image_pdfimage_print

“Ölkəmizdə ən az inkişaf edən, amma əslində böyük inkişaf potensaillı olan hansı sektor var?” suallını versələr heç düşünmədən – DIY istiqamətində olan pərakəndəçilik deyərdim. DİY (do it yourself – özün elə) deməyimə görə məni bağışlayın… sadəcə bu kateqoriyanı başqa cür istifadə etmək çox çətin görünür. Bakımızda buna bənzər nesə etmək istəyən yeganə şirkət Tehnomall və ya Universal Makina edi. Edən deməyək, etmək istəyən deyək. Amma bu yaxınlarda Əhməd Rəcəbli küçəsindən keçəndə Texnomall-un bağlandığını gördüm. Sizə səmimi deyim, mən bunu gözləyirdim. Nə olsun ki, bazarda buna ehtiyyac var, nə olsun ki, Texnomall-un yeri sözü gedən məhsul kateqoriyası üçün mükəmməl seçilmişdi (Əhməd Rəcəbli bu sektorun ürəyidir), nə olsun Texnomall-da güclü brendlər var edi… bu şirkətdə bir şey çatışmırdı və sözü gedən o bir şey… Texnomall layihəsini məhv etdi. İcazə versəniz mən Sizə bu sözü gedən çatışmamazlıq barədə danışmaq istəyirəm. Düşünürəm ki, başqalarının səhvindən öyrənmək çox faydalıdır, hə?!

İlk əvvəl mənim bu şirkətlə olan tanışlığımdan danışmaq istəyirəm. Mənim yaddaşım çox zəifdir, adları, insanları çox az xatırlayıram, amma mənimlə olan butün danışıqlar demək olar ki, yadımdan çıxmır… nə bilim, məndədə belədir. Deməli texnimən 2 il bundan əvvəl (cavan vaxtlarımda) mənə bu şirkətin rəhbərlərindən kimsə zəng etdi (ad söruşmayın… inanın ki, yadımda qalamayıb, amma bilirəm Facebook-da dostluğumda olan adamlarda var) və mənimlə görüşmək istədiklərini, vacib məsələ olduğunu dedilər. Görüşümüz Şəki restoranında baş tutdu və məndən xahiş etdilər ki, Universal Makina şirkəti üçün marketinq strateqiyası hazırlayım, təbii ki, şirkət rəhbərliyi ilə birlikdə.

Təxminən bir həftədən sonra mən şirkətdə olan “dostlarımıza” öz adımdan kommersiya təklifi göndərdim (qiymət və görücəyim işlər). Şirkət rəhbərliyi düz 3 ay mənə cavab vermədi… məndə açıq deyim, bunların bu davranışından heeeç xoşum gəlmədi. Düşündüm ki, “Mən bunlar üçün təklif hazırlayıram, bunlar isə heç bir dəfə yığıb demədilər ki, alınmır və s.”

3 ay keçdikdən sonra mənə Şəki restoranında görüşdə olan (ad yadımda qalmayıb…) bir dostumuz zəng etdi… 3 ay əvvəl olan təklifin keçdiyi dedi və TƏCİLİ işə başlamağımı xahiş etdi. Elə telefondaca “Niyə belə qeyri-ciddi yanaşdıqlarını dedim”, əvəzində bağışlayın biz düşünürdük, elə bildik ki, Sizə bu haqda məlumat veriblər və s. kimi bir cavab aldım. Sabah həmin şirkətlə görüşdük və təxminən xidmət haqqı 21-22 min manatlıq bir konsaltinq layihəsinə başladıq. Bu qiymətə mən şirkətin marketinq prosesini qurmalı edim. İndiyə qədər gördüyüm bütün marketinq layihələrində aldığım xidmət haqqıda elə hər zaman təxminən 15-25 min civarında olub. Qurban olduğumdan gizlin deyil, Sizdən nə gizlin?!) Amma deyim ki, Universal Makina üçün ucuz edirdim… düşündüm, gənc şirkətdilər. Həmdə Sizə deyim ki, son dərəcə savadlı və alicənab rəhbərlikləri var edi.

O vaxt Universalda mənim tələbəm olduğum bir xanımda çalışırdı, çox zəhmətsevər,  marketinqə həvəsli işçidir (burdanda salamlar!), onunla və bir nəfər asistantımla layihəhə başladıq. Təbii ki, İLKİN ödəniş aldıqdan sonra. O vaxt mən Texnomall layihəsi üçün, brend mesaj, loqo, dizayn və s. elementlər üzərində çalışırdım, düşünürdüm ki, DİY bazar bizim layihəmizlə qarışacaq… AMMA şirkət təəsüf ki, nə istədiyini bilmirdi. Universalda konsaltinqlə işləmək istədiyim 2 həftə ərzində 3 dəfə planlar dəyişdi və əlbəttə, son dəyişiklikləri olduqda şirkətə yeni icraçı direktoru gəldi. Adı yadımdan çıxıb… saçı üzun bir oğlan edi. İndidə arada-bir FB görürəm. “Dostumuz” gəldiyi gündəndə mənə dedi ki, mən Texnomall başqa cür görürəm və konsaltinq layihəsi dayandırmaq istəyirik. Əziz oxucu, inanırsız sevindim… çünki, “saçı uzun” adamlarla mənim ki, biznesdə tutmur – tam ciddi!)

Layihə, biznes prokejtlər, oldu yalan bu dostumuz oldu gerçək… başladı mənə dayanmadan e-mail yazmağa… deyir ki, “Layihə dayanıb, Sizə olan ilkin ödənişi geriyə verin!!!”. Təbii ki, bu pulu mən vermədim və təbii ki, bu saçı uzun dostumuz başa düşmədi ki, “ilkin ödəniş” ona görə olur ki, belə fors-majorlarda konsaltinq verən adam ziyanda qalmasın. “Saçı uzun” dostumuz qeyri-biznes və ya yumşaq desək “qeyri-etik” və şantaj xarakterli 1-2 maildə yazdı… və onun işi ancaq yazmaqdan ibarət oldu. Şirkətdən tezliklə savadlı və biznesi başa düşən bir neçə kadr getdi. Dediyimiz xanımda şirkəti tərk etdi və s. “Saçı uzun” dostumuzda 7-8 aydan sonra şirkəti tərk etdi (!) Əslində mükəmməl biznes ideya kimi başlanan Texnomall-da öz həyatını bitirdi.

“Saçı uzun” dostumuzun əsas problemi o ediki, bu adam “alver” sözündən qorxurdu… “ağ köhnək” geyinməyi xoşlayırdı… hələləri ticarətdə güclü ola bilməz. Onların ki, maliyyədir, amma qətiyyən biznes deyil, real ticarət deyil.

Əziz oxucu, xahiş edirəm yuxarıda yazdıqlarımı diqqətlə oxuyun və Siz əmin olacaqsınız ki, biznesi uğurlu və uğursuz edən insandır. Ən mükəmməl ideya belə, pis icra ilə məhv edilə bilər, necə ki, Texnomall məhv oldu. Adi ideya isə, mükəmməl icra ilə böyüyə bilər.

Texnomall keysində bir məsələnidə öyrəndik, ən sehv gərar – gərarsızlıqdır. Uğursuzluq yalnız qətiyyətsizlik olduğu zaman güclənir. Şirkət verdiyi gərarları çox yüksək sürətlə deyişirdi… düşünürəm ki, Texnomall bağlanmasıda səhv gərardı… AMMA əmin olun, əgər Siz gərarlarınızı tez-tez dəyişsəz, gərardan asılı olmayaraq uğur qazana bilməyəcəksiniz.

Birdə… kim nə deyirsə desin, dünya haqq dünyasıdır. Texnomall projektində ordan çalışan əməkdaşlara qarşı edilmiş haqsızlıq, görünür bu formadada çıxa bilər?! Bilmirəm, amma bilirəm ki, tezliklə Azərbaycanda Texnomall konsepsiyasını uğurlu icra edəcək brendlər olacaq.

Növbəti yazılarda Sizlərə DİY bazarlarda olan marketinq alətlərindən ətraflı yazacam, hələlik isə Universalda olan həqiqi dostlara salamlar (!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. Cox hormetli Ilkin muellim, yazdiqlarinizda heqiqet de var,o donemde bezi sehv addimlar atilib,size qarshi da haqqsizliq olunub, men sizin bu yazinizi ele o donemlerde gozleyirdim, indi yox. Lakin qeyd etmek isterdim ki, Universalin hal hazirdaki rehberliyi cox agilli ve bu sahede peshekar insanlardir,16 ilden coxdur ki bu sahede calishan bir team var, Technomall baglansa bele bu shirket evvelki gucunen hal hazirda fealiyet gosterir ve men inaniram ki onlar daha boyuk layiheler reallashdiracaqlar. Orada calishan dostlarimdan da bilirem ki satishlari cox Shukur evvelkinden de pis deyil. Universal bir shirketden, bir ish yerinden de artiq olub menim ve orda ishleyen bir cox ishciler ucun. Universal rehberliyi her zaman tecrubesi az olan genc kadrlara bele destek olub. Qebul edek ki local shirketlerin coxunda struktur problemleri var.

  2. Ilkin bey, kime qarshi olsa da size qarshi hec bir haqsizliq olmadi sonda, buna subut bizim aramizdaki yazishmalar var. Gerekse, size xatirlada bilerem. O ki qaldi Universal'a inanin ki, bu shirketde calishmish insanlar Azerbaycan'da bashqa shirketlerin vermediyi cox deyerli tecrubeleri mehz bizim shirketde qazaniblar.

    Yazinizi tebessumle qarshilasam da, bezi meqamlarda sizinle razilashmamaq mecburiyyetindeyem.

  3. Ilkin, sizin yazinizi oxudum ve birmenali meqamlarin olmadigini gorerek fikrimi bildirmeyi ozume borc bilirem. Evvela qeyd edim ki, Universal Makina shirketinin ilk marketing manager-i men olmusham. Bu 10 ayliq bir donemi ehate edir. Daha sonra shirket strukturlashma merhelesine qedem qoydu ve men Universal Group-da fealiyyet gosteren Unimac shirketinin marketing fealiyyetini davam etdirdim. Sizin Universal Az (evvelki adi Universal Makina) shirketine marketing xidmetleri vereceyinizi eshitmishdim. Duzunu desem o qeder de xosh qarshilamadim, cunki istenilen halda shirketin icerisinde calishmayan ve tecrube toplamayan shexsin (hansi tehsil seviyyesine ve ish tecrubesine malik olmasindan asili olmyaraq) hemin shirkete marketing strategiyasi yazmasini dogru saymiram. Meselenin nezeri terefi tamam bashqa, icra terefi tamam bashqadir. Ona gore de sizin "Uzun sac" deyimi ile cagirdiginiz shexsin sizin layihenizi dayandirmasini cox normal ve vaxtinda atilmish addim kimi qebul eledim. Yeri gelmisheken hemin "Uzun sac" dediyiniz shexsin adi Ramin Nurulla -dir. O ishini bilen, cox savadli ve qabiliyyetli insandir. Ferqi yoxdur O ve ya bashqasini adini bildiyiniz halda laglagiya qoymaginiz, insanlara shexsi keyfiyyetlerine deyil, mehz xarici gorunushune gore qiymet vermeyiniz hec bir medeniyyet cercivesine sigmir. Siz telebelere ders deyirsiniz, bu shekilde qiymetlendirme kriteriyasi MUELLIM-e yarashmaz fikrimce. Tez-tez qerarlarin deyishilmesine geldikde ise, dushunurem ki bu normal haldir. Cunki Universal shirketi qisa zaman icerisinde (2010-2013) kurumsallashma yolunda cox boyuk sicrayishlar etdi ve reqabete davamli shirket halina geldi. Tebii ki bu da shirket rehberliyinin eyni zamanda komandanin cavan ve yeniliklere aciq olmasindan ireli gelirdi. Bu cur suretle deyishen ve inkishaf eden shirketde tez-tez qerarlarin deyishilmesi qerarsizliqdan qat-qat ustundur. Bir haldaki hereketlilik var, demeli orda inkishaf var. Texnomall-un baglanmasini birbasha ozunuzle elaqelendirmeyiniz ve izleyicileriniz (yalniz telebeleriniz) terefinden alqishlar toplamaginiz meselenin mahiyyetini hell etmir.

  4. Yaman derin sohbet oldu.
    “Oz aramizdi guclu kadrlarin hamisi gedib. Qalanlar da altdan-altdan yeyirler”.

  5. Guclu sirket,guclu kadirini saxlamagi bacarmalidir

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close