image_pdfimage_print

Sizində bildiyiniz kimi biz bloqda yalnız etdiklərimiz, gördüklərimiz işlər barədə yazırıq. Qalın-qaaaaalın kitablardan oxuduqlarımızı bura yazmırıq, çünki bilirik ki, bizim güclü tərəflərimiz heç bir şəkildə bunda deyil. Kitab oxumaq vacibdir, amma biznesdə uğur qazanmağın (savad qazanmağın) yeganə yolu etməkdir. Baxın, oxumaq, dinləmək, görmək demirəm aaa – işləmək və etmək muasir biznesin əsas öyrədici quvvəsidir. Biz bu bloqda bəlkədə, çoxlarımızın güldüyü, “yuxarıdan” aşağıya baxdığı, orda olanları “savadsız” deyə qəbul etdiyi bir yer haqda – Binə və Sədərək bazarı barədə yazacağıq. Yazımıza başlamadan fikrimi Sizə deyim: Bu yerlər tam olaraq biznes – marketinq məktəbidirlər! Bilirsiz niyə!?

İlk olaraq qeyd edim ki, bizim açdığımız yeni məişət texnikası salonunda təklif edilən məhsulların bir qismini mən məhz Sədərəkdən alıram… bəli-bəli Sədərəkdən Şirniyyatdan. Ümumiyyətlə Sədərəklə ilk tanışlığım təxminən 2 il bundan əvvəl başlayıb. Nə yalan danışım… buna qədər bu “məkəmməl biznes imkanları” olan yerdə olmamışdım. Burada çox təsadüf nəticəsində gəldim. Yaxın dostum məndən xahiş etdi ki, bura gəl və burda bir adam var onunla görüşək, təbii ki, məndə YOX demədim. Bugünə qədər o dostuma minnətdaram. Sədərək məni ŞOKA saldı, yaxşı mənada.

Sədərək bazarında olan alver məntiqi çox sadə edi – bazar topdan satıcılara və topdan satıcılardan alıb, elə ordaca satan adamlara bölünürdü. Topdan satıcılar mükəmməl məhsul qammasına və ordan alınan çox effektiv satış potensialına malik edi. Ümumiyyətlə Sədərəki gördükdən sonra, bəzi kateqoriyalar üzrə xaricdən niyə mal gətirməyin lazım olduğunu unutdum.

Aşıq gördüyünü çalar – məndə diqqətimi məhz ev əşyalarına yönləndirdim və gördüm ki, burda təklif edilən məhsullar istər qiymət, istər keyfiyyət paramertlərinə görə heç bir şəkildə şəhərin bahalı mallarından geri qalmır… hətta irəlidir. Media Markt məhşur sloqanı olmasın  – “Axı mən axmaq deyiləm”!) Eləcədə Sədərək bazarında olan mallar düzgün seçim edildiyi zaman bu mesajı verirdi.

Sədərəklə ilk tanışlıqdan sonra buranı daha dərinləməsinə öyrənməyə başladım… Qurban olduğumuz mənə bu yolu çox sadəliklə açırdı… əvvəlcə Femina şirkətinin sahibi Ruslan müəllimlə tanış oldum. Son dərəcə savadlı və özünə xas olan sahibkar dostumuzdan öyrəniləsi çox şey var. İşçilərin motivasiya sisteminin qurulmasından taaa, strateji marketinq yanaşmalarına qədər – adam işini gözəl bilir – bilir ki, Femina əfsanəsi qura bilib!

Daha sonra Sederekde (Binədə) çalışan digər sahibkarla müştərək biznes xarakterli tanışlıqlarım oldu. İstər məhşur brendləri distribyutorları, istər öz brendlərini qurmuş dostlarımızla danışdıqsa hiss etdim ki, Milli Elmlər Akademiyası yaxşı yerdi, amma real biznes heç bir şəkildə orda deyil. Real biznes məhz Sədərəkdədir.

Marketinqdə, brendinqdə və əlbəttə biznesdə, kitab yazılanlar kimlərinsə nə vaxtsa etdiklərinidir. Bunu biz öyrənməliyik, bilməliyik ki, biz bu təcrübəni yaşamadan bilim  -AMMA əmin olun. Biznes necə uğur qazanmağın yolu heç bir şəkildə kitablarda olmur. Biznes fərqlənmə qabiliyyətidir. Bunun üçün sadəcə kreativ düşüncə və güclü bençmarkinq qabiliyyəti lazımdır.

Təbii ki, iş olan yerdə problemlər, səhvlərdə olur. Bizim Sədərək sahibkarlarının üç son dərəcə böyük problemləri var.

  1. Kadr problemləri. Bizim sahibkarlarda kadr seçimi prosesində çox ciddi problemləmləri var. Buna görə biznes sahibkarın üzərində cəmləşir. Bu biznesin inkişafına mane olur. 
  2. İT və ya hesabat problemi. Bu dostlarımız İT və mühasibat prosesinin biznesdə əhəmiyyətini hələdə qəbul edə bilmir. Buna görə biznes böyüdükcə ziyanlar artır.
  3. Brendinq elementlərini az fikir vermələri. Bu adamlar topdan bazarda olduqlarına görə strateji brendinq investitsiyaları qoya bilmirlər. Əlləri gəlmir!) Buda uzumüddətli dövrdə problemlər yaradır.

Sözü gedən 3 məsələni düzgün həll edən sahibkarlar tezliklə nəyin ki, Azərbaycan, butün reqionda tanınmış brendlərə sahib ola bilərlər.

Əziz oxucu, Sizdən xahiş edirəm… Sədərək, Binə haqqında pis düşünürsüzsə, bunu təcili dəyişin!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Dünən getmişdim Sədərəyə. Həqiqətən tam fərqli bir məkandır. Bura nahaq yerə Qafqazdakı ən böyük Alış-veriş mərkəzi demirlər…İstədiyiniz ən ucuz qiymətə belə nəsə tapmaq mümkündür…Və tam əminliklə demək olar ki Sədərək bir çox TM-lərdən çox daha prefsional insanlar tərəfindən idarə edilir…İcraçı Direktor,Reklam və Radio rehbərləri ilə biraz söhbət etdik(Yəni əslində işnən bağlı olaraq orda idim) Daha əvvəl Lotos,Diqlas,Kainat kimi yerlərdə olduğumdan eynisini Sədərəkdə də görəcəyimi düşünmüşdüm açığı,amma xeyli fərqli oldu…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close