image_pdfimage_print

Yadıma gəlir… uşaq vaxtı şahmatla məşğul olduğumuz vaxtlar atam, mənə belə bir şərt qoymuşdur: “Butün bitirdiyim oyunlar mütləq şəkildə bir dəftərdə yazılmalı və təhlil edilməlidir. Həmçinin əgər udduğum bir oyunun təhlili təxminən 2-3 vərəq ola bilərdisə, məğlüb olduğum oyun üçün ən azı 5-6 vərəqli təhlillər olmalı edi”. Bu vərəqdə mən mütləq qaydada öz səhvlərimi göstərməli, “aydın olmayan” vəziyyətləri təsvir etməli edim. Nə yalan danışım… o 5-6 səhfəlik təhlil yazısını yazmamaqdan ötrü… uduzmamağa çalışırıdım… hərdən alınırdı… AMMA, Sizinlə söhbət eləcəyim mövzu, “yarışlara necə hazırlaşmaq olar?” suallının üzərində olmayacaq. Biz Sizinlə “səhvlərdən necə nəticə çıxarmaq olar?” suallı haqqında danışaceyik. Alınsa…

İlk əvvəl qeyd etməliyəm ki, hər nə qədərdə populist səslənsədə, mən düşünürəm ki, həyatda hansısa bir uğursuzluq belə, kimlər üçünsə bir imkan, bir şansdır. 2008-2009-cü illərdə qlobal maliyyə böhranı olduğu zaman, Rusiyada çalışırdım və imkanım çatan marketinq, biznes forumlarında iştirak edirdim.

O vaxtlar, bir çox qlobal şirkətlərin rəhbərləri böhranı məhz, imkan kimi dəyərləndirirdilər. Böyük şirkətlərin arxivində böhranlı vəziyyətlərdə hansı addımların atıldığı barədə çox saylı məlumatlar toplanırdı. Bu məlumatları bençmarkinq etməklə böhranlı vəziyyətlərdə necə işləmək lazım olduğunu təsvir etmək dahada asanlaşırdı. Necə dəyərlər, şirkətlər daha əvvəl etdiklərini ciddi təhlil edirdilər.

Bilirsiz, marketinqdədə səhvlərdən və doğrulardan nəticə çıxarmaq çox vacibdir. Bugün yerli şirkətlərimizdə ən az fikir verilən məsələrdən biri – marketinq kampaniyalarının effektivliyi ölçmək üçün alətlərin olmamasıdır. Paralel olaraq bugün P&G, Mars, Unilever, Daimler AG və s. qlobal şirkətlərdə 10illiklərdən yığılıb qalan bazalar var. Hansı kampaniya, hansı zamanda niyə və necə effektiv (və ya effektsiz) olub. Səhvlərdən nəticə çıxarmaq üçün bu vacibdir.

Nəticəsi ölçülə bilməyən heç bir marketinq fəaliyyətinə investitsiya qoymağa dəyməz. Bəli, bəli… bilirəm Sizə dəyəcəklər ki, imic reklamlarının effektivliyi ölçmək olmur və ya deyə bilərlər ki, kampaniyanın effektivliyi daha sonra ortaya çıxacaq və s. və ilaxir. AMMA Siz inanmayın. Ona görə yox ki, reklamın təsiri bir həftədir və ya ona görə yox ki, muasir dövrdə insanlar daha unutqandır… sadəcə ona görə ki, istənilən marketinq aktivliyinin uğurlu və uğursuz olması onun ölçülə bilməsi ilə düz mütanasibdir.

Əgər Siz, imic kampaniyası və ya brendin tanınması üçündə nəsə etmək istəyirsinizsə… mütləq və mütləq ölçülə biləcəyiniz kretiriyalar təyin edin. Belə olmasa… Siz gəlmək istədiyiniz yerdə olmayacaqsınız… çünki Siz elə əvvəlcədən hara gələcəyinizi bilmirdiniz. Düzdür?!

Çox zaman deyirlər ki, insan uduza-uduza qalib gəlir və ya öyrənmək üçün səhv etmək lazımdır. Düzdür deyilənlərdə həqiqət var… AMMA orda daha bir strateji məsələ yaddan çıxıb. Uduzmaq, səhv etmək o vaxt effektiv olur ki, insan öz səhvlərindən nəticə çıxara bilsin. Əmin olun, nəticə çıxara bilməsəniz, Sizin səhvləriniz adi hala çevriləcək. Nəticə çıxarmağın yeganə yolu isə, bir-başa olaraq nəticələrin düzgün və sistemli şəkildə hazırlanmasından keçir. Keçməlidir. Bunu şahmatçılar gözəl bacarırlar. Müşahidə qabiliyyətləri güclü olur və daim öz hərəkətlərini təhlil etməyi bacarırlar.

Əziz oxucu, əslində səhv edərək öyrənməkdən yaxşı olan bir yolda var. Bilirsizdə nədir o yol? Bəli, bəli… digərlərinin fəaliyyətini təhlil edib, düzgün nəticələr çıxarmağı bacarmaq… kimlərinsə səhvindən nəticə çıxarmaq. Sizə deyim… bunuda şahmatçılar gözəl bacarır. İnformatorlar vasitəsi ilə olan butün yeniliklər təhlil edilir və kimlərinsə düşdüyü “tələlərdən” qaçırlar güclü şahmatçılar. Biz niyə bunlardan dərs çıxarmayaq, hə?)

İnanıram ki, Sizdə öz fəaliyyətini ciddi təhlil etməlisiniz. İnsanın ən güclü hakimi, onun özüdür… və biz öz hərəkətlərimizi bu “hakimin” məhkəməsinə daim çıxarmalıyıq. Nəticə çıxarmaq, səhv etməkdən daha vacibdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close