Monthly Archives Dekabr 2014

Mən Twitterdə çox aktiv deyiləm, amma mütəmadi olarıq nələrisə oxumaq, ibrət götürdüyüm adamları izləmək istəyirəm. Həmçinin “arada-bir” yazıram. Bu bloqda 2014-cü ildə paylaşdığım Twitterlər arasında ən maraqlı hesab etdiklərimi Sizlərlə paylaşıram. Maraqlı olsa oxuyarsınız.

Yazdığımız silsilə yazıların davamı olaraq, bu dəfə marketinqin ən “şirin” sahəsi olan marketinq kommunikasiyalarında 2015-ci ildə gözlənilən dəyişiklərdən yazmaq istəyirik. Biz düşünürük ki, 2015-ci ildə Azərbaycanda marketinq kommunikasiyalarınə bəzi yeni trendlərin təsiri gözləyir. Beləliklə, 2015-ci ildə Azərbaycan istehlakçıları hansı yeni trendləri məruz qalacaqlar?

Marketoloq trendləri izləməlidir, marketoloq trend yaradan amilləri daim diqqət etməlidir, marketoloq istər “qulağı”, istər “gözü”, istər “burnu”, istərsədə digər hissiyat orqanları ilə daim yenilikləri bilməlidir. Biz bu yazıda Sizinlə 2015-ci ildə Azərbaycanımızda olmasına inandığımız əsas marketinq trendləri barəsində yazmaq istəyirik. Maraqlıdırsa oxuyarsınız, xahiş edirəm!

Daha əvvəldə dediyimiz kimi, Yeni ilin gəlməsi ilə biz, bloq-postlarımızı bötüvlükdə “hesabat” və ya “keçən il” haqda olan mövzulara yönəltmişik. 2013-cü ildə etdiyimiz kimi, bu ildə bizim subyektiv fikrimizdə 2014-cü ildə fərqlənən Milli Brendlərimizi sıralamaq istəyirik. İcazə versəniz başlayaq…

Daha əvvəldə dediyimiz kimi, biz dekabr ayında hesabat və proqnoz xarakterli yazılar yazaceyik. Sözü gedən seriyanın davamı olaraq 2014-cü ilin TOP 10 yazısını Sizlərə təqdim edirik. Bu yazıları bizim bloqun daimi oxucuları MÜTLƏQ oxumalıdır. Başlayaq? #10 - Pula görə biznes qurmayın - PUL özü Sizi tapacaq. Bu yazıda biz biznes quruduğu zaman motivasiyanın yalnız pul olmasının yanlışlıqları barədə danışmışıq. Pulun…

“Ölkəmizdə ən az inkişaf edən, amma əslində böyük inkişaf potensaillı olan hansı sektor var?” suallını versələr heç düşünmədən – DIY istiqamətində olan pərakəndəçilik deyərdim. DİY (do it yourself – özün elə) deməyimə görə məni bağışlayın… sadəcə bu kateqoriyanı başqa cür istifadə etmək çox çətin görünür. Bakımızda buna bənzər nesə etmək istəyən yeganə şirkət Tehnomall və ya Universal Makina edi. Edən deməyək, etmək istəyən deyək. Amma bu yaxınlarda Əhməd Rəcəbli küçəsindən keçəndə Texnomall-un bağlandığını gördüm. Sizə səmimi deyim, mən bunu gözləyirdim. Nə olsun ki, bazarda buna ehtiyyac var, nə olsun ki, Texnomall-un yeri sözü gedən məhsul kateqoriyası üçün mükəmməl seçilmişdi (Əhməd Rəcəbli bu sektorun ürəyidir), nə olsun Texnomall-da güclü brendlər var edi… bu şirkətdə bir şey çatışmırdı və sözü gedən o bir şey… Texnomall layihəsini məhv etdi. İcazə versəniz mən Sizə bu sözü gedən çatışmamazlıq barədə danışmaq istəyirəm. Düşünürəm ki, başqalarının səhvindən öyrənmək çox faydalıdır, hə?!

Günlərin bir günü Corc İstman (George Eastman) dostları ilə balıq tutmağa gedir. Sevdiyi işləri özü etməyi xoşlayan Corc çox düşünmədən, dostlarına deyir ki, tutduqları balıqları özünün bişirməsini istəyir. Dostlarına deyir ki, “Siz sadəcə ocağı qalayın, qalanı mən edəcəm”. Bu soz əfsanəvi brendin sahibinin çox xoşuna gəlir və balıq bişirə-bişirə “You lay the fire – İ do the rest” sözlərini təkrarlayır. Bu sözlərlə dünyanın ən təsirli sloqanlarından biri yaranır – “Siz sadəcə düyməni basın, qalanı biz edəcəyik” “You press the button – we do the rest” . Biz bu yazıda Sizə Kodak brendinin tarixindən danışaceyik.

Kodak brendinin yaranması və ya dünyanın varlı ailə şirkətlərindən biri olmuş Estman Kodak yaradılması muasir dövrdə belə biznes fəaliyyətinə başlamaq istəyənlər üçün mükəmməl nümunədir.

Düşünürəm ki, uğur qazanmağın birinci yolu məhz sevdiyin işlə məşğul olmaqdan keçir. Məhz sevdiyin və sənə xoş olan işi icra etməklə biz daha böyük uğur qazanma şanslarımızı artırırıq. Fikirlərimi misallarla əsaslandırmağa başlayım. İcazə versəniz.

Bilik nədir? Savadlı, güclü iqtisadi biliyi olan adamlar necə olur? Necə olur ki, “marketinq” sözünün mənasını bilməyən (əslində gözəl bilən) adamlar milyonlara sahib olur. Filip Kotler isə bizim hamımıza biznes, marketinq öyrədə-öyrədə mühazirə deməklə pul qazanır. Axı necə olur ki, P&G – procter edən Kotler, şirkətin səhmdarlarının qazandığının mində birinə sahib deyil?! Axı necə olur ki, hamımıza biznes konsultant, biznes trener olaraq tanınan dostlarımız öz bizneslərinə sahib ola bilmirlər… amma ömründə belə treninq görməyən adamlar mükəmməl bizneslərə sahib olur. Necə?

Bəzən mənə elə gəlir ki, biznes adamının ən vacib və əhəmiyyətli bacarığı ətrafında düzgün komanda qurmasıdır. Biznesdə, kadrlar işin yarısıdır, minimum yarısı. Bu yazıda mən təcrübəmdə güclü sahibkarların “əllərinə baxarıq” öyrəndiyim, bir neçə vacib işə götürmə qaydaları barədə yazacam. Daha doğrusu deyəcəm ki, hansı hallarda işçini işə götürmə olar?

Dostlar bilir ki, bizə aid 1-2 xırda mağazalar var. Bu yaxınlarda “gizli müştəri” layihəsi edərək və mağaza içərisində olan məlumatlara əsasən bir neçə məsələdə problemlərin olduğu düşündüm. Bunun üçün çox düşünmədin əziz və hörmətli satıcı personalına öz e-mailləmdən məktub yazdım. İstəyirəm ki, bu məktubla Sizləri tanış edim. Düşünürəm ki, məktubun ünvanı Siz olmasanızda, Sizlər üçündə faydalı ola bilər. Buyurun oxuyun)

12
Close