image_pdfimage_print

Marketoloq trendləri izləməlidir, marketoloq trend yaradan amilləri daim diqqət etməlidir, marketoloq istər “qulağı”, istər “gözü”, istər “burnu”, istərsədə digər hissiyat orqanları ilə daim yenilikləri bilməlidir. Biz bu yazıda Sizinlə 2015-ci ildə Azərbaycanımızda olmasına inandığımız əsas marketinq trendləri barəsində yazmaq istəyirik. Maraqlıdırsa oxuyarsınız, xahiş edirəm!

Danışacağımız trendləri 3 əsas istiqamətə bölmək istəyirik:

  1. İstehlakçı trendləri. Yəni 2015-ci ildə istehlakçı davranışlarında hansı dəyişikliklər ola bilər.
  2. Biznes trendlər. Yəni 2015-ci ildə hansı biznes istiqamətlər daha trend olacaq.
  3. Kommunikasiya trendləri. Yəni 2015-ci ildə hansı kommunikasiya növləri müştərilərlə ünsiyyətdə daha effektiv və səmərəli olacaq.

Biz Sizinlə bu üç istiqamət üzrə bir yazıdada danışa bilərdik, amma il sonu olduğu üçün bilirəm ki, vaxtınız azdır və çalışacam bu mövzuları ayrı-ayrı bloq postlarla Sizlərə çatdırım. Düşünürəm ki, necə isti çayı birdən-birə başına çəkmək çox ziyanlı, “qurtum-qurtum” içmək isə çox xoşdur. Bizdə çalışırıq ki, Siz bloqu “qurtum-qurtum” içəsiniz.

Birinci yazımız istehlakçı trendləri barədədir. 2015-ci ildə Azərbaycan istehlakçısında hansı dəyişikliklər olacaq?

  • Paytaxt zonalara bölünəcək. Bir vaxtlar, Əhmədlidə yaşayan ailə, həftə sonralı istirahət etmək üçün şəhər mərkəzinə gələrdi, indi bu istirahət Əhmədli zonasında mərkəz hesab ediləcək yerlərə doğru dəyişək. Bunun əsas səbəbi kimi, şəhərimizdə əyləncə-istirahət anlayışının şəhər mərkəzində istehlakçılara yaxın yerlərə dəyişməsidir. Həmçinin şəhər mərkəzində avtomobil tıxacının gündən-günə dahada çoxalması, bu amili qaçılmaz edəcək. 
  • “Qəpiyin” söhbəti gedəcək. Azərbaycan müştərisi bugün post-sovet ölkələrinin ən “ürəkli” pul xərcləyənidir desək, heç yanılmarıq. Məsələn, yalnız bizim supermarketlərdə “sumka dolduran” ştatı zərurətdir, yalnız biz benzin dolduranda maşında düşməyi “zapodlu” bilirik, yalnız biz telefonu kreditlə alarıq, amma avtomobili ancaq full sifariş veririk və s. 2015-ci il ölkəmizdə müştərilərin daha bilincli və qiymətə daha elastik olacaqlarını düşünürəm. Burada Rusiyada olan vəziyyətin və neftin qiymətlərinin təsiri danılmazdır.
  • “Ucuz – bahalı” mallar daha çox alınacaq. Pul az olduğu vaxtlar insanlar ucuz nələrisə almaq istəyir, amma bununla paralel olaraq hamı bilir ki, “böhran” sözü həmdə bahalı malların qiymətinin düşməsidir. Bu baxımdan böhran gözlənilən ölkələrdə istehlakçılar ən çox daha əvvəl ala bilmədikləri, amma indi qiyməti “nisbətən” aşağı malların alınmasında daha həvəsli olurlar. Bu baxımdan 2015-ci ildə istehlakçılar brend dəyəri yüksək, nominal dəyəri aşağı düşmüş məhsulların (xidmətlərin) alışlarına daha maraqlı olacaqlar.
  • Emosiyanın təsiri artacaq. Butün dünyadada olduğu kimi Azərbaycandada istehlakçılar alış prosesində üzdə maksimum rasional davranmağa çalışsada, emosional istiqamətlərin təsiri daha çox olur. İstər məhsulun seçilməsi, istər istehlak prosesində istehlakçı əslində tam emosional davranır. Bu baxımdan brend, brendinq istehlakçı davranışlarından fayda qazanmaq üçün ən təsirli alətlərdəndir. Bu 2015-ci ildə ölkə istehlakçısında dahada çox hiss ediləcək.
  • “DİN” və “Vətənpərvərlik” mövzuları dahada təsirli olacaq. Bu trend ölkəmizdə hər il olduğu kimi bu ildə özünü biruzə verəcək. Dini istiqamətlər və əlbəttə, ki Azərbaycançılıq 2015-ci ildə bizim beynimizə dahada girəcək.

Düşünürəm ki, 2015-ci ildə Azərbaycan istehlakçısı butün bu deyilənlər yanaşı seçim prosesində daha düzgün və “yetişmiş” gərarlar verəcək. Həmçinin 2015-ci il hər birimizin həyatına bol-bol uğurlar və çoxxlu xoş xatirələr gətirəcək. Növbəti yazılarımızı gözləyin, 2015-ci il mövzusuna davam edəcəyik, inşallah!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close