image_pdfimage_print

Daha əvvəldə dediyimiz kimi, Yeni ilin gəlməsi ilə biz, bloq-postlarımızı bötüvlükdə “hesabat” və ya “keçən il” haqda olan mövzulara yönəltmişik. 2013-cü ildə etdiyimiz kimi, bu ildə bizim subyektiv fikrimizdə 2014-cü ildə fərqlənən Milli Brendlərimizi sıralamaq istəyirik. İcazə versəniz başlayaq…

Biz 2013-cü ilin hesabatını hazırladığımız zaman, ilin brendi kimi ASAN xidmətinin adını çəkmişdik, son dərəcə sevindirici haldır ki, məhz 2013-cü ilin Bayram təbrikində ölkə prezidentimiz İlham Əliyev ASAN xidməti – Milli Brend olaraq dəyərləndirdi. Bu arada Prezidentimizin nitqində “brend” sözü ilk dəfə olaraq səslənməsi bizi çox sevindirdi, daha böyük sevinc isə bizim proqnozlarımızın düzgün olması edi (!)

… kecək 2014-cü ilə. Əlbəttə, bu il ölkə marketinqdə milli brendlər dahada aktiv olmağa çalışdı, hansılarsa çox passiv il keçirdi, amma ən vacibi odur ki, biz düşünürük ki, ölkə biznesi yalnız və yalnız inkişaf istiqamətində gedir. Çox vaxtınızı almadan keçirəm siyahımıza, bizim siyahımızı.

TOP #5 – Azərcay. İstər son aylarda Qarabağ futbol klubuna etdiyi professional sponsorluq aktivliyi, istərsədə 2014-cü ildə distribyusiya kanallarında etdiyi aktivliklər, Azərsun brendi olan Azərçay bizim TOP listimizə salır. İnanırıq ki, 2014-cü ildə daha güclü və aktiv Azərçay görəcəyik. Bu arada rolikləridə super alınıb, hə?

TOP #4 – Kontakt Home. Əslində bu il tamamiylə bu şirkətin aktivlik ili olub desək heç yanılmarıq. Butün mağazalarında olmuşam, son dərəcə effektiv sərgiləmə və kredit sistemləri var. Düzdür… məişət əşyalarında ciddi rəqabət üstünlükləri olsada, hələ mebel kateqoriyasında kifayət qədər güclü deyillər. Bu təbiidir, inanırıq ki, 2015-ci ildə həmdə mebeldə güclənərlər. Şirkətin rəhbərliyində olan dostlarımız daim marketinq direktoru axtarışında olsalarda, “ürəkli” demək olar ki, şirkətin Marketinqi 2014-cü ildə sektor liderləri olan MG və ya Baki Electroniksdən geri qalmayıb. Həmçinin mağazalar şəbəkəsinin onlayn satış sistemidə kifayət qədər professional idarəedilir. Bir sözlə Kontakt Home bu siyahımıza XOŞ GƏLİB!

TOP #3 – Kapital Bank. Dostlar bilir ki, mənim yadımdan nədə çıxsa, yanımda olan söhbətlər çıxmır. Milli Marketinq Forumunda elə mənim moderator olduğum sessiyada bankın Marketinq Direktorunun çıxışına skeptik yanaşırdılar, deyirdilər ki, Kapital Bank hara, Marketinq hara?! Amma bu il fəaləyyətinə görə mən başda Marketinq komandasının rəhbəri olmaqla butün Kapital Bank Marketinq komandasını təbrik etmək istəyirəm. Bu il Kapital bank həqiqətəndə ölkənin ən qədim bankı olaraq öz brendinə güclü təkan verdi. İstər KapitalBonus brendi, istər çəkdikləri reklamlar, istər xidmətin yaxşılaşdırılması… bir sözlə bu il Kapital Bank bizim siyahının 3-cü yerinə xoş gəlib!

P.S. Bir-az bölgələrdə olan filiallarında xidməti düzəlsə super olar!)

TOP #2 – Ideal Perfumery.  Dost olanda nə olar?! Həqiqətəndə İdeal bu il ciddi marketinq addımları atıb. Əminəm ki, çoxlarınız AZAL reysləri ilə üçmusuz, əminəm ki, orda olan Silkway-lə yanaşı, İdeal jurnalınıda görmüsüz, əminəm ki, çoxlarınız İdeal kartlarına sahibsiniz orda olan kampaniyalardan, məsələyə necə düzgün və kreativ yanaşmanı izləyirsiz. Heyf ki, İdeal Parfumeriyanın marketinqində dostlarımız var, yoxsa çoxtan İdeal marketinq strateqiyasından öyrənməli olduqlarımızı Sizə yazardım, istəmirəm, dostlar haqqında yazım, amma bu ilki, İdeal həqiqətəndə 2-ci yerə layiqdir. İstər MAC, istər etdiyi marketinq aktivliklərinə görə İdeala qiymətim  5+)

TOP #1 – Qarabağ FC. 2014-cü ildə ölkəmizdə insanları həyacanlandıran, qələbəyə olan inamımızı artıran, bizi – nəyin ki, futbolda, həmdə torpaqlarımızın qaytarılmasında qalib gələ biləcəyimizə inandıran – AD, Brend, Marka – dedikdə əlbəttə, ki QARABAĞ yeri tam fərqlidir. İstər insanlar tərəfindən sevilməsinə, istər milli adlarımız içərisində bəlkədə ən əziz, ən ağrılı və əlbəttə ən çox unudulması istənilməyən bir adın – BREND olmasından gözəl nə ola bilər? Yalnız bu brend adı xatırladan torpağların azad edilməsi… yaxşı ola bilər, düzdür?!

2014-cü ildə Qarabağ futbol klubu, azərbaycançılıq dastanı yazdı və bugün bizim hamımız, damarından azərbaycanlı qanı axan hamının ürəyində Qarabağ brendi həkk edilib. Videoyaya baxın…

… indi əlinizə baxın – 100% tükləriniz “biz-biz” durub.

Əziz oxucu, budur brendinq, budur həqiqi emosiya, budur marka dəyəri. Bu il bizə ən güclü emosiya yaşadan, ən şəffaf, ən dəyərli vəd verən brend dedikdə… əlbəttə ağlımıza Qarabağ FC gələcək.

Əziz oxucu, düşünürəm ki, 2015-ci il bizim Milli Brendlər üçün son dərəcə əlverişli, bol şanslı və qazanc dolu olacaq.

Əminəm ki, 2015-ci ildə bizim yatmış Milli Brendlərimiz AZAL, Ali Məktəblərimiz, Embawood, Beynalxalg Bank, Jalə, Bizim Market və s. yuxudan oyanacaq. Qismət!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

4 Comments

  1. niye mehz “idi” yox “edi” ? heqiqeten de maraglidi.Ilk gorende dushundum ki sehven olub ama butun yazilarda “edi…edi..edi..edi..” Dilimizden duzgun istifade elemek bu qeder chetindi?

  2. Free Piano

    Excellent post. Thanks pertaining to sharing these details. It’s really of great be an aid to me. From a person’s article, I know extra in this particular respect. I may continue paying attention to your write-up.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close