image_pdfimage_print

Yanvar ayı sərgilər ayı olduğundan maksimum istifadə edib, Bakı – Köln – Paris – İstanbul – Bakı marşturu üzrə bu ayın 10 günü hərəkətdə oldum. Toplan 3 sərgidə gördüklərimin ən sevindiricisi və məni həqiqətəndə valeh edən məsələ, Türkiyyə dövlətinin biznes nöqtəyi nəzərdən güclənməsi edi. Bu məni çox sevindirdi və türklərin fonunda Azərbaycan şirkətlərinə, orda gedən müsbət dəyişiklərə bir daha nəzər yetirdim… əzizlərim, Sizə səmimi deyirəm, ildən-ilə Azərbaycan biznesi dahada inkişaf edir. İnkişaf edən ölkə biznesini dəstəkləyən şirkətlərə baxdıqda İdeal Parfumeriya şəbəkələri haqda danışmamaq sadəcə və sadəcə haqsızlıq olar. Bu yazıda mən Sizə İdeal parfumeriyanın marketinq yenilikləri barədə söhbət edəcəm.

İlk əvvəl qeyd edim ki, İdeal mağazalar şəbəkəsinə diqqətim imic reklamlarının çəkildiyi vaxtdan başladı… yadıma gəlir o vaxt, İdealda heç kimi tanımırdım və apardıqları marketinq strateqiyasından çox məmnun qalmışdım. İzləyirdim, öyrənirdim onlardan.

Bugün İdealda olan dostlarımızın səyi nəticəsində əminliklə demək olar ki, bu şirkətdə gedən proseslər rahatlıqla Azərbaycan Ali məktəblərində olan dərs vəsaitlərinə düşməlidir. İdeal-ın marketinqi həqiqətəndə ideala yaxındır… bilirsiz niyə?

Mən İdealın yerli bazarda uğur qazanmasını marketinq amilinin üzərində görürəm (təbii ki, buraya sahibkarın qorxmaz, riskə gedən və düzgün biznes hissiyatının olmasınıda əlavə etməliyik). Vaxtınız varsa, dediklərimi Sizlərə daha çox açmaq istəyirik:

  1. Yenilikçi kampaniyalar. İdeal parfumeriya bəlkədə Azərbaycan ilk dəfə olaraq 1+1 məntiqini ölkəyə gətirən şirkətlərdəndir. İstər daim etdikləri stimullaşdırıcı kampaniyalar, istər soial şəbəkələrdə olan mükəmməl iş, istərsədə marketinq kommunikasiyaların müxtəlif elementlərindən istifadə edərək, düzgün miksin yaradılmasına görə mən İdealdan çox şey öyrənirəm. Çox sevindirici haldır ki, bizim Marketinq AİR təlimlərinin təsisçilərindən biri İdeal Marketinq əfsanəsini yaradan şəxslərdəndir. Bu məni ona görə sevindirir ki, Marketinq AİR məzunları birinci əldən əsl praktik məlumatlar əldə etmiş olurlar.
  2. CRM sistemi. Bugün ölkə pərakəndəçiləri üçün ən lazımlı marketinq alətinə çevrilən müştəri sadiqlik proqramlarını İdeal 2 il bundan əvvəl mükəmməl formada həyata keçirir. Bugün İdeal Card, bəlkədə ölkədə ən çox arzulanan sadiqlik kartlarının başında durur. Təbii ki, bu sadəcə kard çıxarıb, gələn-gedənə paylamaqla olmur. Hiss edilir ki, burada düzgün və ağıllı stimullaşdırma mexanizmi işləyir. Məhz bunun hesabına düşünürəm ki, İdeal kardlar bugün bəlkədə 90% müştəri tərəfindən aktiv saxlanılır.
  3. İmicə yönəli fəaliyyət. Azal reyslərində uçan dostlarımız yaxşı bilir… məndə sadəcə yada salım. Təyyarələrdə İdeal jurnalı daim mövcud olur. Bilirsiz, işin canı sadəcə jurnal hazırlamaq, dərc etdirmək deyil. Yadıma düşür, bundan əvvəl çalışdığım şirkətdə bizdə belə bir jurnal dərc etdirirdik… amma, alındıra bilmədik. Praktikada belə jurnal hazırlamaq üçün sadəcə bir redaksiya qədər heyyətin olmalıdır. Amma İdeal bunu redaksiya olmadan edir + mükəmməl edir. İdeal jurnalının istər içərisində olan mətnlərin, istər ümumi qrafikanın, istərsədə çap keyfiyyəti sadəcə mükəmməldir. Halal olsun!
  4. Private label. Dünyada ən çox yayılmış, milli bazarda isə demək olar ki, heç bir ciddi analoqiyası olmayan şəxsi məhsul brendinin yaratmaq istər risk, istərsədə investitsiya tərəfdən ciddi “nervilər” tələb edir. Sevindirici haldır ki, İdeal bu məsələni professional formada icra edir. Düzdür… mən hesab edirəm ki, şəxsi markanı, pərakəndə şəbəkənin öz adı ilə adlandırmaq strateji brendinq səhvidir… amma buna baxmayaraq, unutmayaq ki, səhv yalnız nesə edilmədiyi zaman ola bilər. İdeal daim nələrsə edirsə, onun səhv etməsi təbiidir. Səhvi yatan şirkətlər etmir!)
  5. Düzgün mağaza yerləri. Məsələn, söhbəti çox “xırdalamadan” 2014-cü ildə, H. Cavid pr. açılan İdeal mağazası bir daha xəbər verir ki, şirkət menecmenti daim axtarışdadır və bu axtarış öz bəyrəsini verir. Ölkədə ticarətlə məşğul olan adamlarların çoxu bilir ki, H. Cavid pr. mağaza açmaq demək olar ki, mümkün deyil. Mümkünsüz işləri edə bilmək, çox yaxşıdır!
  6. İdeal akademiya. Pərakəndəçilərin ən böyük dərdi olan, kadr prosesinin daxildən həll etmək, həqiqətəndə düzgün və ağıllı addımdır. İnanıram ki, bu çətin işdən İdeal qalib olaraq çıxacaq. Bu şirkətin HR brendi üçündə vacibdir. 

Hesab edirəm ki, növbəti mərhələlərdə İdeal bir neçə vacib addımların üzərində işləməlidir. Bunlar aşağıdakılardır:

  1. Düzgün ERP sisteminin qurulması. Bu pərakəndəçilik üçün ən vacib nöqtələrdəndir. Çalışmaq lazımdır ki, onlayn idarəedilmə biznesin hər bir mərhələsində olsun.
  2. İnternet mağazanın açılması. Bunun üçün İdeal bölgələrdə bir neçə kibrit satış nöqtələri qurmalıdır. Bilirik ki, bugün onlayn şəbəkə güclü offlayn dəstək olmadan işləməsi mümkün deyil.
  3. Bölgələrdə pərakəndəçiliyin inkişaf etdirilmısi (Gəncə, Mingəçevir, Lənkaran və s.). Əgər İdeal bu istiqamətdə geciksə, tezliklə bunu etmək dahada çətinləşə bilər. BazarStote kimi şirkətlərlə sinerjiyə qirməklə super nəticələr əldə edilə bilər.

İzləyək və inanaq ki, gələcəkdə İdeal öz İdeal marketinqi ilə xarici ölkələrdə belə yerli brend olaraq çalışacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] Direktor olaraq çalışdığım vaxtlarda çox etdiyimi nəzərə alaraq deməliyəm ki, başda İDEAL Marketinq Rəhberlərindən olan Xumar xanım olmaqla butün komandanın mükəmməl işlədiyi hiss edilirdi. […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close