Monthly Archives Noyabr 2014

Əziz oxucu, bu bloq heç bir şəkildə İlkin Manafovun deyil, hətta daha dəqiq desək, bu bloqda İlkinin vəzifəsi sadəcə və sadəcə praktikada gördüyü, etdiyi və öyrəndiklərini Sizinlə paylaşmaqdır. Əslində bloq məndən çox, Sizindir, çünki, bəzən Siz bu bloqu məndən daha yaxşı bilirsiz və bizim bloqun bir sadə prinsipi var… yalnız və yalnız real təcrübədə gördüklərimizdən danışmaqla, bloqumuz daha oxunaqlı və Sizlər üçün maraqlı edirik. Bugün… təsadüfən çalışdığım (məhsullarını mağazalarımızda satdığımız) şirkətlərdən birinin ofisində kontrakt imzalayırdım və təsadüfən bir nəfər (təxminən 55-60 yaşlarında olan) kişi ilə dialoqum oldu. Şirkətə 5 dəqiqəlik girmişdim… söhbətimiz o qədər maraqlı oldu ki, düüüüz 45 dəqiqə danışdıq. Sözün açığı çox təəcübləndim.

Bugünlərdə Marketinq AİR artıq 5-ci buraxılışı olacaq məzunlarının ev tapşırıqlarına baxırdım. AİRçilər, brend yaradılması adı ilə olan ev tapşırıqlarını prezentasiya edirdilər. Son dərəcə maraqlı, son dərəcə kreativ və ən əsası real biznesdə tətbig ediləcək bir təqdimatlar oldu (mən yalnız bir təqdimatı gördüm, amma deyilənə görə butün təqdimatlar superdi). Bu yazıda Sizə bizim əziz məzunlarımız barədə danışmaq istəyirən, daha doğrusu Marketinq AİR təlimlərinin əsas hərəkət verici güclərini deyəcəm, əminəm ki, Sizin üçündə maraqlıdır ki, artıq 3-ci il və ya 250-ən çox məzunu olan bir yerli “təlim” brendinin sirri nədədir?

12
Close