image_pdfimage_print

Bugünlərdə Marketinq AİR artıq 5-ci buraxılışı olacaq məzunlarının ev tapşırıqlarına baxırdım. AİRçilər, brend yaradılması adı ilə olan ev tapşırıqlarını prezentasiya edirdilər. Son dərəcə maraqlı, son dərəcə kreativ və ən əsası real biznesdə tətbig ediləcək bir təqdimatlar oldu (mən yalnız bir təqdimatı gördüm, amma deyilənə görə butün təqdimatlar superdi). Bu yazıda Sizə bizim əziz məzunlarımız barədə danışmaq istəyirən, daha doğrusu Marketinq AİR təlimlərinin əsas hərəkət verici güclərini deyəcəm, əminəm ki, Sizin üçündə maraqlıdır ki, artıq 3-ci il və ya 250-ən çox məzunu olan bir yerli “təlim” brendinin sirri nədədir?

Vaxt-zaman tez keçir… ilk Marketinq AİR təlimləri elə indidə gözümün önündədir. İlk Təlim IB Clubun ofisində keçirilirdi. Yerimiz, şəraitimiz son dərəcə dar olsada (bu arada IB Clubçulara yaratdıqları imkanlara görə bir daha təşəkkür edirik) ürəyimiz çox geniş edi. Birinci təlimlərdə biz 80 nəfərdən çox məzunumuz oldu. Çox maraqlı, çox sevindiri AMMA nə gizlədim, çox yorucu edi. Biz bundan sonra bir Marketinq AİR-ə yalnız bir qrup və yalnız maksimum 40 nəfərlə təlimlərə başlamağı gərara gəldik.

Bugün artıq Marketinq AİR təlimlərinin 250-ən çox məzunu var. Təsəvvür edirsiniz – 250 nəfər, 250 istedadlı gənc, 250 gələcəyin biznes “nəhəngi” və ən əsası… bizim üçün son dərəcə dəyərli olan 250 gənc.

Hər zaman dediyim fikri bir daha qeyd etmək istəyirəm: “Marketinq AİR məzunları xüsusi insanlar olurlar.” Onların həyat baxışları, dünya görüşləri və əlbəttə əmək sevərliyi məni çox sevindirir. Bizim məzunlar həqiqətəndə istedadlı və əməksevərlikləri ilə seçilirlər. Bu əladır.

Daha əvvəl Marketinq AİR məzunları bunu yaxşı bilir, biz brend yaradmaq mövzusundə hər zaman ev tapşırıqları veririk. Bu tapşırıqların əsas məqsədi məzunlarımızın komanda işinə alışması, bir-birini daha yaxından tanıması və əlbəttə ki, kreaitvliklərinin inkişafıdır. Sevinirəm ki, biz istər belə ev tapşırıqları, istərsədə ümumi Marketinq AİR yaradılan ab-hava nəticəsində AİR-çilər arasında olan əlaqələri dahada isidir. Biz buna diqqət edirik – Marketinq AİR təlimləri bitsədə, AİR-çi məzunlar öz aralarında daim isti münasibətləri qoruyurlar. Bu Marketinq AİR təlimlərinin əsas hədəflərindəndir. Məzun dərsi, müəllimi, yeri, hətta hörmətidə unuda bilər… AMMA məzunlar arası münasibətlər, dostluq Marketinq AİR brendinin daimi yaşamasını təmin edən əsas amillərdəndir.

Sizə bir sirr açım, amma öz aramızda qalsın. Bizim kimi (Marketinq AİR kimi), təlim vermək olar… yox səhv dedim, bizdən 5-dəfə yaxşısınıda etmək olar. Bizim təklif etdiyimiz qiymətədə bəlkə buna bənzər bir təlimdə təşkil etmək olar, hətta bəlkə daha yaxşı, rahat yerdə Marketinq təlim etməkdə olar… AMMA Marketinq AİR olan ab-havanı yaratmaq olmaz.

Marketinq AİR heç bir şəkildə sadəcə Marketinq biliklərinin artırılması üçün olan bir təlim deyil, Marketinq AİR bizim məzunlarımızla, AİR-çi təsisçilər arasında olan mənəvi bağdır. Marketinq AİR biznes yanaşmadır, Marketinq AİR biznes xasiyyətdir, Marketinq AİR biznes tərzdir AMMA heç bir şəkildə quru, təlim deyil. Əmin olun və ya bunu bizim məzunlardan soruçün (soruşun). Soruçmayın (soruşmayın) sadəcə müşahidə edin və Siz görəcəksiniz ki, Marketinq AİR-çi məzunların böyük əksəriyyəti məhz AİR-ən sonra tanış olduqları adamlarla tez-tez görüşür, onları “kruqları” hesab edir. Bu superdir. Marketinq mükəmməl “networking” imkanları yaradır.

Çox istəyirəm ki, bazarda ən azı 3-4-5 Marketinq AİR tipində təlim olsun. Demirəm ki, AİR kimi güclü bazaya sahib olsun, demirəm ki, AİR kimi ölkə Marketinqin inkişafı üçün çalışsın… (bugün istər Milli Marketinq Forumu, istər Facemark.az sayrı, istər Marketinq Televiziyası, istər çoxlarınızın abunə olduğu Marketinq Azərbaycan Qrupu məhz Marketinq AİR fundamentinin üzərində hərəkət edir) sadəcə deyirəm ki, bizim praktik marketinq təlimi adlandırdığımız daha bir neçə nesə olsun. Bizdə sevinək… çünki açıq deyirəm, hərdən biz (AİR təsisçiləri) öz aramızda oturub daha çox təlim vermək lazım olduğunu deyirik, daha çox Marketinq AİR edək deyirik, amma gücümüz çatmır. Çünki istər Anar müəllim, istər Rafiq müəllim özlərinin gündəlik çalışdıqları işləri var və Marketinq AİR üçün tam vaxt ayıra bilmirlər.

Bu templərlə bazar getsə tezliklə Marketinq AİR məzunlarının özləri Marketinq aİR təlimləri üçün gözəl və sevimli rəqib olacaqlar. Bunu çox istəyirik, bunun üçün çox çalışırıq…

P.S. Bu arada biz öyrətmirik… biz sadəcə bildiklərimizi paylaşırıq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close