image_pdfimage_print

Daha əvvəl olan bloq-postumuzdə biz dəyərli oxuculardan hansı istiqamətlər üzrə yazılar gözlədiklərini sual vermişdik. Dəyəsən ürəklərimiz dolu emiş… yaxın 2 gün ərzində bloqdan bizə 32 e-mail gəlib. Sizlərdən gələn butün məktubları oxuyaraq mən hansı mövzuların daha faydalı olduğunu təyin etdim. Beləliklə… məlum oldu ki, Siz öz bloqunuzdan daha çox yeni marketinq karyerasına başlayan dostlarımız üçün praktik məlumatlar və Azərbaycan reallıqlarında biznes haqda oxumaq istəyirsiniz. Deməli mən bu istiqamətlər üzrə yaşadıqlarımı Sizlərlə paylaşmalıyam. Bu yazımız sözü gedən istiqamətlərin biri, marketoloqun şirkətə yeni gəldiyi zaman etməsi vacib olan 3 məsələ barədədir.

Yazıda sözü gedən hər 3 addımın doğruluğuna mən ölkənin lider şirkətlərində marketoloq, marketinq menecer, marketinq direktor, brend direktor olaraq çalışdığım dövrlərdə əmin olmuşam. Amma buna baxmayaraq… marketinqdə bir standart var ki, burada heç bir standart yoxdur (!). Buna görədə yazdıqlarımı heç bir şəkildə ölkə “qanunvericiliyi” kimi qiymətləndirməyin… sadəcə oxuyun. Bəyənsəniz tətbig edin, bəyənməsəniz, tənqid edin… amma əsas odur ki, mütləq nəsə edin!)

Bilirəm vaxtınız azdır… vaxtınız çox olsaydı, bizim bloqda nə gəzirdiniz, gedib daha əyləncəli işlərlə məşğul olardınız düzdür? Ona görə vaxtınızı çox almadan keçirəm bir-başa addımlara…

Birinci addım – Rəhbərliklə dost olun. Embawood-a çalışdığım vaxtlar şəxsiyyətini, biliklərini və ən əsası zəhmətsevərliliyinə qibtə etdiyim (bəyəndiyim) bir xətti rəhbərim var edi (burdanda oxuyursa, salamlaaar!) və o hər zaman mənim üçün, o vaxt anlaşılmaz, indisə isə… müdrik olan bir söz deyirdi – “Rəhbərliyin inancı olmayan heç bir layihə uğurlu ola bilməz. Layihə əvvəlcə rəhbərə satılmalıdır, sonra müştəriyə”. Həqiqətəndə belədir. Marketoloqun etdiyi layihələrin birinci dəstəkçisi rəhbər olmalıdır. Bunun olması üçün isə, Siz mütləq rəhbərlə dost olmalısınız. Maliyyə direktoru, HR-ar, təhcizatçı, nə bilim istehsal müdiri rəhbərliklə dost olmaya bilər, rəhbər bu vəzifələrin işlərini hər zaman dözür, çünki onlar işi yenilik deyil. Marketinqdə isə məsələ tam fərqlidir. Siz hər bir addımızla yenilik gətirməlisiniz. Yenilik gətirən adamları heç yerdə sevmirlər. Biz elə etməliyik ki, bizim etdiyimiz yeniliklər rəhbər tərəfindən dəstəklənsin. Bu vacibdir.

İkinci addım – Kollektivdə, marketinq sözünün sinonimi olun. Marketinq sahə olaraq hamının “parıltı” ilə baxdığı istiqamətdir. Hətta, IT direktorlarıda, öz aləmlərində çox güclü marketoloq olduqlarını düşünürlər… və onlara elə gəlir ki, şirkət marketinqi zəifdir. Nəyin ki, zəifdir, marketinq, yəni Siz şirkətin pullarını çölə atırsınız. Sizin reklamlar faydasızdır, Sizin araşdırmalar ümumiyyətlə lazım deyil… və belə götürsək, əgər marketinq şöbəsi bağlansa, şirkət xeee-eeeyli irəli düşər. Bu məsələyə diqqət edin… hamı marketinqin faydalı və lazımlı olduğunu biliiirr… amma məhz konkret marketoloqda problemlər axtarılır. Bunun yeganə həlli yolu, özünüzün şirkətdə ekspert kimi mövqeyləndirməkdir. Əgər Sizi marketinq sözünün sinonimi hesab etməsələr, əgər hiss etsələr ki, Siz marketinqdən başqada nəsə edirsiniz… все-ее… heç kim Sizi dinləməyəcək. Marketinq sözünün sinonimi olmaq üçün, marketoloq öz marketinqini güclü etməlidir.

Yadıma düşür, bir vaxtlar sektorda populyar olan, mak.az saytı var edi, o saytda ilk məqalə verənlərdən biri mən olmuşam (2009-cu ildə). Az-qala 10 dəfə xahiş etdim ki, mənim məqaləmi orada dərc edəsiniz, məqsəd sadə edi… marketinq haqqında düşündüklərimi yazmaq istəyirdim ki, marketoloq olaraq tanınım və s. O vaxt oranın çox “acıqlı” adminləri var edi… az-qala demək istəyirdilər ki, “ay bala, məqalə göndərmə, ancaq özümüz olmaq istəyirik və s.”!) Həmçinin Sizi digər şirkətlərinin marketoloqlarıda gözəl tanımalıdır, bu şəxsi marketinq üçün şərtdir.

Üçüncü addım – Digər şirkətlərin marketoloqları ilə tanış olun. Bəzən hansısa bir şirkətdə işləyən marketoloqla rastlaşıram. Hiss edirəm ki, sektorda çalışan adamları tanımır… nəyin ki, tanımır heç tanımaq belə istəmir. Bu çox böyük səhvdir. Marketinq praktik biliklərin üzərində inkişaf edən bir dissiplinadır. Çalışmalıyıq ki, digər kolleqalarımızı tanıyaraq onlarda olan problemlərdən, problemlərin həlli yollarında xəbərdar olaq. Tanışlığım həm gələcəkdə karyeramız üçün, həmdə bugün edəcəklərimiz üçün böyük əhəmiyyəti var. Həmçinin marketoloq daim reklam şirkətləri, araşdırmacılar, digər strukturlarla əlaqədə olur. Biz eyni məsələni digərlərinin necə həll etdiklərini bilməliyik ki, eyni səhvləri buraxmayaq.

Düşünürəm ki, sözü gedən üç məsələ yeni marketoloq olmaq istəyən dostlarımız üçün çox vacibdir. Onlar daim bu işləri etməli, öz biliklərini dahada gücləndirməlidirlər.

Gücləndirmək demişkən… marketoloq olaraq güclənmək üçün mütləq praktik baza və “daşdan” keçən CV-yə sahib olmalısınız. Bu olmadıqda inkişaf etmək çox çətin görünür. CV-si güclü olmayan, özündən arxayın olmayan marketoloq iş yerini itirməkdən qorxa bilər… nəticədə iş yerinin qorxma, qorxusu bizi daha böyük problemlərlə üz-üzə qoyar. Axı biz bilirik ki, bizim üçün ən böyük risk, risk etməməkdir…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close