image_pdfimage_print

10 yanvar, saat 17:00-da ölkə Marketoloqlar, Marketinq Azərbaycan Qrupunun dəstəyi ilə Ramada Hoteldə yenidən toplanır. Yeni ilin ən dəyərli istiqaməti olan Yeni ildə edəcəklərimizin uğurlu olması üçün yalnız bir gün hamımız işi yaddan çıxarırıq. Bütün dostları şərti adı PartiMarti adlandırdığımız “beyin yuma” tədbirinə dəvət edirəm. Bilirəm ki, hər biriniz düşünürsüz ki, tədbirdə nələr olacaq?

Elə bu sualla cavab vermək üçün biz bu yazını Sizinlə paylaşırıq.

Bu arada videodanda başa düşdüyünüz kimi, tezlilə Marketinq Azərbaycan Qrupunda partidə olacaq müsabiqələr, ümumi tədbirin gündəliyi barədə məlumatlar vericələcək. Hadisələri qabaqlamadan deyə bilərəm ki, bu dəfə düşündüyünüzdənda yaxşı olacaq.

İlk əvvəl qeyd etməliyəm ki, marketoloqların ən böyük sosial şəbəkə icması olan Marketinq Azərbaycan Qrupu daha əvvəldə olduğu kimi, marketoloqlar arasında əlaqələrin güclənməsi üçün mütəmadi tədbirlər edir. İstər yeni il tədbirləri, istər müxtəlif görüşlər, istərsədə ölkəmizdə marketinqə olan marağı artırmaq üçün etdiyimiz fəaliyyət əslində çox olub. Amma bu, hal-hazırda söhbət etdiyimiz tədbir istər təyinatı, istər hazırlıq səviyyəsi, istərsədə ümumi sektor üçün əhatəsinə görə rekord nəticələr əldə edəcəyi hiss edilir.

Tədbirimizin yüksək səviyyədə keçirilməsi üçün 20 nəfərdən çox komanda fəaliyyət göstərir. Hərə, hər bir təşkilatçı tədbirimizə öz əməyi ilə töhfəsini verir. Demək olar ki, hər həftə görüşərək keçirələcək tədbirin, detallarını müzakirə edirik. Məqsədimiz daha əvvəldə dediyimiz kimi heç olmasa ildə bir gün marketoloqları işdən ayırıb, “beyinlərini yumaqdır”. Təşkilatçılara çox sağ ol deməyi özümə borc bilirəm!

Tədbirimizdə iştirak biletlə olacaq. Biz daha əvvəl Marketinq Azərbaycan Qrupunun toplantısını Times Consulting şirkətinin ofisində tamamiylə ödənişsiz həyata keçirmişdik. Əlbəttə, bunun üçün istər Times-da olan dostlarımıza, istərsədə bizə dəstək olan digərlərini minnətdarıq. Bu dəfə olacaq tədbir biletlə olacaq və biz biletlər üçün minimum qiymət təyin edə bilmişik. Tədbir özündə baza olaraq aşağıdakıları birləşdirəcək:

  • Ramada Hoteldə marketoloqların toplanması;
  • Sektor arası münasibətlərin qurulması üçün imkanlar;
  • Musiqili proqram;
  • Çox saylı viktorinalar;
  • Yemək;
  • Hədiyyələr;
  • Hotelə şəhərdən rahat gəlmək üçün nəqliyyatın təşkili;
  • Rəqslər;
  • Bir sözlə marketoloqları 4-5 saat işdən ayırmaq üçün lazım olan intelektual baza və sonsuz şəkildə çox xoş surprizlər.

Sizə açıq deyim… hərdən belə tədbirlərə elə paxıllığım tutur. Bizim dövrlə heç bir dənədə olsun belə şey yox edi. Bugün istər gənclər, istər professional marketoloqlar, istərsədə şirkətlər üçün mükəmməl imkanlar yaradılır. Heç nəyə yox, elementar bir məsələyə diqqət edi. Bizim tədbirlər elan edildiyi andan sponsor təklifləri bizi əhatə edir. Elə işin başından, biz maksimum öz tədbirlərimizi daxili imkanlar hesabına etmək istəyirik. Bu işlərin heç biri kommersiya məqsədi güdmür. Amma buna baxmayaraq bizə sponsor olaraq dəstək olan dostlarımız marketinqin ölkədə inkişafına çalışmaları bizi çox sevindirir.

Əslində belə tədbirlər bir qrup bizneslər üçün mükəmməl imkandır. Həmdə marketoloqların çoxları fikir sahibləri, öz ətraflarında hörmət edilən şəxslər olur. Bu o deməkdir ki, marketoloqların tədbirində sponsor olmaq bir çox biznes üçün əla “dopinq” ola bilər.

Düşünürəm ki, yanvar ayında olacaq tədbir ölkədə marketinqə olan diqqəti dahada artıracaq. İnsanlar marketinq haqqında daha çox eşidəcək, sahibkarlar marketinqə daha çox diqqət edəcək, nəticə etibarı ilə biznes güclənəcək. Güclü biznes, güclü iqtisadiyyat, güclü iqtisadiyyat güclü dövlət deməkdir. Bu amala xidmət etməkdən gözəl nə ola bilər?!

Biletlərin artıq gələn həftədən satışdan olacaq. Cəmi 300 bilet nəzərdə tutulsada, bilerlər heç satışa çıxmamış artıq yarısı bron edilmiş vəziyyətdədir. Bu bizi həm sevindirir (deməli tədbiri maraq var ki, bilet hələ olmadan, bilet pullarını ödəyənlər var…), həmdə məyus edir, çünki bu o deməkdir ki, yənədə bizim tədbirlərdə hamıya yer olmayacaq. Amma biz inanırıq ki, bu dəfə qisməndə olan hamılıqla birlikdə “beyinlərimizi yuya biləcəyik”.

P.S. Birdə Sizə bir söz deyim… xahiş edirəm öz aramızda qalsın. Belə tədbirlərdə iştirak əla biznes investitsiyadır. Burada biz asanlıqla özümüzə lazım olan kontaktları qura bilərik. İndiki zamanda isə, bu superdi. Yaxşı əlaqə, yaxşı pul deməkdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close