image_pdfimage_print

Bugünlərdə çoxlarımızında xəbəri olduğu kimi, dünyanın ən böyük reklam verici şirkəti olan P&G ölkəmizdə düüüz 2,1 mln. manat cərimə sanksiyası aldı. Başqa sözlə desək Procter and Gamble şirkəti yaxın 3 ay ərzində sözü gedən məbləği dövlət büdcəsinə maliyyə cəriməsi kimi ödəməlidir. Səbəb? Səbəb çox sadədir… amerikan dostlarımız öz reklamlarında “aşırı” dərəcədə “reklamdan” istifadə ediblər. Mən bu yazıda Sizinlə sözün gedən məsələ barədə fikirlərimi paylaşmaq istəyirəm. Məsələyə bir-az fərqli aspektdən baxaq…

İlk əvvəl qeyd edim ki, P&G şirkəti brend idarəetmənin “atası” hesab edilir və nəyin ki, Azərbaycan dünyada marketinq ekspertlərinin bir çoxu bu şirkətdən nümunələr gətirir. Dünyadan ilk ticari brend yaradan şirkət (İvory) bugünə qədər marketinqdə, brend idarəetməyə ciddi investitsiya yatıran şirkətlərin başında dayanır. Belə şirkətlərə qarşı sərt qərarlar çıxarmaq uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün xeyr verməz… düzdür biz, P&G sanksiya verərək direktiv üsullarla dövlət büdcəsinə əlavə 2-3 mln. cəlb edə bilərik, amma Mirşahinində dediyi kimi, bu pulu amerikan dostlarımız yenə bizim ölkəyə xərcləmək istədiyi hansısa büdcədən kənarlaşdıracaq.

Əziz oxucu, gəlin bu anda televiziyalarımızın TOP reytinqli verilişlərinə baxaq. Hər nə qədərdə gülməli olsada bir o qədər açınacaqlı səhnə qarşımıza çıxır. Bugün reytinqli verilişlərin 99% əyləncə, şou kimi motivlərin başında durur. Əgər bir vaxtlar ölkə əhalisi “Поле Чудес”, “Что, Где, Когда”, “КВН” kimi verilişlərə həsədlə gözləyirdisə, bugün onun yerinə “Səni axtarır”, “kiminsə… cümə axşamı”, “hansısa qadının sirlərinə həsr edilən” seriallar keçib. Çox təəsüf ki, Televiziya cəmiyyətin güzgüsüdür. Çox təəsüf ki, bizim baxdığımız verilişlər bizim nəyin ki, bugün, gələcək dünya görüşümüzü təyin edir.

Deyə bilərsiniz ki, bu söhbətin reklama nə aidiyyatı var?! Cavabım – Bir-başa var. Bugün qlobal şirkətlər öz reklam büdcələrini məhz “Səni axtarıramlara” qoyur. Heç bir qlobal şirkət bizim milli adətlərimizlə, bizim mentalitetlə, bizim gənclərin təhsillənməsi ilə maraqlanmır. Onlar üçün bu lazımsızdır. Əvəzində onlar sistemli şəkildə öz pullarını “Səni axtarıramlara”, “Oyy Zaurlara” qoyur. Nəticədə intelektual üçurum dahada dərinləşir.

Səbəb çox sadədir… ATV kimi şou veriliş etməsən… sənə baxan olmayacaq. Sənə baxan olmasa, sənə pul verən olmayacaq. Reklamsız TV-in necə gəliri ola bilər? Deməli TV məcbur olacaq bir daha “düşük” verilişlər düzəldəcək. Savadlı, bilikli kadrlar (aparıcılar, rejisorlar) düşük verilişlər düzəldəcək… savadsızlar durub “intelektual” nesə hazırlayacaq. Nəticədə intelektual verilişlərin keyfiyyəti aşağı düşəcək və biz yenədə boş-boş verilişlərə baxaceyik və s…

Deyə bilərsiniz ki, bəs hardan Siz bilirsiniz ki, insanlar məhz filan-filan verilişlərə baxır?! Dəhşətli məsələ burasıdandır ki, bu sualların cavabıda əslində heç kim tərəfindən nəticəsi inanılmayan hansısa xarici, daha doğrusu P&G yerlisi olan amerikan şirkəti tərəfindən hazırlanır. Bilirsiz necə? Da deyim də…

Düşünün ki, bu amerikanlar bizim ölkədə guya ki… 400-500 ailənin evinə aparatlar qoyublar. Bu adamlar evdə televizora baxdıqları zaman, sistem avtomotik olaraq göstərir ki, hal-hazırda o 400 nəfərin neçəsi, hansı kanala baxır. İndi hazır olun… Bu 400 nəfər yalnız və yalnız evlərində “dədə-baba” antennası var. Kabel televizilarından istifadə burdada nəzərə alınmır.

P&G-ər, Unileverlər, Coca-Colalar həmin sözü gedən amerikan şirkətinin ala-yarımçıq hazırladığı reytinqlər əsasında reklam yerləşdirirlər. Bu reytinqlərin nə dərəcədə doğru və ya yalnız hazırlanması üçün… qalır bir Qurban olduğumuzun payına…

Daha dəhşətlisi bu yaxınlarda həmin amerikan şirkətinin Türkiyyə ofisində gələcək həftələr üçün TV reytinqlər çıxdı… düşünün ki, dostlarımız o qədər operativ işləyirlərmiş ki, hələ efirə getməyən verilişin belə reytinqini hazırlamış emişlər. İndi bu Türkiyyədə belədirsə… gör Azərbaycanımızda… neysə… bu başqa mövzudur.

Biz heç bir şəkildə demirik ki, reytinqlər tam yalandır… və ya reytinqlərə baxmaq lazım deyil. Yox. Qətiyyən yox. Bir şeyin ki, alternativi yoxdur, deməli biz buna inanmalıyıq. Sadəcə düşünürəm ki, bu reytinqlərlə yanaşı ölkəmizdə ictimai reytinqlərdə olmalıdır. Axı TV-ə dördüncü hakimiyyətdir. Axı hakimiyyəti yalnız maliyyənin, biznesin əlinə vermək olmaz. Bəlkə, hər kanal üçün rəsmi şəkildə gündə minimum 2-3-4 saat intelektual, öyrədici, milli adət-ənələrimizi daşıyacaq verilişlər tətbiq edilsin. Təkrar edirəm TV qorxulu silahdır…

Reytinqlərə gəldikdə… rəhmətlik Rəhim müəllimin çox gözəl sözü var edi: “Borşun dadını bilmək üçün butün qazana yemək lazım deyil, borşdan bir qaşıq dadıb, ümumi yeməyin dadını bilmək olar”. Eləcədə bəlkədə bu 400 ailəni müşahidə edib, ümumi respublakada olan TV vəziyyət haqqında fikir yürütmək olar. Amma bununla yanaşı mütləq və mütləq ölkəmizdə ictimai reytinqlərdə olmalıdır və P&G kimi şirkətlərə hansısa maliyyə sanksiyası verməkdəndə, İctimai reytinqi yüksək olan verilişlərdə sponsor olmasını tələb etmək olar. Düşünürəm ki, televiziya mütləq qaydada daha üst səviyyədə nəzarətə alınmalıdır. Yoxsa… “Səni, məni axtaranlar” olan verilişlər bizim axrımıza çıxacaq…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Meqale ucun tesekkurler, Tv-nin bugunu olduqca aktual meseledi, televiziyanin cemiyyetin guzgusu olmasi ve televiziyaya ust seviyyede nezaretin olmadigi fikirlerinizle razi deyilem.Bugun ust seviyyede televiziyalara cemiyyeti (bozbasvari,yungul cemiyyet) formalasdirma tapsirigi verilib desek daha dogru olar.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close