image_pdfimage_print

Əziz oxucu, bilirəm ki, düşünürsünüz ki, İlkin təmbəllik edir, artıq 3-cü gündür bloqda yazı yoxdur. Həqiqətəndə bu belədir – biz bloqda bir neçə gündü yazı qoya bilmirik, amma bunun səbəbləri heç bir şəkildə “təmbəllik” deyil. Bugünlərdə 2 yaxın dostumuz olan Anar və Rafiq müəllimlərlə Almaniyada yarı-seminar, yarı-istirahət, yarı-müşahidə xarakterli bir həftəlik səfərimiz var. Bu baxımdan istəyirəm əvvəlcədən Sizlərlə bəzi məlumatlar verəm ki, narazılığınız mənə az olsun!

Deməli səfər dünəndən başlayıb, dünən səfərimizin birinci günü olduğu üçün çox yorucu oldu və mən gecə vaxtı kompyuter qarşısına oturub Sizinlə söhbət etməyə açığı enerji tapmadım…

Salzburgdada olduq. Mosartın vətəni hesab edilən şəhər çox xoşuma gəldi. Daha əvvəl burda heç olmamışdım, avtomobillə Salzburga təxminən yarım saata gəldik. Tezliklə ayrıca bloq postlarla gördüklərim və müşahidə etdiklərim barədə ətraflı yazacam.

Avtomobil demişkən, mən Avropada “mexanika” sürməkdən həzz alıram, amma məlum dostların təziqi ilə avtomobili məcburən “avtomat” korobkalı götürdük, onlarda sürə bilsin. Əvvəlcə mexanika sifariş versəkdə çox aşağı qiymət fərqi “avtomat” korobkaya dəyişə bildik., EuropaCar servisi superdi. Europacar güclü brendinq nümünəsi olduğunu hər dəfə hiss edirəm, tezliklə bu şirkət haqqında ətraflı Sizinlə bloqda danışacam.

Qaldığımız yer Almaniya ilə Avstriyanın sərhədində yerləşir. Çox mənzərəli, çox sakit, çox pozitiv bir yerdi. Amma təəsüf ki, səfərimiz yalnız istirahətdən ibarət deyil. Bir neçə vacib məsələləri həll etməliyik, bununla istər Marketinq AİR təimlərimiz, istərsədə ölkəmizdə etmək istədiklərimiz marketinq aktivlikləri daha sistemli xarakter alacaq. İnanırıq ki, alacaq!)

Bugün çalışacam axşama doğru (aramızda 3 saat fərqi var), Sizinlə DİY bazarı və bu bazarın Azərbaycanda niyə olmaması haqqında bloq-post yazam. Əgər vaxt olmasa xahiş edirəm üzrlü hesab edin. Növbəti günlərdə daha tez-tez yazıb kompensasiya edərəm!)

Səfərimiz bir həftə davam edəcək, əsasən Almaniyada olacağıq. Nəsə lazımdırsa, mənə yazın!)

Tezliklə görüşərik!)

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close