image_pdfimage_print

Yaşadığımız göö-öözəl zamanın özünə xas olan üstünlükləri var. Məsələn, istədiyin məsələ barədə Google müəllimin köməyi ilə məlumat əldə edə bilirsən… və ya rahatlıqla öz düşüncəni formalaşdırırsan və s. Amma dediklərimizlə paralel olaraq bu zamanın mənfi cəhətləridə var. Marketoloqlar üçün bu özünü ilk əvvəl istehlakçının aşırı dərəcədə informasiya axınında qalmasıdır. Başqa sözlə desək, istehlakçı ilə danışmaq çox çətindir – o, unutqandır. Biz bu yazıda qlobal brendlərin “istehlakçı unutqanlıqları” ilə necə mübarizə apardıqları barədə danışmaq istəyirik Nespressonun timsalında.

Videonu təhlil etməzdən əvvəl gəlin, bir neçə məsələlər barədə düşüncələrimizi qətiləşdirək. Olar?!

Muasir insan informasiyanı eyni anda bir neçə qaynaqdan əldə edir (TV, İnternet, küçə reklamları, dost-tanış, çap materialları və s.) və buna görədə istehlakçı ilə danışmağın ən mükəmməl yolu, eyni mesajı müxtəlif kommunikasiyala elementləri ilə, müxtəlif formada verməkdir.

Biz düşünürük ki, əgər bir vaxtlar brendinq təəcübləndirmənin üzərində hərəkət edirdisə, hər bir çəkilən reklam konsepsiyası yeniliyi ilə seçilirdisə, bugün marketinq kommunikasiyaları daha çox daimiliyin, uzunmüddətliyin üzərində qurulur. Brendlər eyni konsepsiyanı müxtəlif yollarla istehlakçıların beyinlərinə salmaq istəyirlər. Bir vaxt bunu mükəmməl edən Master Card kimi… məsələn.

McCann belə reklamların bu arada “atası” olduğunu əminəm ki, Sizdə bilirsiz. Həqiqətəndə bu şirkətin o vaxt ki, kreativ direktorları həsəd aparıram. Hətta Azərbaycandada McCannşiklərin kreativ direktorları super olub (Allah ölənləri rəhmət, qalanların canını sağ eləsin!).

Konkret sözü gedən Nespressonun vəziyyətində hələ 2006-ci ildən McCann tərəfindən hazırlanan – What Else – konsepti bügünə qədər aktualdır. Brendin əsas siması olan aktyor Djon Kluni (George Clooney) lə müştəri ilə danışaraq Nespresso üçün daha nələri etməyə hazır olduğunu göstərir.  Diqqət edin “dostumuz” artıq 9-ilə yaxındır brendin əsas siması kimi çıxış edir (!)

Düşünürəm ki, bu konsepsiya brendlə istehlakçı arasında olan münasibəti dahada istiləşdirir. Bir növ brend – “mənəm həmin məhsulam, sənin xoşuna gəlirdim, indi daha yeni olsamdam, ənənəyə sadiqəm” anlayışı ilə müştərisi ilə danışır – maraqlıdır.

…maraqlıdır, çünki muasir brend idarəetmə cəmiyyətin bir-başa güzgüsüdür. Qlobal brendlər o qədərə mükəmməl formada izləyir, müşahidə edir və əlbəttə, ki nəticə çıxarır ki, heyranlığımızı gizlədə bilmirik. Düzdür, bizim yerli marketinq bu səviyyədə olması çətindir, bəlkə heç olmayacaqda… amma vacib olan odur ki, bizdə reklam kampaniyalarımızda artıq keçilmiş mərhələlərə qayıtmalı deyilik.

Hesab edirik ki, muasir dövrdə brendlər həqiqətəndə müştərilə ilə “aşırı” dəyişkən olmasalar daha yaxşı olar. Necə ki, bunu P&G, Mars (butün brendləri), Nespresso və Master Card edir. Siz necə düşünürsüz?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close