image_pdfimage_print

Bugün İqtisad Universitetinin MBA istiqaməti üzrə təhsil alan dostlarımızla Strateji Marketinq mövzusunda 4-cü dərsimizi keçirdik. Son dərəcə, maraqlı və aktiv gənclərdən ibarət olan qrupdan “müəllim” qismində çıxış etmək, çox xoşdur. Mən bugün İqtisad Universitetində oxuyan tələbələrimizidə sabah olacaq Marketinq AİR təlimlərini dəvət etdim. Tam ödənişsiz. Sabah danışacağımız mövzü marketinq, brend idarəetmə üçün son dərəcə əhəmiyyətli olan məsələyə – Marketinq Kommunikasiyalarını həsr edilib. Daha konkret olaraq Sizlərlə Marketinq AİR təlimlərində hansı istiqmətlər üzrə danışacağımı payılaşmaq istəyirəm. Olar?!

Sağ olun ki, icazə verirsiniz. İcazə verirsiniz dedikdə… sağ olun ki, oxuyursunuz. Sabah təlimlərdən konkret olaraq nələri paylaşacağım barədə məlumat verməzdən öncə istəyirəm Sizə bir söz deyim. Amma öz aramızda qalsın.

Bizim admin olduğumuz bir Facebook səhfəsi var. Burada təxminən 4000 üzvümüz var. Qrupu bir vaxtlar yaxın dostlar yaratsadada (mən YOX), bugün qrupda olan adamların bir çoxu belə qrupun 3 nəfərin deyil, büröv Marketinq camiyasının olduğunu deyirlər. Bu superdir. Bu qrupun və onun yaradan dostlarımızın çox qələbəsidir. Sabah olacaq təlimə həmçinin bu qrupdanda 5 nəfər aktiv gənci dəvət etmək istəyirəm. Bizim məqsədimiz çoxlu adamlara, Marketinqi sevdirməkdir. AMMA bir məsələ, məni çox məyus edir. İstrə bizim qrupda, istər bəzi “yekexana”, “imkanlı”, “varlı və ədəbaz” tipli özlərini marketoloq hesab edən dostlarımız: “Eşi tələbələrə aksent etmək doğru deyil və s.” kimi sözlər deyir. Onlar haqqında bir neçə dəfə söhbət etmişik. Mən qətiyyən bununla razı deyiləm.

Marketinq AİR təlimlərində biz özümüz bilərəkdən qiyməti təlim başına 150 manatdan yuxarı qaldırmırıq. Heç qaldırmaqda istəmirik. Səbəb odur ki, aktiv və gəncliyi düşünən tələbələr bu pulu ödəyərək Marketinqi praktik cəhətdən öyrənsin. Bizim üçün bu şərtdir. Təsəvvür edin – 20 dəfə təlimin qiyməti cəmi 150 manat. Bura nə daxildir?

  • 20 dəfə dərs. Bu dərslər hər zaman olduğu kimi maksimum rahat yerlərdə keçirilir ki, tələbələrimiz bura gəlmək üçün əziyyət çəkməsinlər;
  • Marketinq AİR ailəsinin üzvü olmaq. Bəli-bəli, bizim məzunları işə götürmək üçün, aparıcı şirkətlərin rəhbərləri belə mənə (həmçinin digər təsisçilərə) müraciyyət edirlər;
  • Dərs zamanı kofe-breyklər. Bu mütləq olmalıdır. Ona görə yox ki, biz çay istəyirik, ona görə ki, məhz belə çat içmələr zamanı biz, daha çox bir-birimizi tanıyırıq;
  • Çox saylı xüsusi tədbirlərdə iştirak və s.

Düşünürəm ki, gələcək məhz aktiv gənclərin əlindədir. Mövzudan kənarlaşdığım üçün, xahiş edirəm üzrlü hesab edin. Beləliklə… sabah təlimdə əsas paylaşacağımız istiqamətlər aşağıdakılar olacaq.

  1. Brendinq prosesində kommunikasiyanın rolu. Milli keyslər.
  2. Kommunikasiyanın müştəriyə çatdırmaq üçün əsas prinsiplər. Milli keyslər.
  3. Kommunikasiya kanallarının effektivlik dərəcələri. Sahələri, mesajlara görə.
  4. Düzgün kommunikasiyanın reklam daşıyıcılarına adaptasiyası. Keyslər
  5. Ev tapşırığı.

Əminəm ki, çox faydalı və lazımlı bir iş görmüş oluruq. Marketinq AİR bizim üçün çox dəyərlidir və biz atdığımız addımlarla Marketinq AİR brendini gənclərə və orta menecmentə daha yaxın etməyi planlayırıq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close