image_pdfimage_print

Bəzi Bayramlar var ki, onlar bizim həyatımızda yalnız şənlənmək, sevinmək üçün deyil, həmdə düşünmək üçün vacibdir. Əgər Novruzda, Yeni ildə və s. günlərdə sadəcə əylənmək, böyüklərlə görüşmək üçündürsə Qurban Bayramı bizə həmdə düşünmək üçün lazımdır. Əzizlərim, mən bugün Sizinlə qətiyyən Qurban Bayramının dini-mənəvi tərəflərindən danışmayacam, danışada bilmərəm, mənlik deyil, buna sadəcə savadım çatmaz – AMMA bir neçə fikirlərimi Sizlərlə bölüşmək istəyirəm.

Əlbəttə, başda bloqumuzun dəyərli oxucuları olmaq şərti ilə butün dostlarımızı təbrik edirəm. Allah Qurbanlarınızı qəbul etsin, necə dəyərlər daim Qurban kəsən olasınız!

Qurban Bayramı bizim üçün bəzi dəyərləri özündə əks etdirir. Bu dəyərləri yada salmaq bizim həyat baxışlarımız, dünya görüşümüz, etdiklərimiz, edəcəklərimiz barədə fikirlərimiz formalaşa bilər.

Bu yaxınlarda şəxsiyyətinə çox hörmət etdiyim sahibkarlardan biri ilə söhbət edirdim. Açıq deyim, hər bir yeni adam, hər bir yeni sahibkarla tanışlığa özümə bir məktəb kimi görürəm. Görüş zamanı dostumuz (əgər oxuyursa, burdan salamlar!) belə bir fikir dedi: “Həyatda Qurban olduğumuz hərəyə öz layiq olduğu qədər verir. Biz insanlar bəzən bu dəngəni pozmaq istəyirik, amma bu qətiyyən doğru deyil.” Bu fikirlər məni çox düşündürdü.

Digər tərəfdən Qurban olduğumuz kimlərinsə əli ilə, kimlərəsə sərvət verir. Diqqət edin. Sadə yerdən sərvət yığmaq olmur. Daha doğrusu, bərəkət olmadan, heç bir şəkildə zəngin olmaq mümkün deyil. Sərvəti bol olan adamlar bu dünyada sadəcə paylayıcı funksiyasını daşıyır. Bir növ Qurban olduğum kimlərəsə sərvəti artıq şəkildə verir ki, onun əli ilə digərlərinə paylasın. Bu Bayramı bizi özümüzü ifadə etmək üçün çox vacibdir.

Diqqət edin, əslində cəmiyyətimizdə belə formalaşıb. Kimlərsə sahibkarlıqla məşğul olur, kimlərsə bu sahibkarlardan vergi yığır, kimlərsə bu yığılan vergidən istifadə edirlər (budcə təşkilatları adı ilə). Yenədə dövlət kimlərinsə əli ilə vətəndaşlarını təmin edir.

Əziz oxucu, Qurban Bayramı bu dəyərləri dahada aktuallaşdırır. Bizə paylaşmağın nə qədər gözəl və lazımlı bir şey olduğunu yada salır. Sevinirəm. Sevinirəm ki, ildən ilə ölkəmizdə Qurban Bayramının dəyəri daha çox gündəmə gəlir. İldən-ilə biz daha mərhəmətli oluruq (olmağa çalışırıq), ildən-ilə kimlərsə kimlərinsə əli Qurban olduğumuz tərəfindən göndərilən nemətlərə sahib olur.

Allah kəsilən butün Qurbanları qəbul etsin!

P.S. Müəllim günü münasibəti ilə dünyanın ən müqəddəs peşə sahiblərini əvvəlcədən təbrik edirəm! Keçən il yazdıqlarımın tam arxasındayam!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close