-başa olmasın. Belə olduğu zaman çöldən duraraq probləmləri daha aydın görmək və onların həlli üçün yollar tapmaq mümkün olur. Diqqət edən hansısa bir işin icrasında olduğunuz zaman, Siz tam olaraq nələrin baş verdiyini hiss etmirsiniz. Başınız gündəlik proseslərə qarışır.

P.S. bu o demək deyil ki, işin başını buraxmalısız, amma icrada nisbətən az olmaq şərtdir.

Üçüncüsü mütləq öz sektorunuzdan olmayan adamlarla görüşlər keçirməlisiniz. Bəzən hansısa sahədə bizim hər gün baş sındırdığımız problemin həlli çoxtan tapılıb. Biz sadəcə bu sahədən az məlumatlıyıq. Həkimlərlə, mühəndislərlə mütamadi görüşlər etmək, biznes adamları üçün hava-su kimi lazımdır. Həkimlərə diqqət edin, onların bir məsələni çox düzgün başa düşüblər – müalicə diaqnostikadan başlayır. Biznesdədə, marketinqdədə belədir. Diaqnoz qoyulmadan heç bir addım atmaq olmaz.

P.S. Söhbət güclü həkimlərdən, mühəndislərdən gedir haaaa!)

Dünyada olan uğurlu biznes-keysləri təhlil etdikdə aydın şəkildə görmək olar ki, hər şey bir mənalı olaraq məsələyə qeyri-standart yanaşma nəticəsində uğurlu alınıb. Başqa sözlə desək fərqli nesə etmək üçün, mütləq fərqli baxış buacağına sahib olmalısan. Bu vacibdir.

Düşünürəm ki, bu bloq post bizim dostlarımıza məsələrə daha fərqli bucaqdan baxmağın vacib olduğunu göstərəcək. Hər bir şəxsiyyətin özünə xas olan sirləri olub. Eləcədə Adolf Hitler belə öz faşisizm məntiqi ilə, özündə öyrəniləcək miras buraxıb, sadəcə diqqət etmək, öyrənmək vacibdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close