image_pdfimage_print

Bloq yazmağa başladığımız zaman, ətrafda olan xarici bloqlara baxıb düşünürdüm ki, “Bizim yazdığımız bloqdur?!… filankəsən bloqunda filan qədər yazı var və s.”. Bugün biz bu bloq postla 600-cü yazımızı qeyd edirik və sevinərək deyirik ki, bizim bloq, Sizin oxuduğunuz bloq, Azərbaycan dilində olan ən aktiv biznes bloqdur. Biz bu yazı ilə Sizlərə 600-cü yazımızı təqdim edirik.

Hər gün bloq vasitəsi ilə çox saylı dostlarımız mənə müraciyyət edirlər. Bloqdan mənə yazan oxucularımızın mövzularını ümumi olaraq 3 qrupa bölmək olar:

  1. Yeni biznes açmaq və ya marketinq peşəsinə dahada yaxından yiyələnmək istəyən dostlarımız. Bu qrup əsasən mənə hansısa məsləhətlər, suallar xarakterli yazılar yazırlar;
  2. Artıq bizneslə məşğul olan oxucularımız. Əsasən öz biznesləri barədə məsləhətlər alırlar, bizimlə birlikdə nələri etmək istəyirlər. Aktiv konsaltinq fəaliyyəti təklif edirlər;
  3. Bloqumuzu oxuyub xoşu gələn (və ya xoşu gəlməyən), bizə minnətdarlıq edən (və ya pisləyən) oxucularımız.

Hər üç kateqoriyalı məktubları oxuyuram. Hər üç kateqoriyalı oxucularımıza çox sağ ol deyirəm.

Bloqun mənə verdiyi faydalar barədə Sizinlə dəfələrlə söhbət etmişik. Həmçinin nə gizlədim… bloqda olan problemləridə bilirəm. Bloqumuzda çooooxlu qrammatik, orfoqrafik səhvlər var. Mənim valideynlərimin hər ikisi Ali məktəbdə işləyir (Allah hər birimizin valideynlərinin canını sağ eləsin), onlar bəzən mənim yazılarımı oxuyub, “Bu qədər savadsız yazmaq olmaz, ondansa yazma!” deyirlər. Onların hər ikisinin ixtisası filoloqdır. Bu sahədə alimdilər… bunu Sizə bilirsiz niyə deyirəm?!

  • Çünki… bizim bloqu bizneslə məşğul olmayan adam oxuduqda, təbii olaraq, bloqumuzda olan çox saylı qrammatik səhvlər onun gözünə görünəcək. Amma marketinq, bizneslə məşğul olanlar üçün, bizim bloq sadəcə bol məlumatlı sayt olacaq;
  • Çünki… bizim bloq qrammatik səhvlərə fikir verən, düzgün söz birləşməsi, düzgün cümlələr axtaran adamlar üçün deyil… Biz sadəcə Sizinlə burada səmimi söhbət edirik. Səmimi söhbət ediirksə, nə var onu yazırıq;
  • Çünki… bu bloqdur. Bu İlkin Manafov-un öz düşüncələrini tam sərbəst formada yazdığı bir platformadır. Burada hər şeyi 100-dəfə yoxlamaqla yazmaq mənə həzz vermir. Bilirsizdə həzz almadığınız işləri görmək bizi geriyə aparır və s.

Birdə əzizlərim, nə İlkin Manafov, nədə bu bloq – 100 dollar deyil ki, bizdən hamının xoşu gəlsin. Bəzən bizim bloqu tənqid edənləri görəndə mən sevinirəm. Deməli mən düz edirəm. Əgər kimlərinsə məndən xoşu gəlmirsə, deməli kimlərinsə bu bloqdan xoşu gəlir… “Vayyy, o gündən ki, hamının bloqdan xoşu gəlsin” o gün olduqda bloq baatdı!)

Mənə ən azı 50 nəfər… ən azı… “İlkin Sizin bloqunuzun korrektə edə bilərəm. Tam təmənnasız” və s. tipli sözlər deyib. Sağ olsunlar. Bu məni çox sevindirir. Bu o deməkdir ki, Sizlərdə qəbul edirsiniz ki, bu bloq mənim deyil, bu bloq Sizindir. Amma, icazə verin Sizin bloqu elə mən belə saxlayım… imkan daxilində hərf səhvlərini düzəldim… amma bunu “süni” yolla etməyim.

Mən burda özümü Sizə göstərmirəm, nədə bu bloq mənim “marketinq” alətim deyil ki, burada mən “düz yazmaq” uğrunda mübarizə aparım. Əsas odur ki, Siz məni başa düşəsiniz. Qalanları düzələcək. Bloqumuzda düzələcək!)

… Sağ olun ki, oxuyursuz

şərhlər

şərhlər

2 Comments

  1. yazinin evvelinden oxuyanda eyni teklifi ( temennasiz sekilde korrekte etmek teklifini) etmeyi dusunurdum ki,2-3 cumleden sonra menim teklifimin ilk olmayacagini gordum. Filologiyayla bagli bloq olsaydi,tebii ki orfoqrafiyani genis-genis muzakir ederdik :) sizden cox sey oyrenirik. Ugurlar :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close