image_pdfimage_print

Yazdığımız silsilə yazıların davamı olaraq, bu dəfə marketinqin ən “şirin” sahəsi olan marketinq kommunikasiyalarında 2015-ci ildə gözlənilən dəyişiklərdən yazmaq istəyirik. Biz düşünürük ki, 2015-ci ildə Azərbaycanda marketinq kommunikasiyalarınə bəzi yeni trendlərin təsiri gözləyir. Beləliklə, 2015-ci ildə Azərbaycan istehlakçıları hansı yeni trendləri məruz qalacaqlar?

Əziz oxucu, bu yazıda biz, Marketinq kommunikasiyalarında olan əsas trendlər sadalamaq istəmirik. Biz sadəcə bu trendləri formalaşdıracaq “ip-ucları” veririk. İstifadəsi Sizlikdir. Yeni trendlərin yaranmasına şərait yaradan bəzi amilllərə, diqqətinizi çəkmək istəyirik. Diqqət edin:

  • Əgər bir vaxtlar, internet, sosial şəbəkələr “uşaq-muşaqın” çox olduğu yer kimi xarakterizə edilirdisə, bugün bu tendensiya tam dəyişib. Məsələn, mənim atamın 60 yaşı var və o istər FB, istər Linkedin, istərsədə yerli xəbər saytlarını addım-addım izləyir… (düzdür mənim atam Filoloqiya Elmləri Doktorudur… AMMA yenədə). Bu tendensiya hər yerdə hiss edilə bilər. Bir söz internet istifadəçilərin ortalama yaşı artır;
  • Yadıma düşür, uşaq olan vaxtlar Lui de Funnesin filmlərini “dörd” gözlə gözləyirdim. Bir dəfə film başlandığı zaman, işıqlar söndü… indiyə qədər ağladığım yadımdadır – AMMA indi?! Amma indi Smart TV deyilən bir şey çıxıb. Bu arada bu bloqu yaza-yaza statistikaya baxıram rayonlarda açdığımız məişət texnikası mağazalarında dekabr ayında rekord sayda Smart TV satılıb. Bilirsiz bu nə deməkdir?! Bu deməkdir ki, artıq “dədə-baba” televizorlarında belə YouTube-lar, myvideolar baxılacaq. TV reklamın günü oldu QARA!;
  • İldən-ilə bizim reklamlara qarşı etibarımız aşağı düşür. Fikir verin, insanlar daha çox məlumat eşidirlər, eşitdikləri məlumatların kəmiyyəti çoxaldıqça, təbii olaraq keyfiyyəti aşağı düşür. Yalan çoxalır. Bu durumda, biz qazetlərə, jurnallara, televizorda olan verilişlərə, Facebook-da yazılanlara inanmırıq. Bəs inanmaq ehtiyacanını necə ödəyək?! Çox sadə, yaxın adamların təcrübəsini əsas olaraq. Muasir dövrdə ən təsirli marketinq istifadəçilərin dediklərində olan pozitivlikdir. Başqa sözlə desək, marketinq kommunikasiyalarında “ağızdan-ağıza” və ya “təcrübə paylaşımının” təsiri artır;
  • Gündən-günə üz-üzə görüşlərimizin sayı azalır. Biz daim olduğu kimi, yenədə ünsiyyətdə oluruq, yenədə danışırıq… lakin, bu dəfə fərqli kanallarla. Məsələn, WhatsUp, FB, SMS və ya maksimum… “bəd-ayaqda” zəng. Düzdür? Bununla paralel olaraq biz daim real görüşlərin həsrətini çəkirik. Spontan görüşlər olduğu zaman, sevinirik. Çox istəyirik ki, məsələn, təsadüfən oturduğumuz bir restoranda dostumuzu-tanışımızı görək. İnternet reklamda və ya marketinq kommunikasilarında qeolokasiya xidmətinin əhəmiyyəti 1/5 artmağa başlayır. Təsəvvür edirsiniz, artıq qeolokasiya necə vacibdir?! Sizin mobil telefonunuza mesaj gəlir: “Dostun Rauf, Huseyn Cavid Parkında gəzir… ona zəng et və Sbarro-da kofe içməyə dəvət elə”. Düşünürsüz necə təsirli marketinq kommunikasiya imkanları bizi gözləyir. Qeolokasiyaya diqqət edin!)
  • Kitab oxuyanların sayı gündən-günə artıq. Bugün qızımı gəzintiyə aparmışdım və təxminən 1 saat boş vaxtım var edi, şəhər mərkəzində. Orada olan Akademiya Kitab Evi və Ali Ninoya girdim… mənzərə məni çooox sevindirdi. İçəri adamla dolu edi və ən əsası, müştərilərin orta yaşı 22-25 olardı. Bu superdi. Bu o deməkdir ki, Azərbaycan gəncliyi artıq kitablara doğru hərəkət edir. Deməli marketinq kommunikasiyalarınıda bir-az intelektual etməkdə yarar var, hə!?
  • … və əlbəttə ki, Siz bilirsiz ki, 2015-ci il ölkəmizdə olimpiya ilidir. Bu mütləq marketinq kommunikasiyalarında öz əksini tapmalıdır.

Əziz oxucu, mən əminəm ki, 2015-ci il marketinq kommunikasiyalarında ciddi yeniliklər yadda qalacaq. Əgər bir vaxtlar biz Facebook-u ucuz kommunikasiya vasitəsi kimi düşünürdüksə, bugün bu mənzərə tam fərqlidir. Həmçinin əminəm ki, 2015-ci ildə Facebook reklam qiymətlərini dahada qaldıracaq. Qiymətlər qalxdıqda kontent-marketinqin əhəmiyyəti artacaq. Hətta bu yaxınlarda hansısa alman marketinq jurnalında yazılmışdı ki, sosial şəbəkələrdə reklamda, kontent marketinq elementlərindən istifadə mütləqdir və gələcəkdə yeganə yol olacaq. Neysə… çox terminlərdən danışmayaq, Sİzidə yormayım, özünüzə maraqlı olsa konktent marketinq barədə oxuyarsınız. Bu vacibdir.

Bu il marketinq kommunikasiyaları maraqlı olacaq – GÖZLƏYƏK!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close