image_pdfimage_print

Düşünürəm ki, uğur qazanmağın birinci yolu məhz sevdiyin işlə məşğul olmaqdan keçir. Məhz sevdiyin və sənə xoş olan işi icra etməklə biz daha böyük uğur qazanma şanslarımızı artırırıq. Fikirlərimi misallarla əsaslandırmağa başlayım. İcazə versəniz.

Dostların bildiyi kimi, mən ayda minimum iki dəfə bölgələrdə oluram. Yevlaxda, Tərtərdə, Mingəçiverdə olan xırda mağazalarımıza baş çekirəm. Hal-hazırda yenədə rayonlardayam. Son iki günlük iş qrafikimə baxıram və təəcüblənirəm.

İki gün ərzində Yevlax, Bərdə, Tərtər, Mingəçevirlə olmaqla demək olar ki, butün gunümü yollarda keçirmişəm. Nahar etmirəm, səhər yeməyini maksimum çox yeməyə çalışıram ki, aclıq hiss edilməsin (Siz qətiyyən etməyin, sağlamlığa ziyandır!).

Hansı işləri görmüşəm?

  • Rayonlarda olan mağazalarımızda olmuşam. Orda olan personalla söhbət etmişəm, onları işlə tanış etmişik, yeni planlarımız və s.
  • Rəqib mağazalarda olmuşam. Onların üstün və ya bizim zəif tərəflərimiz mənim üçün çox vacibdir. Bu işimizi təkmilləşdirmək üçün şərtdir.
  • İşçilər çoxlu, çoxlu söhbətlər etmişəm. Vacibdir. Söhbət etməsən, heç bir şəkildə uğur qazanmaq olmur. İşçi səni, səndə işçini başa düşməlisən.
  • Hesabatlara baxmışam, vitrinlərin daha yaxşı olmasına çalışmışam anbar qalırlarını bir daha nəzərdən keçirmişəm.
  • Kampaniyaların müştərilər tərəfindən yayılması prosesinə nəzarət etmişəm, daha yaxşı olsun deyə bəzən özüm bir-başa kataloq paylanmasına nəzarət etmişəm, birlikdə iştirak etmişəm və s.

Bəs Sizcə yorulmuşammı? Bunu paralel deyim ki, iş günüm ən yaxşı halda saat 20:00-da bitib. Əziz oxucu, səmimi deyim, istirahət etmişəm. Sadəcə istirahət. Nə yol, nə gördüyüm işlər məni heeeeç yormayıb. Bilirsiz səbəbi nədir?

Səbəbi çox sadədir. Mən gördüyüm işlərdən həzz alıram. İnanıram ki, məhz bunu görə mən yorulmuram. Məhz bunu görə, hər bir işə daha ciddi, daha inamla görmək istəyirəm. İş mənə həzz verir. Bu işlər məni həyacanlandırır.

Daha bir vacib məsələ, mənim işə yanaşmamı görən personalda, məcburən işə mənim qədər can yandırmağa başlayır. Bəlkədə buna görə, savadlı adamlar tövsiyyə edir ki, sevdiyin işlə məşğul olun. Bəlkə buna görə deyirlər ki, pis iş yoxdur, pis işçi və ya rəhbər var?!

Digər bir məsələ… baxın indi bu sətirləri yaza-yaza əslində mən fiziki olaraq çox yorğun olmalıyam. Axı butün günü yollarda olmuşam… amma bloq yazıram deyə, yorğunluq = 0. Əksinə bloq yazmaqla Sizinlə söhbət edirəm, daha doğrusu istirahət edirəm.

Əziz oxucu, gördüyümüz işin həcmindən və ya miqdarından, zamanından asılı olmayaraq sevdiyin işlə məşğul olmaq superdir. Sizədə tövsiyyə edirəm ki, hansı Sizi həyacanlandıran işləri edin, yoxsa iş Sizin üçün problemə çevrilə bilər. Belə olduqda isə, uğurdan söhbət getməsi çətinləşir.

Sevdiyin işi görmək superdir, əmin olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Ilkin seni izliyirem ve en esasida onu deyimki dogurdan yaradilan insan oz sevdiyi iwle ve sevdiyi ailesi ile xowbext ola biler mende xirda biznesmen kimi bunu deye biler 😉

Leave a Reply to Zaur Mehdizade

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close