image_pdfimage_print

Qarşıdan yeni il gəlir, düşünürəm ki, bu Bayram mütləq şəkildə qeyd edilməlidir. Yeni il bizim həyatımıza yeni-yeni uğurlar, üstünlüklər, doğru düşüncə tərzi gətirməklə yanaşı, marketoloqlar üçün mükəmməl bir fürsətdir. Yeni il özündə – YENİLİK sözünü daşıdığı üçün Marketoloqlara YENİ-yeni imkanlar açır. Biz Yeni il əhvalını müştərilərimizə daşımalıyıq. Bunu yolu isə, əslində çox sadədir… “Müştəriyə nəsə mesaj vermək istəyirsənsə, ilk əvvəl işçiləriniz bu mesajı almalıdır”. İşçilər ən çox harda olur?

Təbii ki, iş yerində. Bunu Times Consulting şirkətində olan dostlarımız yaxşı bilir. Videoda gördüyünüz ofis məhz sözü gedən şirkətə məxsusdur. İşçilərdə əsl Bayram əhvalı var. Biz bu yazıda Sizlərlə iş yerinin işçilərin ümumi motivasiyası, məmnunluğu üçün necə vacib olduğu barədə düşüncələrimiz haqqında danışaceyik.

İlk əvvəl deyim ki, eyni şeyi biz bölgələrdə olan mağazalarımızda etmişik. Kasıbın olanından… Sədərəkdən sırf bunun üçün mağaza başına 280 manat pul xərcləyərək, salonlarda yeni il əhvalı yaratmışıq. Onun videosunuda tezliklə Sizlərə göstərəcəm. Artıq bizə məxsus olan salonlarda bəlkədə bölgənin ilk və ən böyük “indoor” yolkası qurulur. Bu çox vacibdir. Çünki, işçilər müştərilərlə şən əhvalda olmaladırlar. Bu əhval bir-başa olaraq müştərilərə, müştərinin əhvalı “cibinə” təsir edir. Sevinc və pozitivlik olan yerdə satış daha yaxşı gedir, düzdür?!)

İş yerinin bəzənilməsi yalnız müştərilərlə bir-başa kontaktda olan işçilər üçün deyil, həmçinin ümumi kollektiv üçün vacibdir. Çalışmaq lazımdır ki, şirkət daxilindı hamı xoş əhvalda olsun. Belə olmadıqda iş yerində “maska” taxanlar peydə ola bilərlər. Bu bizə heeeç lazım deyil.

Daha əvvəl yazılarda yemək verilməsinin ümumi motivasiyaya müsbət təsiri barədə söhbət aparmışdıq. İş yerinin səliqəli, görkəmli və gözəl formada bəzədilməsi, bəzən yeməkdəndə çox təsir gücünə malikdir. İşçilərin gördüklərini gözəllik bir-başa olaraq onların əməllərini transformasiya olunur. Bu superdir.

İş yerinin “bayramlaşdırılması” həmdə, işçilərə verilən dəyərdən xəbər verir. İşçi bilir ki, ondan ötrü ofis dəyişir, işçi hiss edir ki, onun fikri vacibdir. Vacibdir… demişkən. Heç bir şəkildə bəzəmə prosesini autsorsinq etmək olmaz. Bu kollektiv tərəfindən öz əlləri ilə həyata keçirilməlidir. Hətta yaxşı olar ki, ən yaxşı otaq və ən yaxşı masa kimi yarışlar edəsiniz. Bu zaman “sağlam” rəqabət və ümumi marağı artırar.

Məsələn, biz mağazalarımızda salonu ən gözəl bəzəyən kollektivə yeni il partisində mükafat verəcəyik. Bunu elan etmişik. Mağazalar əməlli-başlı rəqabətə girib. Bu superdi. İşçilər motivasiya edilir. Onların iş maraqlı olur. Axı həyat yalnız əmək-haqqı, bonuslardan ibarət deyil. Düzdür?)

Əziz oxucu, “Bu bayram bizim deyil…”, “Yeni il rus Bayramıdır…”, “Biz dünya Azərbaycanlılarının həmrəhliyini qeyd edirik… ” kimi sözlərə fikir verməyin. Dekabr ayının sonu, il bitir. Deməli, biz bunu qeyd etməliyik, deməli biz yeni il üçün hədəflər qoymalıyıq. Hədəf demişkən, hədəfləriniz hazırdı?!

P.S. Bu yazıları yazanda Times-ın rəhbəri, dostumuz Elgar bəy, ofisdə “qar” hazırlayırdı.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close