image_pdfimage_print

Beləliklə dostların bildiyi kimi, mənim səhər 05:30 yuxudan oyanmaq kimi, rejimin var edi. Ramazan Bayramı, Dünya Cempionatı və təbii ki, tənbəllik məni bu rejimdən tam döndərdi… yalan olmasın, 02:00-da yatıb, 09:00 güclü dururduuum və… bugündən (yəni bugün ilk sabahım olub) artıq keçmiş rejimə qayıtdım. Yatmaq 22:30-23:30, qalxmaq 05:30-05:45. Bunu niyə etdim?

İlk əvvəl hamımız bilirik ki, səhər oyandıqda gün daha bərəkətli olur. Bu haqda heç müzakirədə etməyin, mənim bugünlərdə “artıq” pula… səhv yazdım, artıq vaxta çox ehtiyyacım var. Vaxt 21-ci əsrin ən vacib resursudur. Düşünürəm ki, yeni rejim mənə bol-bol vaxt qazandıracaq.

Səhər yuxudan durmaq hesabına biz artıq ikinci ildir… “tam hazırdı” statusunda olan kitabımızı, “artıq çap edilib” statusunu gətirmək istəyirik. Bunun üçün səhər durub, kitabımızı sonuncu dəfə oxuyub gözdən keçirməyimiz lazımdır. Kitabımız 360 səhfə olacaq. Biz bugünə qədər bir zülmlə 200-səhfəni artıq 5-ci dəfə oxumuşam. Söz vermişəm, bu dəfədə oxuduqdan sonra sonuncu redaktəyə verəcəm… (bilirsizdə, mənim yazmağım necədir?! Əlbəttə bilirsiz, oxuyub görürsüzdə!)

Düşünürəm ki, yeni rejimlə mən 8-8-8 prinsipini necə düzgün riayyət etmək olar haqqında praktik biliklərə sahib olacam. İnsan, xoşbəxtçilik üçün işləyir, işləməklə xoşbəxt olmur. Amma buna baxmayaraq xoşladığımız işi görmək, həvəslə həyata keçirmək insanın, xoşbəxt olması üçün şərtdir. Yuxudan erkən qalxmaq məndə oxumağa olan marağıda artırıb… söz verirəm ayda minimum 3 kitab oxuduğum vaxtlara tezliklə çatacam.

Əziz oxucu, Sizədə tövsiyyə verirəm, eyni qrafikə keçəsiniz. Söz verirəm uğurlu olacaq. Bir-az özünüzə əziyyət verin, cəmi bir ay, sonra bu Sizdə sadəcə peşə olacaq. Düşünürəm ki, biz ilk əvvəl hər şeyi özümüzdə sınamalıyıq. Hansısa bir işdə uğur qazanmaq üçün, özümüzə qarşı “amasız” olmağımız şərtdir. Yoxsa, insan, tex “boşalmağa meylli” olan “canlıdır”. Gərək daim nesə yeniliklər edərək, təkmilləşək.

Neysə, gedim tecili oxuduğum kitabı bitirim, son dərəcə faydalı bir kitab oxuyuram. Göz deyməsin… oxuyuram və demək olar ki, elə həmin həftədə tətbig edirəm. Kitabda biznesdə deleqatsiya və ümumi qıraqdan idarəetmə prinsipləri haqqındadır. Mənim biznesimi bugün mən tam qıraqdan idarəedirəm (biznesin bir-başa içində deyiləm) və kitab mənə çox faydalı gəlir, tez bitirim ki, yeni daha 2 kitab məni gözləyir. Sizdə oxuyun… əgər kitab tapmasanız və vaxtınız varsa mütləq altda olacaq yazılarıda oxuyun, görüşərik.

DEDİYİM YAZILAR:

şərhlər

şərhlər

2 Comments

  1. Gozel meslehetdi, hele 2 ruket subh namazida qilmaq olare…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close