image_pdfimage_print

Bugünlərdə mebel sənayesində ikinci ən böyük sərgi Köln Messe öz fəaliyyətini başlayır. Əgər Milan sərgisi mebeldə daha çox trend, dizayn kimi istiqamətləri təyin edirsə – Kölndə olan sərgi Avropa mebel bazarının kommersiya vəziyyətini diktə edir. Başqa sözlə desək, İtaliyanlar dizayndan, Almanlar rasional biznesdən danışırlar. Bu dəfə olan Köln sərgisi daha çox mətbəx ağırlıqlı olduğundan, bugün demək olar ki, sərginin fasiləsiz gəzməklə məşğul oldum.

Sərgidə olan stendlərin içərisində hər il olduğu kimi Siemens-in stendi xüsusi fərqlənirdi. Amma mən bu yazıda Sizlərə qətiyyən sərgidə olan maraqlı stendlər barədə deyil, dünyanın ən çox sərgi keçirən ölkəsi olan Almaniyada sərgi mədəniyyətindən danışmaq istəyirəm.

İlk əvvəl deyim ki, mən sərgilərdə olanda qətiyyən yorulmuram. Əslində bugün səhər saatlarında təyyarədən düşməyim (gecə yatmamağım), heç bir problem yaratmadı və sərginin birinci günü tam rahat və yorulmadan stendlərdə danışıqlar aparırdım. Ümumiyyətlə yanvar ayı mebel və ev dekorasiyası istiqamətində çalışanlar üçün çox əhəmiyyətlidir. Birinci Köln sərgisi, sonra Paris, daha sonra isə İstanbul sərgisinin olması planlamanı asandlaşdırır. Məndə ayın 29-na qədər deyilən marşrutlar üzrə hərəkət edəcəm, inşallah.

Almaniya dünyanın ən çox sərgi keçirən ölkəsidir. Yalnız 2014-cü ildə Almaniyada 450-ən çox beynalxalq sərqi təşkil olunmuşdur (nəzərinizə çatdırım ki, ikinci yeri Rusiya – 300 sərgi, Hindistan – 250 sərgi və Braziya – 200 sərgi). Bu azmış kimi, Almaniyada Hausmesse deyilən sərgi tipidə mövcuddur. Şirkətlər ildə bir dəfə öz yeni məhsullarını istehsal edərək, müştəriləri fabrikə dəvət edirlər və ev sərgisi kimi tədbirlər təşkil edirlər.

Almaniyada sərgi hazırlığı ən azı 6 ay qabaqdan başlayır. Şirkətlər yalnız məhsullarını deyil, həmçinin müştəriləriləri ilə mövcud olan butün problemli məsələləri məhz sərgilərdə həll etməyə çalışırlar. Alman brendləri üçün partnyorun sərgidə iştirak etməməsi az qala təhqir kimi hesab edilir. Fikir vermişəm, bu xalq sərgidə “qarışqa” kimi işləyir və hər bir atılacaq addım əvvəlcədən dəqiqliklə hesablandığı hiss edilir.

Dünyada olan ilk sərginidə almanlar tərəfindən təşkil edildiyidə təsadüfi deyil. Düz 850 il öncə, alman şirkətləri birlikdə daha güclü olduqlarını və müştərilər üçün əlavə dəyərlər verə biləcəklərini hiss edib, Leipziq şəhərində bir həftə boyunca butün rəqib şirkətlərin bir yerdə toplaşdığı “həftəbazarı” təşkil edilir. Bu əslində ilk sərgi olur. Sərgidə hər şirkət öz yeni məhsullarını bir həftə boyunca müştəriyə təklif edir… və dünyanın ilk sərgisi baş tutur.

Bundan sonra Almanlar məhz sistemli sərgilər vasitəsi öz eksport potensialını Sizlərində bildiyiniz zirvələrə qaldıra biliblər. Həqiqətəndə Alman biznesinin güclənməsində sərgilərin rolu danılmazıdr. Düşünürəm ki, bizim şirkətlər istər daxili sərgilərdə, istərsədə eksport məqsədi ilə iştirak etdikləri sərgilərdə Avropalı dostlarımızda çox şey öyrənməlidir.

Sərgi dediniz… istədim Sizə bir şad xəbər verim… bu il olan Köln sərgisində Azərbaycanlı mebel şirkəti iştirak edir. Təsəvvür edirsiniz?! Bəli, bəli! Bizim doğma Embawood-uz Kölndə Azərbaycan Bayrağını qürürla dalğalandırır. Hər zaman qeyd etmişəm, indidə söz düşmüşkən deyim… bizim ölkəyə çoooxlu Embawoodlar lazımdır. Məhz belə olduğu zaman, biz dövlət, millət və ya güc olaraq irəli gedə biləcəyik. Artıq Avropadada belə Azərbaycan mebeli tanınır… bundan yaxşı nə ola bilər!? Halal olsun!!!

Çox sevindirici haldır ki, mənim özümün YOX, amma komandamızın bu brendin güclənməsində çox böyük rolu olub. Bugündə bizim komandanın üzvləri, Embawood brendini dahada güclü edirlər. Sevinirəm ki, mən bu brendin yaranması, güclənməsi prosesinin canlı şahidi olmuşam. Bu şirkət həqiqətəndə biznes, marketinq və ən əsası insanlıq məktəbidir. Başda şirkət rəhbərliyi olmaqla butün embawoodçüları təbrik edirəm!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close