Monthly Archives Dekabr 2014

Bugünlərdə ölkəmizdə ilk praktik marketinq təlimləri olan Marketinq AİR-in 5-ci məzunları ilə buraxılışımızı etdik. 3 il ərzində 250-ən çox məzunu olan Marketinq AİR təlimləri, sözün həqiqi mənasında bizi çox istedadlı gənclərlə tanış etdirdi. Beşinci məzunlarımıza diplom verilmə mərasimində “Marketinq AİR Sizin üçün nədir?” suallını iştirakçılar bir-birilərinə verərək bizim üçün son dərəcə maraqlı və faydalı bir video hazırlamışdılar. İstəyirəm Sizdə bu videoya baxasınız.

Əziz oxucu, Marketinq AİR təlimlərinin tarixcəsi bir daha sübut edir ki, həyatda insanın bacarmayacağı demək olar ki, heç nə yoxdur. Hər şey bizdən, Sizdən asılıdır. Sadəcə nəyisə istəmək, sadəcə istədiyin şeyə sistemli şəkildə irəliləmək və əlbəttə ki, sadəcə zəhmət lazımdır. Necə ki, biz Marketinq AİR təlimlərində bunu etdik. Əgər necə etməyimiz maraqlıdırsa, xahiş edirəm bloqun davamını oxuyun.

Bloq yazmağa başladığımız zaman, ətrafda olan xarici bloqlara baxıb düşünürdüm ki, “Bizim yazdığımız bloqdur?!… filankəsən bloqunda filan qədər yazı var və s.”. Bugün biz bu bloq postla 600-cü yazımızı qeyd edirik və sevinərək deyirik ki, bizim bloq, Sizin oxuduğunuz bloq, Azərbaycan dilində olan ən aktiv biznes bloqdur. Biz bu yazı ilə Sizlərə 600-cü yazımızı təqdim edirik.

12
Close