image_pdfimage_print

Daha əvvəldə dediyimiz kimi, biz dekabr ayında hesabat və proqnoz xarakterli yazılar yazaceyik. Sözü gedən seriyanın davamı olaraq 2014-cü ilin TOP 10 yazısını Sizlərə təqdim edirik. Bu yazıları bizim bloqun daimi oxucuları MÜTLƏQ oxumalıdır. Başlayaq?

#10 – Pula görə biznes qurmayın – PUL özü Sizi tapacaq. Bu yazıda biz biznes quruduğu zaman motivasiyanın yalnız pul olmasının yanlışlıqları barədə danışmışıq. Pulun belə bir xasiyyəti var – Sən onun dalınca nə qədər çox qaçsan, o bir o sürətlə səndən qaçacaq.

#9 – Abel Məhərrəmovun – 3 marketinq səhvi. Çox maraqlıdır… belə adamlar necə hələdə Azərbaycan təhsilini idarəedir?! Mən düşünürəm ki, 2015-ci ildə Abel müəllimin “istefa” və “işdən azad” edilmə xəbərini eşidəcəyik. Gənclər üçün bu mükəmməl xəbər olardı. Yazıda Abel müəllimin etdiyi marketinq səhvlərindən danışmışıq.

#8 – Samsung brendi və idman marketinqi. Bu yazıda dünyanın ən dinamik inkişaf edən brendlərindən olan Samsung barədə yazmışıq. Çox istərdik ki, tezliklə ölkəmizdədə Samsung qədər ArGe və Marketinqə investitsiya qoyan brendlərimiz olsun.

#7 – Alınmayacaq iş yoxdur, bacarmayan adamlar var. Əziz oxucu, inanın ki, belədir. Alınmayacaq biznes ideya yoxdur, alındıra bilməyən  – İLKİNlər var və s. Bu yazını mütləq oxuyun, məncə 2015-ci ilin təkan olacaq!

#6 – Milli Marketinq Forumu 2014. Bu yazı ölkəmizdə keçirilən ən böyük Marketinq tədbiri haqqındadır. Əlbəttə, artıq ikinci ildir ki, dostlar bu forumu edirlər. Əgər bu Forumun keçirilməsində, mənimdə bir payım varsa, inanın ki, mən çox xoşbəxt adam olaram…

#5 – Niyə praktikasız PhD boş şeydir? Dostlar bilir ki, biz PhD adına layiq görülsəkdə, akademik karyeranı biznedə təcrübədən çox-çox geridə olduğuna inanırıq. Real biznesdə işləməyən adamın, ali məktəblərdə marketinq, biznes idarəetmə kimi fənlərdən dərs deməsini bəyənmirik. Biz düşünürük ki, biznes təcrübən yoxdursa, iqtisadiyyatda alim olmağa dəyməz. Ətraflı bloq postumuzda oxuyun.

#4 – İnternet Startup Azərbaycanda boş şeydir. Təəsüf ki, 2014-cü il ərzində bizim Startup-çı dostlarımız əksini sübüt etmədi… nə Dövlətin bir başa dəstəyi, nə gənc dostların gecə-gündüz çalışması… ALINMIR ki, ALINMIR. Alınmayacaqda, çünki səbəblərini biz yazıda göstərmişik. Çox istəyirəm ki, gələcəkdə bir post yazam – MƏN səhv etmişən, Azərbaycanda internet startup alınırmış – AMMA…

#3 – İlk iş yerim barədə. Bu yazı biz, ilk iş yerimizdə olan təcrübəmiz barədə düşündüklərimizi paylaşmışıq. Məncə maraqlıdır… həmdər bir-az gülərsiniz, hə?

#2 – Almanların çempion olma səbəbləri. Bu yazıda 2014-cü ilin ən maraqlı hadisəsi olan Futbol üzrə dünya çempionatının qalibi və qalib olma səbəbləri barədə yazdıq. Mütləq oxuyun, xahiş edirəm!)

#1 – Real biznes. Bu yazıda bölgələrdə açdığımız ilk məişəx texnikası salonunun açılma prosesi barədə yazdıq. Yalnız praktika, yalnız etdiklərimiz. Bu bizim bloqun əsas iş devizidir və bu prinsiplərədə çalışırıq.

Düşünürəm ki, gələn illərdə bloqumuz Sizin üçün daha faydalı və mənim üçünsə daha maraqlı olacaq. Bəlkədə əksinə, hə!?)

ƏLAVƏ OXUMAQ İSTƏSƏNİZ:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close