image_pdfimage_print

Əziz oxucu, bu bloq heç bir şəkildə İlkin Manafovun deyil, hətta daha dəqiq desək, bu bloqda İlkinin vəzifəsi sadəcə və sadəcə praktikada gördüyü, etdiyi və öyrəndiklərini Sizinlə paylaşmaqdır. Əslində bloq məndən çox, Sizindir, çünki, bəzən Siz bu bloqu məndən daha yaxşı bilirsiz və bizim bloqun bir sadə prinsipi var… yalnız və yalnız real təcrübədə gördüklərimizdən danışmaqla, bloqumuz daha oxunaqlı və Sizlər üçün maraqlı edirik. Bugün… təsadüfən çalışdığım (məhsullarını mağazalarımızda satdığımız) şirkətlərdən birinin ofisində kontrakt imzalayırdım və təsadüfən bir nəfər (təxminən 55-60 yaşlarında olan) kişi ilə dialoqum oldu. Şirkətə 5 dəqiqəlik girmişdim… söhbətimiz o qədər maraqlı oldu ki, düüüüz 45 dəqiqə danışdıq. Sözün açığı çox təəcübləndim.

Əslində bizim görüşümüz “quru” biznes söhbəti olacaqdı, mən sözü gedən şirkətin bölgədə distribyutorluq işlərini görürəm və bu münasibətimizi rəsmiləşdirmək üçün orda edim. Amma həmsöhbətimin danışıqları mənim fikrimi yaxşı tərəfə çox dəyişdi. Mənim diqqətimi çəkən “keynotlarını” Sizinlə bölüşmək istəyirəm.

  • Biznes adamları ən təmiz və sözünə düzgün adamlar olurlar, sadəcə Sovet psixoloqiyası bizlərdə “ticarət”, “biznes” və s. kimi anlayışlar haqqında səhv steriotiplər yaradıb. Bunu zamanla düzəltmək lazımdır… (alver sözündən qorxmayın)
  • Ən ideal biznes imkanları, hamı tərəfindən yaddan çıxmış istiqamətlərdə olur…
  • Rəqəbət aparmaq ağılsızlıqdır… ondansa, fərqlənmək lazımdır ki, rəqibin olmasın… (bunu 55 yaşında adam deyir, marketinq və ya Djek Trautu tanımır)
  • Ən çətin iş sahibkarlıqdır, çünki, sahibkar yalnız özünü deyil, həmçinin məsuliyyəti olduğu insanları düşünməlidir (işçilər, müştərilər, dövlət strukturları və s.)
  • Bir dövr var edi, elə fikir yaranmışdı ki, oxumaq, təhsil lazımsızdır… amma indi bu yenidən öz yerinə oturur…

Bu sözlərdən söhbətimiz dahada genişləndi. Mən belə muasir biznes düşüncəli yaşlı adamla söhbət etdikcə onun sözlərindən çox şey öyrənirdim. Ümumiyyətlə adam, amerikan biznes ədəbiyyatlarlarında yazılanları, azərbaycan dilində, azərbaycana uyğun tərzdə izah edirdi. Çox xoşuma gəldi.

Daha sonra söhbət zamanı, həmsöhbətimi yaxından tanıdıqca, Sovet rejimində çox böyük vəzifədə işlədiyi, Qarabağ müharibəsində cəbhə rayonlarının birində rəhbər vəzifədə olması ilə yanaşı, SSSR hakimiyyətində olan tək-tək Azərbaycanlılardan olduğunu öyrəndim.

Dediklərindən şahid oldum ki, bizim millətin yaxşı, ziyalı, savadlı, millətini sevən adamları hər zaman var, olacaq və əlbəttə olub. Hətta sovet rejimində belə bizim ziyalı adamlarımız nə vaxtsa müstəqillik illərinin olacağına inanıb və buna qisməndə olsa əllərindən gələn hazırlığı görüblər. Görə biliblər.

Əziz oxucu, mən çox istəyirəm ki, biz Azərbaycana aid güclü insanları, bir vaxtlar güclü rəhbərləri, güclü sahibkarları biz yaxşı tanıyaq. Düşünürəm ki, güclü olmaq üçün ətrafında sağlam, ağıllı, təhsilli adamları toplamaq lazımdır. Bunun yolu isə, ən azı belə adamların varlığını bilmək, onlarla təmasda olmaqdan çəkinməməkdən keçir.

Fikir vermişəm… insan nəcədirsə onun qarşısına eyni tərzli, tipli adamlar çıxır… dolayı yolla yaxşı olmaq üçün, gərək ətrafında yaxşıları yığasan.

Gəlin birlikdə belə ziyalı adamlarımızı qoruyaq, tanıyaq, hörmət edək!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close