image_pdfimage_print

Mən Twitterdə çox aktiv deyiləm, amma mütəmadi olarıq nələrisə oxumaq, ibrət götürdüyüm adamları izləmək istəyirəm. Həmçinin “arada-bir” yazıram. Bu bloqda 2014-cü ildə paylaşdığım Twitterlər arasında ən maraqlı hesab etdiklərimi Sizlərlə paylaşıram. Maraqlı olsa oxuyarsınız.

Mehsul yoxdursa istenilen Reklam – atireklamdir (!). Həqiqətəndə düşünürəm ki, marketinqdə ən vacib istiqamət və başlanğıc nöqtə müştərilər üçün təklif edilən məhsuldan (xidmət, dəyər) başlamalıdır.

Eger biznesde Her shey yaxshi gedirsen, demeli Siz sehv yere baxirsiz. Əmin olun ki, belədir. Əgər biznes Sizi narahat etmirsə, əgər Sizə elə gəlirsəki, Sizdə sistem saat kimi işləyir və artıq Sizin biznesdən, nəzarətdən çəkilmək vaxtınızdır… deməli Siz səhv tərəfə baxırsız. Çünki biznesdə daim problemlər olmalıdır və sahibkar bu problemlərin həlli üçün yollar düşünməlidir.

Biznes adamları ən təmiz və sözünə düzgün adamlar olurlar, sadəcə Sovet psixoloqiyası bizdə səhv düşüncə yaradıb. Mən düşünürəm ki, bizneslə həqiqi məşğul olanlar, digər peşə sahibləri ilə müqayisədə yalan danışmaqdan daha uzaqdırlar.

#Facebook kimin ucunse xestelik, kimin ucunse mualice, kimin ucunse ise yaxshi gazanc menbeyidir. İnanıram ki, bizim bloqun oxucuları üçün FB yalnız və yalnız vaxtlarını səmərəli keçirdikləri yer və mükəmməl qazanc gətirən meydandır. Face-ən ehtiyyatlı istifadə etmək lazımdır.

Hetta eylencede bele intizamli olmasin hec bir hezz almag olmur, hele galdi biznesde #dushunurem bunu Siz bilirsiniz ve menimle razisiz! Istənilən işdə mütləq və mütləq nizam-intizam olmalıdır. Belə olmadığı zaman heç bir uğurdan söhbət gedə bilməz.

Son vaxtlar bir sheyin shahidi olmusham rayonda yashayan adamlarin icerisinde saf, ureyim temiz adamlarin sayi coxdur #rayondayam #aztwi Bilmirəm niyə, amma bu belədir. Rayon camaatı şəhərlilərə görə daha düzgün, daha ürəkdən, daha səmimidir. Bunu hiss etməmək mümkün deyil.

Buda #PhD diplomumuz, amma unutmayaq en boyuk ve Ali diplom “biznes praktikadir” #aztwi #alim Bu paylaşımı, PhD diplomunu aldıqdan yazdım və indidə əminəm ki, ən vacib dəyər praktikadır. Biznesdə praktika olmadan uğur qazanmaq mümkün deyil.

Biznesmenin en deyerli serveti – reputatsiyasidir! Heyf ki, bezileri bunu bilmir, hegigeten heyf! #aztwi #biznes . Düşünürəm ki, imic və ya şəxsi reputatsiya hər yerdə olduğu qədər biznesdədə vacibdir.

Növbəti illərdə çalışacam Twitterdə daha çox yazım. Bu sosial şəbəkə bizi daha iti düşünməyə vadar edir. Axı biz cəmi 160 simvoldan istifadə edib, fikrimizdə olanları ifadə etməliyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close