image_pdfimage_print

Hər dəfə bəxtim gətirib, harasa gedəndə mütləq bir gün izlədiyim brendlərin mağazalarını gəzməyə həsr edirəm (nəzərə alsaq ki, Biləcərinin sərhədlərindən “редкий” hallarda çıxıram, bu şansı mütləq istifadə etməliyəm)) . Təbii ki, bugündə Koln ətrafında olan iki son dərəcə böyük şirkət MediaMarkt və Portaya getdim. Porta haqqında Sizə çox darıxmayacam, düşünürəm ki, bu Sizə bir o qədər maraqlı deyil… AMMA Media-Markta başıma gələnlər, gördüklərim və etdiklərim (edə bilmədiklərim) barədə Sizinlə söhbət etmək istəyirəm. Bilirəm vaxtınız yoxdur, amma əgər olsa mütləq oxuyun.

Bu videonu sona qədər izlədinizsə, 100% bilirsiniz ki, MediaMarkt olan xanım üstümə 3 mühafizəni niyə çağırdı… AMMA məndə Sizin bloqer dostunuzamsa, deməli mənə söz çatdırmaqda bir o qədər asand deyil… başlayaq laaaap, əvvəldən!)

Deməli mən əvvəlcədən bilirdim ki, Media-Markt mağazalarının nəyin ki, içərisində, hətta yaxınlığında belə video çəkilişə icazə yoxdur. İnandırıram… Sizə Parisdə olan Luvrda Mono Lizanı çəkmək olur… AMMA bu almanlar, Media-Markt “göz bəbəyi” kimi qoruyurlar. Qorusunlar!)

Bu videonu tezə bitirmişdim ki, Alman xanım (sonra bildim ki, bu salonun meneceri emiş), mənimlə ciddi dialoqa girdi. 3 nəfər əlavə mühafizə gəldi və dedilər sən, videonu pozmalısan… Təbii ki, mən uzun-uzadı onlara başa saldım ki, “çöl” Media-Markt deyil və mən şəhəri çəkirəm… neysə, amma içəridə heç cürə çəkiliş apara bilmədim.

Media Markt məişət texnikası seqmentində Avropanın ən böyük pərakəndə şəbəkəsi olduğunu oxucularımız 100% bilir. Bu şirkətin pərakəndəçilik üçün etdiyi bir sıra strateji yenilikləri var. Bunlar hansılardır?!

  • İlk dəfə Media-Markt elektronik əşyaları bəyaş və boz əşya olaraq seqmentlərə bölüb. Bu şirkətin mağazalarının ana merçandayzinq xəttini ifadə edir;
  • İlk dəfə Media-Markt işçilərinə hədəf və günlük plan sistemini tətbig edib. Hər bir işçi həm komanda, həmdə fərd olaraq motivə edilir;
  • İlk dəfə Media-Markt salonda əşyaları Europaletlərdə qoyub. Necə ki, bugün bizdə Music Gallery qoyur və s.;
  • İlk dəfə Media-Markt reklamda aqressiv yumordan istifadə edib (indidə sloqanları – Mən axı dəli deyiləm-di);
  • İlk dəıfə Media-Markt arendatorlarla icarə haqqını aylıq deyil, dövriyyədən verilməsini təmin edir və bunu Avropada (artıq Azərbaycandada) sektor standartına çevirib;

Bəlkə buna görə, Media-Markt elə bilir ki, bizim bunların salonlarını çəkməkdə məqsədimiz nəyisə kopyalamaqdır… (əslində elə odur məqsəd, nə gizlədim!). Mən salonda yeni olaraq nələri gördüm?

  1. Məişət əşyası satan mağazalarda internet satışların təsiri hiss edilir. Mağazanın təxminən 10% internet ticarətə ayrılıb. Daha əvvəldə Sizinlə bu haqda söhbət etmişdik, Media-Marktda tapa bilmədiyin məhsulu elə salondaca internetdən sifariş verə bilirsiz, şirkətin öz internet mağazasından.
  2. Televizorlarda Çin brendinin ağırlığı hiss edilir. Samsung, LG ənənəvi liderlər olsalarda hiss edilir ki, tezliklə Philips Koreyaları sıxışdırmağa başlayacaq. Həmçinin Noname kimi görünən Çin brendlərinə Media-Marktda çox böyük yer ayrılıb. Bu o deməkdir ki, tezlilklə məişət texnikasında Çin havası əsəcək.
  3. Apple mövqeyini itirir. Dostlar bilir ki, əvvəllər Apple standart olaraq öz məhsullarını Shop in Shop məntiqi ilə sərgiləyirdi. Bununla… “mən fərqliyəm” mesajını verirdi. Amma bugün Avropada Apple artıq digər məhsullar qarışıq satılır. Bu həm Apple hamının brendi olduğunu, digər tərəfdəndə liderlik mövqeyini itirəcəyindən xəbər verir. Məncə!
  4. Mağaza yerləşməsində parkinq və rahat çatma strateji əhamiyyət daşıyır. Bilirəm bu tezə xəbər deyil Avropa üçün, amma biz bundan əmin olmalıyıq. Mağazanın parkinqi yoxdursa, alver yoxdur olacaq gələcəkdə!
  5. Satıcılar konkret kateqoriyaya görə bölünür. Başqa sözlə desək TV satan, paltaryuyanı bilmir və s. Bu dar ixtisaslaşmanın əhamiyyətini bir daha ortaya qoyur. Hamı hər şeyi bilə bilməz. Satıcıda təbii olaraq!

Mən daha çox danışa bilərəm… AMMA bilirəm ki, vaxtınız yoxdur. Tezliklə vaxtınızın olan vaxtı əlavə bəzi gördüklərimdən yazacam. Hələlik bu qədər, yaxşı!?

Sizdə başınızı internetlə çox qatmayın, icra, icra bir daha icra!)

P.S. Birdə bir məsələni müşahidə edirəm, pərakəndə şəbəkələr yerləşdikləri zaman, digər köməkçi mal satanlarla aliyansa gəlirlər. Məsələn, Media Markt – İKEA. XXXLutz və Porta. Media Markt OBİ və s.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Eşq olsun gözəl insana !

  2. Free Piano

    Hello :-) although sites we backlink to beneath are considerably not connected to ours, we really feel they’re truly really worth a go by, so have a look

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close