image_pdfimage_print

Mart ayının birindən Azərbaycanın ilk praktik marketinq təlimləri olan Marketinq AİR start verilir. Qeydiyyat artıq tam gücü ilə getsədə, təlimlərimizə artıq “defisit” hiss edilsədə, istəyirəm ki, bloq post vasitəsi ilə bu dəfə olacaq Marketinq AİR tam fərqli və yeni formada olacağı barədə Sizlərə məlumat verim. İstəyirəm ilk bilən, dəyərli bloq oxucuları, Siz, Sən olasan. Marketinq AİR yalnız təlim deyil… bilirsən niyə?

Çünki Marketinq AİR layihəsi bir-birləri ilə əslində heç oxşaq tərəfləri olmayan, amma bu layihə uğurlu olsun deyə gecələrini gündüzə qatan insanların əməyi nəticəsində ərsəyə gəlir. Artıq 6-cı dəfə keçirildiyinə baxmayaraq, hər təlimdə tam yeni üslüb, tam yeni keyslər, tam yeni mövzular üzərində çalışan təlimçilər, Marketinq AİR hər zaman təzə və təmiz saxlamağı bacarır.

Marketinq AİR layihəsi ilk baxışdan biznes layihəsi kimi görünsədə, əslində qətiyyən belə deyil. İstər təlimlərin qiyməti, istər təlimlərdə olan şərait, istər təlimlərdə verilən əlavə dəyərlərə baxası olsaq… əminliklə şahidi olarıq ki, AİRçilər bu işdən pul qazanmır. Deyə bilərsiniz ki, bəs onda niyə bu işi nədir? Nədir axı fayda? İstəyirsiz Sizə deyim, amma bunu sirr kimi saxlayaq.

  1. Marketinq AİRlə təsisçilər öz ətraflarında daim gənc, güclü, perspektivli gəncləri cəmləyə bilir. Bugün Marketinq AİR bir dəstədir. Marketinq AİRçilərin dəstəyi ilə biz ölkə Marketinqini inkişaf etdirə bilirik.
  2. Marketinq AİR mükəmməl əlaqələr qurma platformasıdır. Təsəvvür edin, müxtəlif sektorlardan olan gənc, ürəkli və optimist gənclərlə tanış olmaqdan gözəl nə ola bilər? Bugün mən öz adıma fəxr edirəm ki, ölkəmizdə olan lider şirkətlərin demək olar ki, hamısında bizim məzunlar var. Marketinq AİRçilər var. Bu superdi!
  3. Marketinq AİR öz üzərimizdə işləmək üçün motivasiyadır. Diqqət edin, hər Marketinq AİR təlimi özündə yeni mövzu tələb edir. Şəxsən mən, bir mövzu hazırlamaqdan ötrü ən azı 3 kitab oxuyuram. Prezentasiyalara baxıram və s. Eyni şəkildə Rafiq və ya Anar müəllimlər. AİRçilər çox savadlı olur, onların qarşısında danışmaq üçün gərək hazırlıqlı olasan.
  4. Marketinq AİR tələbələri gələcəkdə bizim investitsiyamızdır. Tezliklə bu gənclər ölkə biznesini idarə edəcək. Onda biz məzunlarımıza baxıb fəxr edəcəyik!)

Düşünürəm ki, bu siyahını uzatmaqda çətin deyil, amma hal-hazırda ağlımda olan əsas üstünlüklər bunlardı. Birdə ən əsası Marketinq AİR bizə böyük ruh, müsbət enerji, aura bəxs edir. Mən AİR təlimlərində istirahət edirəm və hiss edirəm ki, eyni hiss həm iştirakçılar, həmdə təsisçilərdə olur. Bu əladır. Həvəs olan yerdə işlərin yaxşı getməsi çox təbiidir.

Bu dəfə olacaq Marketinq AİR-in fərqləndirən xüsisiyyətlər nələr olacaq?

Birincisi bu dəfə olan mövzular daha çox böhran deməyək, amma böhran yaxınlığında olduqda nələri etmək olar kimi, sualların üzərində qurulacaq. Marketoloqlar yaxşı bilir ki, iqtisadi konyukturaya görə addımlar, edilən marketinq aktivlikləri dəyişir. Bu baxımdan biz bu təlimi məhz Azərbaycan şəraitlərində atılmış uğurlu keyslərin üzərində qurmaqla yanaşı, konkret iqtisadi konyukturanı nəzərə alacağıq.

İkincisi qonaq qismində sırf şəxsi biznesdə uğur qazanmış və ya parlaq karyera qurmuş dostlarımızı dəvət edəcəyik. Bunun səbəbi odur ki, AİRçilərdə öz güvən dahada çoxalsın. Vacibdir ki, insan öz gücünə, edə biləcəyinə inansın. Bunun belə etmiş insanların şəxsi həyatı, etdikləri çox maraqlı və öyrədici olacaq.

Üçüncüsü… bəlkədə mənim üçün ən əhamiyyətlisi, bu dəfə olacaq Marketinq AİR-də biz bir keçmiş AİR məzununu qonaq qismində öz biliklərini paylaşmağa dəvət edəcəyik. Başqa sözlə desək artıq Marketinq AİR təlimlərini bitirmiş adamların Marketinq AİR təlimlərini öz bildiklərini paylaşmaq üçün dəvət ediləcək. Bu bizim üçün böyük sevinc hiss yaradır. Bu o deməkdir ki, artıq bizim AİRçilər öz güclərini AİR təlimlərində belə göstərcəklər. Əla!

Əzizlərim bir məsələnidə qeyd edim ki, bugün AİR məzunları istər sosial aktivlik. istər cəmiyyətdə tutduqları novator mövqeylərini görə bir çox şeydə, bizlərdən irəlidə olacaqlarına çox inanıram. Çox yaxşı haldır ki, AİR çəkilən zəhmət havaya getmir və bu zəhmət emal edilmiş formada yenidən ölkə biznes cəmiyyətini, ölkə iqtisadiyyatına yansıyır. AİR məzunları bizim sözün əsl mənasında gələcəyimizdir. Biz bunu çox inanırıq.

Tam səmimi bu AİR məzunu hələdə olmayan adamlara, amma eyni zamanda açıq düşüncəli, müsbəti görmək istəyən, işləməkdən qorxmayan dostlarımıza müraciyyət edərik onları Marketinq AİR təlimlərinə dəvət edirəm. Düşünürəm ki, super olacaq!

Qeydiyyatdan keçməyə tələsin, çünki yerlərimiz hər zaman olduğu kimi çox məhduddur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close