image_pdfimage_print

Bilik nədir? Savadlı, güclü iqtisadi biliyi olan adamlar necə olur? Necə olur ki, “marketinq” sözünün mənasını bilməyən (əslində gözəl bilən) adamlar milyonlara sahib olur. Filip Kotler isə bizim hamımıza biznes, marketinq öyrədə-öyrədə mühazirə deməklə pul qazanır. Axı necə olur ki, P&G – procter edən Kotler, şirkətin səhmdarlarının qazandığının mində birinə sahib deyil?! Axı necə olur ki, hamımıza biznes konsultant, biznes trener olaraq tanınan dostlarımız öz bizneslərinə sahib ola bilmirlər… amma ömründə belə treninq görməyən adamlar mükəmməl bizneslərə sahib olur. Necə?

Biz düşünürük ki, bu “necə” -lərin səbəbi yalnız və yalnız “bilik” anlayışının 3 növünün olmasındadır. Başqa sözlə desək, bizim bildiklərimiz 3 kateqoriyaya aid edilir. Bu kateqoriyalar hansılardır?

  1. Akademik biliklər;
  2. Peşəkar biliklər;
  3. Maliyyə bilikləri.

Bu dediklərimizi daha ətraflı izah edək.

Akademik biliklər nədir?

Akademik biliklər dedikdə biz hansısa mövzu barədə, fundamental biliklərin olmasını nəzərdə tuturuq. Məsələn, iqtisadi nəzəriyyə, maliyyə idarəedilməsi, risk menecmenti, strateji idarəetmə və s. kimi fənlər haqda biliklər, bizdə güclü akadamik biliklər formalaşdırır. Akademik biliklər biznesin, iqtisadiyyatın əsaslarını başa düşmək üçün çox vacibdir. Amma sahibkarlıq və “pul qazanmaq” üçün, əslində heç bir şəkildı faydalı deyil. Akademik biliklər, məsələləri daha dərin başa düşmək üçün, cəmiyyətdə düzgün və istiqamət verici məlumatlar üçün əvəzsiz rol oynayır.

Peşəkar biliklər nədir?

Peşəkar biliklər dedikdə biz konkret mövzu üzrə məlumatlar, hansısa prosesinin icrası üçün bilikləri başa düşürük. Məsələn marketoloqlar, maliyyəçilər, HR rəhbərlər və s. Konkret olaraq nələrisə bilirlər. Peşakar biliklərə biz həmdə “loru” dildə – sənətkarlarıda nəzərə ala bilərik.

Peşəkar biliklər, bizim üçün bir-başa olaraq “gözə-görünən” işlər üçün lazımdır. Məsələn, yaxşı müəllim olmaq yolu yalnız akademik biliklərdən deyil, həmçinin daha vacibi olan peşəkar biliklər vacibdir. Hətta mənə elə gəlir ki, peşakar biliklərlə biz daha sistemli və düzgün formada vəzifələrimizi icra edə bilərik.

Maliyyə bilikləri nədir?

Hə… bax bu biliklər zəngin insanları, adilərdən fərqləndirir. Məhz maliyyə bilikləri və ya başqa cür desək, bu qazana bilmə qabiliyyəti əsl sahibkarlıq üçün vacib olan bilikdir. Məhz bu biliklər hesabına Stiv Djobs bizə – Apple brendini təqdim etdi, məhz bu biliklər hesabına Djef Bezus (Jeff Bezos) Amazon-u qura bildi, Teoder Albret Aldi-ni yaratdı və s.

Pul qazana bilmə qabiliyyəti üçün, heç bir şəkildə akademik və ya peşə bilikləri lazım deyil… hətta məncə bu mane ola bilər. Pul qazana bilmə, insanın müşahidə edə bilmə qabiliyyəti, zəhmətsevərliyindən qaynaqlanır, qeyri-standart düşüncəni tələb edir.

Qeyri-standart dedim… yadıma bu yaxınlarda çox imkanlı bir adamın mənə dediyi söz yadıma düşdü… “İlkin, standart düşünmək insanı heç vaxt irəli apara bilməz. Standart düşündəkdə sən yaxşı müəllim ola bilərsən, menecer olarsan… kiminsə yanında güclü və yüksək maaş alan rəhbərdə olarsan… amma heç vaxt həqiqi sahibkar ola bilməyəcəksən”. Sizə səmimi deyim bu adam demək olar ki, heç bir biznes təhsili yoxdur, amma dediklərində böyük həqiqət var, elə deyil?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close